Azərbaycan İdeyası

Şamaxı yolu yenə sürüşdü

Tarix:4-06-2016, 15:37
Baxış Sayı:675

Sürüşmə Acıdərə adlanan ərazidə baş verib.
Bakı-Şamaxı yolunda sürüşmə baş verib. ANS PRESS-in məlumatına görə, sürüşməyə Acıdərə adlanan ərazidə qeydə alınıb. Yolun sıradan çıxmasına, bəzi yerlərdə iri çatların yaranmasına səbəb isə son iki gündə yağan leysan yağışları olub.

Sürücülər həmin istiqamətdə hərəkətin çətin və təhlükəli olduğunu qeyd edirlər.
 Şamaxı yolu yenə sürüşdü

"Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ANS PRESS-ə açıqlamasında ümumiyyətlə, həmin istiqamətdə yolun 91-107-ci km-nin aktiv sürüşmə zonası hesab olunduğunu deyib. O, adıəçəkilən istiqamətdə sürüşmənin tez-tez olduğunu bildirib.


"İntensiv yağışlar nəticəsində yolun 107-ci km-də torpaq qatı yola doğru hərəkət edərək, yolkənarına tökülüb. Artıq ötən gündən həmin əraziyə əməkdaşlarımız və lazımi texnika cəlb olunub. Dayanmadan aparılan işlər nəticəsində sürüşmənin qarşısını hələlik almaq mümkün olub. Bu günlər ərzində gecə-gündüz xüsusi texnikalar vasitəsi ilə sürüşüb yola doğru gələn torpaq qatı çıxarılaraq kənara daşınıb. Bu günlər ərzində xüsusi terras yaradılıb və digər qabaqlayıcı tədbirlər görülüb. Hazırda ərazidə sürüşmə müşahidə olunmur".

A.Nəcəfli əlavə edib ki, Bakı-Şamaxı yolunun 91-107-ci km-də bir neçə yerdə sürüşmə zonası var. Onların yenidən qurulması üçün həmin hissə tenderə çıxarılıb. Qeyd olunan ərazidə gələcəkdə genişləndiriləcək, 2 hərəkət yolundan 4 hərəkət yoluna keçiləcək.Bir neçə gün öncə İsmayıllı rayonunun Sulut kəndi ərazisində, Basqal-Sulut avtomobil yolunda da sürüşmə baş vermişdi. Sürüşmə prosesi Sərsurə kəndinin giriş hissəsində, Sulut çayının sağ sahilində mailliyi 35-45 dərəcə olan dağətəyi ərazidə baş verib.

Sürüşməyə səbəb isə son zamanlar yağan intensizv yağışlar olub.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı