Azərbaycan İdeyası

Xalq artistinin qardaşının evinə basqın edilib

Tarix:24-08-2022, 10:51
Baxış Sayı:61

Xalq artistinin qardaşının evinə basqın edilib
Bakı sakininin evinə aldatma yolu ilə daxil olan şəxslər ona qarşı quldurluq ediblər.

məlumata görə, hadisə gecə saatlarında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Xalq artisti Valeh Kərimov və Əməkdar artist Loğman Kərimovun qardaşı Əflatun Kərimovun evində baş verib.

Əflatun Kərimov deyib ki, mətbəxdən çıxıb oğluna kömək etmək istəyərkən həmin şəxslər ona da hücum edərək döyməyə başlayıblar. Daha sonra onlardan biri evdə axtarış aparmağa başlayıb.

Basqınçıların soyuq silahda olduğunu görən Əflatun Kərimovun həyat yoldaşı dərhal dəhlizə çıxaraq qonşulardan kömək istəyib. Qonşular hadisə yerinə gələn kimi iki nəfər oradan qaçıblar.

Xalq artistinin qardaşı hadisə ilə bağlı polisə məlumat verib. Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Çox çəkməyib ki, polis quldurluq əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Əhmədov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Emin Babayev, Emilya Əliyeva, və Jalə Mahmudovanı saxlayıb. Onlar ifadələrində bildiriblər ki, sözügedən mənzili səhv salıblar.

Faktla bağlı dəstə üzvləri barəsində quldurluq maddəsi ilə cinayət işi başlanıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı