Azərbaycan İdeyası

ŞOK İDDİA: "Türkiyədəki proses Azərbaycanda da başlayacaq"

Tarix:19-07-2016, 17:21
Baxış Sayı:322

ŞOK İDDİA: "Türkiyədəki proses Azərbaycanda da başlayacaq"
"Qardaş Türkiyədə son günlər baş verənlərin doğru və milli maraqlar istiqamətində inkişafını təmin edən əsas faktorlardan biri də media faktoru oldu. Azad və milli maraqları, dövlətçilik maraqlarını dərk edən, müstəqil şəkildə çevik qərar vermə refleksi olan media. Siyasi baxışlarını milli maraqlara qatmayan normal media. Yəni Azərbaycanda qismən olmayan və çatışmayan media".

Criminal.az bildirir ki, bu fikirləri Admiral.az-a teleaparıcı Turan İbrahimov söyləyib.

Onun sözlərinə görə, son günlər Türkiyədə baş verənlərlə əlaqəli proseslərə təbii olaraq, aktiv qoşulan yerli mediamız çox zəif, qərəzli və gerçəkləri anlamayan şəxslərin əlində olması reallığını ortaya çıxardı:

"Təbii ki, bir neçə önəmli media orqanlarını çıxmaq şərtilə. Bu həm də bir vacib məqamı qabardır. Azərbaycanda media qurumlarının iflic qalmasında maraqlı olan ciddi qüvvələr var. O qüvvələr qardaş ölkədə baş verənləri Azərbaycanın milli maraqlarına zidd şəkildə yaymaqda, çaşqınlıq yaratmaqda çox maraqlıdırlar. Dövlət başçısının rəsmi mövqeyi belə diqqətə alınmadan hər bir dezinformasiyanı yaymaqda maraqlıdırlar. Hər kəs anlamalıdır ki, Türkiyədə baş verən bu proses bizə hər mənada təsir edir, əlaqəlidir və bundan sonra da təsirsiz ötüşməyəcək. Bəli, Türkiyədəki çevriliş cəhdi fətullahçıların (nurçuların) masqasını açdı, ciddi təmizlənmə prosesi başladıldı".

O bildirib ki, bu proses Azərbaycanda da başlayacaq və başladılmaq məcburiyyətindədir:

"Çünki fətullahçıların (nurçuların) burada da böyük dayaqları, himayədarları mövcuddur və onlar geniş mənada Azərbaycanın milli maraqları üçün təhlükədirlər. Yerli mediadakı anormal mənzərə də məhz onların və himayədarlarının əsəridir. Fətullahçılar (nurçular) yerli mediaya çox ciddi şəkildə təsiretmə rıçaqlarına sahibdirlər".

OXŞAR XƏBƏRLƏR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
İlham Əliyev Malavi Prezidentini təbrik edib
İlham Əliyev Malavi Prezidentini təbrik edib