Azərbaycan İdeyası

İlahiyyatçı: Radikal dini qrup səfirliyə hücum etməklə öz mahiyyətini göstərdi

Tarix:5-08-2022, 14:09
Baxış Sayı:48

İlahiyyatçı: Radikal dini qrup səfirliyə hücum etməklə öz mahiyyətini göstərdi

“Özünü islamın müdafiəçisi kimi təqdim edən qrup üzərində islamın rəmzi olan bayrağı yerə atmaz”.

"Korrupsiya və qanun" qəzeti APA-ya istinad olaraq verdiyi məlumata görə, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov deyib.

Onun sözlərinə görə, ötən gün Londonda Azərbaycan səfirliyinə edilən hücum bu radikal qrupun mahiyyətinin nədən ibarət olduğunu göstərib: “Onlar bu əməllərini dinlə əlaqələndirirlər, birbaşa dini şüarlardan istifadə edirlər. Guya dini müdafiə edirlər, amma tam əksinə, radikal qruplaşmaların elə birinci zərbə vurduğu dindir və dinin mahiyyətidir. Böyük dinlərin hamısına diqqət yetirdikdə, xüsusilə islam dininə nəzər saldıqda görürük ki, burada ifratçılığa yer yoxdur. Peyğəmbərlərimiz tövsiyələrində insanları radikallıqdan uzaq durmağa çağırır. “Dözümlü ol ki, sənə qarşı da dözümlü olsunlar”, - bu, peyğəmbərimizin məşhur hədisidir. Çox təəssüf ki, xüsusilə XX əsrdən başlayaraq islam dünyasında bu radikal qruplaşmalar peyda olmağa başladı. Onlar islamın gülən üzünü dünyaya çirkin şəkildə təqdim edirlər. Halbuki dinimizdə radikalizm rədd olunur. Hansı dini mətnlərdə yazılıb ki, başqasının dəyərlərinə hörmətsizlik et?”

Aqil Şirinov qeyd edib ki, radikal qrupun niyyəti başqadır, onlar öz radikal fikirlərini yaymaq istəyirlər: “Mehdi xidmətçiləri” adlı radikal qruplaşmanın lideri Küveyt əsilli Yasir əl Həbibdir. Onların İngiltərədə bir məscidləri və “Fədək” adlı telekanalları var. Onlar bu kanal vasitəsilə mütəmadi olaraq məzhəb ədavəti yayırlar. Yaxın Şərqdəki məzhəb mübarizələrində belə qrupların rolu az deyil. Onlar guya Əhli-Beytin müdafiəçisi olduqlarını deyirlər. Əhli-Beyt dəyələrini tanıyanlar belə hərəkətə yol verməz. Əhli-Beyt islam dini içərisində birləşdirici ünsür olub. Azərbaycanda məzhəbindən asılı olmayaraq, hər zaman Əhli-Beytə hörmət olub. Onlar bu dəyərləri dünyanın gözündə dəyərsizləşdirməyə xidmət edirlər”.

Korrupsiya və qanun

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı