Azərbaycan İdeyası

Amnistiya aktının tətbiqi ilə bağlı Baş Prokurorluqda seminar keçirilib

Tarix:4-06-2016, 15:49
Baxış Sayı:350

İyunun 4-də Baş Prokurorluqda Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 20 may 2016-cı il tarixli qərarının prokurorluq orqanlarında tətbiqi” mövzusunda seminar keçirilib.
 Amnistiya aktının tətbiqi ilə bağlı Baş Prokurorluqda seminar keçirilib
Baş Prokurorluğun mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, Dövlət ittihamının müdafiəsi və hüquqi təminat və informasiya idarələri tərəfindən təşkil edilmiş tədbirdə “Amnistiya aktının icrasının prokurorluq orqanlarında təşkili” mövzusunda çıxışlar edilərək amnistiya aktının icrası ilə əlaqədar prokurorluq əməkdaşlarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verilib.

Xüsusi vurğulanıb ki, xalqımızın ümummilli ideri Heydər Əliyevin mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış etmək, humanizm ideyalarını həyata keçirmək dövlətimizin siyasətinin əsas prioritetlərindəndir. Ulu öndərin möhkəm təməllər üzərində əsasını qoyduğu humanizm siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyev əfvetmə institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin edərək cinayət törətmiş şəxslərin bağışlanması ənənəsini inkişaf etdirmişdir. Bu amallara sadiq qalan Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclis tərəfindən amnistiya aktının qəbul edilməsi ulu öndərin əsasını qoyduğu xeyirxahlıq ənənələrinin davamının əyani təcəssümüdür. Bildirilmişdir ki, fəaliyyətində humanizm və insanpərvərlik ideyalarını rəhbər tutan, qayğı və yardıma ehtiyacı olan insanlara daim kömək edən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2007-ci ildən başlayaraq qəbul edilmiş amnistiya aktları əsasında 30 minə yaxın məhkum müxtəlif növ cəzalardan azad edilib.

Amnistiyanın prokurorluq orqanlarında vaxtında və dürüst icra olunmasının təmin edilməsi məqsədi ilə Baş Prokurorluq üzrə “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 20 may 2016-cı il tarixli Qərarının icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələri barədə” 25 may 2016-cı il tarixli əmr tədbir iştirakçılarının nəzərinə çatdırılmaqla prokurorluq orqanları işçiləri tərəfindən amnistiya aktının dərindən öyrənilməsi və təbliğinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda qərarın humanist mahiyyətinin barələrində amnistiya tətbiq ediləcək şəxslərə izah olunması və gələcəkdə qanuna zidd hərəkətlərin yolverilməzliyi barədə onlarla fərdi söhbətlərin aparılmasının zəruriliyi bildirilmişdir. Prokurorluq əməkdaşlarına amnistiya aktına əsasən cəzadan azad edilmiş məhkumların sosial adaptasiyası məqsədi ilə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarına səlahiyyətləri daxilində köməklik göstərmələri tövsiyə edilib.

Tədbirdə qərarın icrası mexanizmlərinin təkmilləşdirilməsi, prokurorluq əməkdaşlarının amnistiyanı tətbiq edəcək dövlət orqanları ilə qarşılıqlı səmərəli əməkdaşlığı məsələləri müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı