Azərbaycan İdeyası

ANS-də vitse-prezidentlə xanım jurnalist əlbəyaxa oldu

Tarix:17-06-2016, 19:31
Baxış Sayı:471

ANS-də vitse-prezidentlə xanım jurnalist əlbəyaxa oldu
Son günlər ANS telekanalında baş verənlər, işçilərin şirkəti tərk etməsi və digər narazılıqlar dramatik həddə çatıb. Narazılıqlar telekanalın aparıcı xanım əməkdaşı ilə vitse-pezident Seyfulla Mustafayevlə dava ilə sona çatıb.

Dünən Ləman Ələşrəfqızı özünün "Fecebook" hesabında əslində baş verənlərə işarə vurmuşdu: "20 ildir jurnalistikadayam. Bu sahədə fəaliyyətim şükür Allaha göz qabağındadır. Nə plagiatlığım oldu, nə adımdan sui-isifadəm. Zərdabi mükafatını da, Əməkdar jurnalist adını da utana-utana yox, alın tərimlə qazandım. Dekabrdan bu yana hazırladığım sənədli filmlər də düşünürəm ki, mənə yaradılmış imkan daxilində yetərincə maraqlı işlərdir. Artıq filmin sonuna gəldim. Sözün hər cür anlaşılan mənasında işim bitdi. Bu işi qiymətləndirənlərə sağ olun deyirəm, görməzdən gələnləri vicdanlarıyla baş-başa buraxıram. Bu müqəddəs bayramda Allah hər kəsin ürəyincə versin! Çox yoruldum. Hər şeydən, haqsızlıqdan, ədalətsizlikdən, başında üçcə dənə tükdən başqa heç nəyi olmayanların hikkəsindən, mənəm-mənəmliyindən, çığır-bağırından. Jurnalistikanı isə sevirəm və çoxlarının acığına hələ uğurlarım qabaqdadır!".
ANS-də vitse-prezidentlə xanım jurnalist əlbəyaxa oldu
L.Ələşrəfqızı statusunda şirkətdə baş verənləri açıq yazmasa da, criminal.az-a xanım jurnalistin ANS-i tərk etməsinin səbəbi ilə bağlı maraqlı məlumat daxil olub.

Məlumatda bildirilir ki, dünən L.Ələşrəfqızı ilə S.Mustafayev arasılnda xoşagəlməz anlar yaşanıb. Bakı Film kinostudiyası üçün filmlə bağlı Ləman Ələşrəfqızı çəkiliş edib. Bir neçə nəfərdən müsahibə almalı olduğu halda tək müsahiblə kifayətlənib. Bu isə S.Mustafayevin qəzəbinə səbəb olub. "Sən saçkavatlıq edirsən, havayı yeyənsən, burnundan gəlsin sənə verdiyim pullar" deməsi L.Ələşrəfqızını özündən çıxarıb.
ANS-də vitse-prezidentlə xanım jurnalist əlbəyaxa oldu
Məlumata görə, onlar bir-birinə əl-qol da atıb. Dava o həddə çatıb ki, hətta polis çağırmaq istəyiblər. Lakin sonda şirkətin mühafizəçiləri aranı sakitləşdirə bilib.

Baş verənlərlə bağlı nə şirkətin, nə də jurnalistin mövqeyini öyrənmək mümkün olmadı.

Qeyd edək ki, son günlər Tünzalə Rafiqqızı, L.Ələşrəfqızı, Natiq Nailəoğlu, Kəmalə Əlisgəndərqızı ANS-i tərk edib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı