Azərbaycan İdeyası

Məhkəmə ANS-in iddiasına cavab verdi - FOTO

Tarix:11-08-2016, 11:53
Baxış Sayı:346

Məhkəmə ANS-in iddiasına cavab verdi - FOTO
Məhkəmə iclasında ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev çıxış edib. O bildirib ki, istinad etdikləri qanun maddəsi Apellyasiya Məhkəməsinin ünvanını göstərir: “Əgər qanunda hansısa anlaşılmazlıq varsa, bunun üçün presidentimiz var. Nəzərə alın ki, söhbət canidən, düşməndən getmir. Mindən çox əməkdaşı olan böyük şirkətdən gedir. Hansı ki, bu şirkət ağır durumdadır, işçiləri işsiz, maaşsız qalıb. Biz iddiaçı tərəf olaraq məhkəmədən xahiş edirik ki, ANS-in bu ağır vəziyyətinə son qoysun”.

Criminal.az saytı qafqazinfo.az-a istinadla xəbər verir ki, iclasdan sonra jurnalistlərin suallarını cavablandıran Mirşahin Ağayev isə bildirib ki, məsələnin qanun çərçivəsində həllini tapacağına inanırlar: “Biz dövlətin müəyyən instansiyası olan məhkəməyə müraciət etmişik. Əgər bu məhkəmənin qərarından narazı qalsaq, digər instansiya məhkəmələrinə müraciət edəcəyik. Ancaq məsələnin qanun çərçivəsində həllinin tərəfdarıyıq. Hamı dünyaya gələndə bilir ki, nə vaxtsa rəhmətə gedəcək. Heç kim də inanmır ki, sabah rəhmətə gedəcək. Ona görə də hər şeyə belə mütləq inanmayaq. Qanunların ədalətli şəkildə bərpa olunduğu faktlarımız da çoxdur. Təbii ki, beynəlxalq təşkilatlar da bu işlə maraqlanır. Onları maraqlandıran suallar var. Cavablarını müxtəlif səviyyələrdə verənlər var. Biz də o sualların cavablarını imkan düşdükcə veririk. Lakin bu cavablar heç bir halda Azərbaycan dövlətinin imicinə zərər gətirmir. Biz dövlətdən dəstək gözləyirik və dövlətimizə inanırıq. Dövlətimiz olan yerdə başqalarından heç nə istəmirik. Yaranmış anlaşılmazlıq, 25 illik tarixi olan kanalın fəaliyyətinin dayandırılması pozitiv deyil. Belə bir qərarı dəyişdirmək gücü olan dövlətimiz var. Biz inanırıq ki, qanunlarla ədalət bərpa olunacaq. Buna inanmasaq bu gün burda olmazdıq. Azərbaycanın müstəqillik yaşı ilə həmyaşıdıq”.

Məhkəmə ANS-in iddiasını təmin etməyib. Bildirilib ki, bu işə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmalıdır.

Qeyd edək ki, Qənirə Ataşova da iclasda iştirak edib.

Məhkəmə ANS-in iddiasına cavab verdi - FOTO
Məhkəmə ANS-in iddiasına cavab verdi - FOTO

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama