Azərbaycan İdeyası

Maşınla üstündən keçib, sonra boğazını kəsib - Bacı-qardaşın qatilinə AĞIR CƏZA

Tarix:19-08-2022, 14:54
Baxış Sayı:65

Maşınla üstündən keçib, sonra boğazını kəsib - Bacı-qardaşın qatilinə AĞIR CƏZA
Bu il fevralın 6-da Goranboy rayonunun Qarasüleymanlı kəndində 1970-ci il təvəllüdlü Pərviz Namazov və bacısı, 1960-cı il təvəllüdlü Səlmi Namazovanı qətlə yetirən şəxsin məhkəməsi başa çatıb.

Hadisəni törədən 1965-ci il təvəllüdlü İlham Haqverdiyevə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətə həbs cəzası verilib. Onun cəzasını ciddi rejimli müəssisədə çəkəcəyi bildirilib.

İ.Haqverdiyev Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu (xüsusi amansızlıqla adam öldürmə, 2 və daha çox şəxsi öldürmə, köməksiz vəziyyətdə olan şəxsi öldürmə) maddələri ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, hadisə torpaq sahəsi üstündə olub. Belə ki, Namazovlar kənddəki torpaq sahəsini ödəniş edərək alıblar. Lakin İlham Haqverdiyev həmin sahənin ona məxsus olduğunu bildirib və ailələr arasında münaqişəli vəziyyət yaranıb. Hadisənin baş verdiyi gün İlham traktora ödəniş edərək torpaq sahəsinin ətrafında çalalar qazdırıb və ərazini çəpərləmək istəyib. Həmin vaxt Səlmi Namazova və qardaşı oraya gəliblər. Münaqişənin yaranacağını görən İlham evə gedib. Bir neçə saat sonra o, geri qayıtdıqda Namazovların sahədə olduğunu görüb və münaqişə yaranıb.

Münaqişə zəminində İlham Haqverdiyev idarə etdiyi “Niva” markalı avtomobillə əvvəlcə Səlmi Namazovanı vuraraq ayaqlarının üstündən keçib. Xəsarətlər alan qadın maşının altında ikən qardaşı Pərviz bel ilə İlhama hücum edərək onu vurmaq istəyib. Bu zaman avtomobildəki bıçağı götürən İlham Pərvizə zərbələr endirib. O, yerdə yıxılı vəziyyətdə qalmış qadının gözləri qarşısında qardaşına çoxsaylı bıçaq xəsarətləri yetirib və boğazını kəsib. Daha sonra Səlmiyə yaxınlaşan İlham Haqverdiyev ona da bir neçə bıçaq zərbəsi endirib və onun da boğazını kəsib.

Hər iki şəxsi öldürən İlham Haqverdiyev daha sonra oğluna su gətirməsini deyib və əl-üzünü yuyub. O, bir fincan çay içdikdən sonra polisə zəng edərək törətdiyi hadisə barədə məlumat verib və sahədə öldürdüyü şəxslərin yanında dayanaraq polislərin gəlməsini gözləyib.

Məhkəmədə İ. Haqverdiyev bacı-qardaşı öldürməyi əvvəldən planlaşdırmadığını, hadisənin özünü müdafiə edərkən baş verdiyini deyərək peşman olduğunu bildirib.

Zərərçəkən tərəf isə dəhşətli cinayətin baş verməsində İlhamın oğlu Elbrusun da iştirak etdiyini və onun atasına kömək etdiyini bildirib.

OXŞAR XƏBƏRLƏR
Qəzet Ədliyyə Nazirliyinin apardığı araşdırmanın nəticəsi əsasında təsdiqlənən faktları ictimailəşdirdiyinə görə məhkəməyə verildi.
Qəzet Ədliyyə Nazirliyinin apardığı araşdırmanın nəticəsi əsasında təsdiqlənən faktları ictimailəşdirdiyinə görə məhkəməyə verildi.
ABŞ, Rusiya və Ukrayna prezidentlərinin birgə görüşü planlaşdırılır
ABŞ, Rusiya və Ukrayna prezidentlərinin birgə görüşü planlaşdırılır
Paşinyan Aİİ-nin Qırğızıstanda keçiriləcək iclasında iştirak etməyəcək
Paşinyan Aİİ-nin Qırğızıstanda keçiriləcək iclasında iştirak etməyəcək
12 günlük müharibədən sonra İLK DƏFƏ - İran ballistik raketlər ATDI
12 günlük müharibədən sonra İLK DƏFƏ - İran ballistik raketlər ATDI
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan Birgə Bəyannaməni imzalayıb - YENİLƏNİB, TAM MƏTN+FOTO
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan Birgə Bəyannaməni imzalayıb - YENİLƏNİB, TAM MƏTN+FOTO
Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür
Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür
Arif Babayev dəfn edildi - Fotolar - Yenilənib
Arif Babayev dəfn edildi - Fotolar - Yenilənib
Elşad Abdullayevin Respublikaya gətirilməsi MÜTLƏQ BAŞ TUTACAQ
Elşad Abdullayevin Respublikaya gətirilməsi MÜTLƏQ BAŞ TUTACAQ