Azərbaycan İdeyası

Heydər Əliyev adına Hava Limanı gömrük məmurunun qeyri-rəsmi göstərişi ilə işləyir?

Tarix:7-11-2023, 19:01
Baxış Sayı:21

Türkiyə Respublikası vətəndaşları, Türkiyə Cumhuriyyəti, Hatay şəhərində qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Həsən Abdullayev küçəsi, ev 13 ünvanda yaşayan Sakin Ayhan Mustafa oğlu və Norghany Teymur Mohamed Elsayed “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək, Azərbaycanda qarşılaşdıqları və onları maddi ziyana salan bürokratik əngəllərdən şikayətlənmiş, başlarına gələn hadisələri ictimailəşdirməyi xahiş etmişlər.
Qardaş ölkənin vətəndaşları bildirirlər ki, 18.06.2023-cü il tarixində İstanbul-Bakı aviareysi ilə Bakıya gələrkən Heydər Əliyev adına hava limanında Morghany Teymura məxsus dərman preparatları gömrük əməkdaşları tərəfindən müsadirə edilmiş və onların mobil telefonları da götürülmüşdür.
Faktla bağlı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsində dörd aydır ki, aparılan araşdırmanın nəticəsi barədə onlara məlum olmayan səbəbdən məlumat verilmir. Həmin təhqiqat araşdırması ilə əlaqədar onların öz ölkələrinə - Türkiyə Respublikasına qayıtmalarına da icazə verilmir.
Bildirirlər ki, yaranmış naqolay vəziyyətdən qurtulmaq, ailələrinə qovuşmaq məqsədi ilə Bakıda təsadüfən rastlaşdıqları Türkiyə vətəndaşı İbrahin Ünverdi ad-soyadlı şəxs onlara Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən müsadirə olunan dərman preparatlarının və telefonlarının qaytarılmasına köməklik edə biləcək şəxslər kimi Azərbaycan vətəndaşları – müharibə qazisi Xəzər Abdullayevi və Yadigar adlı başqa bir nəfərlə tanış edib. Həmin şəxslər köməklik edəcəklərini vəd edərək, Türkiyə vətəndaşları ilə birgə Bakı Hava limanına gediblər. Orada Xəzər Abdullayev onlardan ayrılıb, hava limanında yerləşən Gömrük İdarəsinə daxil olub və təqribən bir 1 - 1,5 saatdan sonra qayıdıb. Bildirib ki, məsələnin həlli üçün 4.000 AZN pul tələb olunur: “Əgər həmin məbləğdə maliyyə vəsaiti verməsəniz, sizə müsadirə olunan dərman preparatları, telefonlarınız qaytarılmayacaq, eləcə də həmin faktla bağlı aparılan araşdırma yekunlaşmayanadək sizi Türkiyə Respublikasına buraxmayacaqlar. Biz məcbur olub ona Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “GM CİTY”otelində görüşüb görüşüb həmin məbləği ona verdik”.
Şikayətçilər dostluq münasibətində olduqları daha iki Azərbaycan vətəndaşının adlarını şahid kimi qeyd ediblər: “Sonra Xəzər Abdullayev dərmanların ekspertizaya göndərilməsi və rəy alınması üçün əlavə 3500.00 pul verməsinin tələb olunduğunu dedi. Azərbaycan vətəndaşları Elşən Məmmədovun və bizimlə dostluq münasibətində olan Şamıyev Vəli Asif oğlunun şahidliyi ilə Bakı şəhəri, Səməd Vurğun küçəsi, 134 ünvanında yerləşən Türkiyə Səfirliyinin qarşısında görüşüb həmin məbləği 3.500 AZN maliyyə vəsaitini, təqribən 2-3 gündən sonra isə “Park İnn Hotel” mehmanxanasında görüşüb əlavə olaraq 1200.00 AZN maliyyə vəsaitini ələ keçirdilər”.
Heç bir nəticə hasil olmadığı üçün aldadıldıqlarını anlayan türkiyəlilər Xəzər Abdullayevin, Yadigarın onlara qarşı törətdikləri dələduzluq əməlləri barədə 07.07.2023-cü il tarixində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinə ərizə ilə müraciət ediblər: “Həmin polis idarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi cənab Vüqar Hadı tərəfindən 20 gün aparılan qeyri-obyektiv istintaq-əməliyyat tədbirləri nəticəsində 27.07.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qanunsuz qərar qəbul edilmişdir. Dəfələrlə iki aydan da çox müddət ərzində Nərimanov RPİ-nin istintaq şöbəsinə etdiyimiz müraciətlərdən sonra həmin qərarın sürəti bizə yalnız 12.10.2023-cü il tarixində təqdim edildi. Hesab edirik ki, bunun da səbəbi həmin qərarın qanunsuz olduğunu və bizə qarşı Azərbaycan vətəndaşları Abdullayev Xəzər Sərdar oğlunun, onunla əlbir olan Yadigar adlı şəxsin, eləcə də, bizi onlarla tanış edən Türkiyə vətəndaşı İbrahim Ünverdinin (aldığımız məlumata görə sonuncu bizə qarşı törətdiyi cinayət əməlindən, təqribən, bir həftə, ya da on gün sonra Türkiyə Respublikasına ekstradisiya edilərək, orada həbs edilmişdir) törətdikləri Azərbaycan Respublikasının CM-nin 178 (dələduzluq), 179 (özgənin əmlakını mənimsəmə) madddələrində nəzərdə tutulan cinayət əməllərini gizlətdiyini başa düşdüyü səbəbindən müstəntiq cənab Vüqar Hadi həmin qərarın sürətini iki ay on beş gün bizə təqdim etməmişdir”.
Şikayətçilər müstəntiq Vüqar Hadi tərəfindən onların müraciətləri əsasında qəbul etdiyi qərarın qanunsuz, əsassız olduğuna dəlalət edən aşağıdakı nüansları sadalayıblar:
“Həmin qərarın 1-ci səhifəsinin 3-cü və 4-cü abzaslarında cənab Vüqar Hadi təsdiqləyir ki, Türkiyə vətəndaşı Sakin Ayhan Mustafa oğlunun və Morghany Teymur Elsayed Mohammed Ahmedinin müraciətləri 15.07.2023-cü il tarixdə Nərimanov RPİ-nin 17-ci Polis şöbəsində HK-1/1975 saylı qeydiyyata alınaraq həmin şöbənin təhqiqatçısı Sarvan Rüstəmov tərəfindən ilkin araşdırma aparılmış və 12.07.2023-cü il tarixdə (yəni, bizim müraciətimiz üzrə 17-ci Polis Şöbəsində aparılan ilkin araşdırmaya başlamazdan 3 gün əvvəl?) iş üzrə toplanmış (?!) material araşdırmanın davam etdirilməsi üçün aidiyyatı üzrə Nərimanov RPİ-nin İŞ-nə göndərilir. Bizim müraciətimiz 15.07.2023-cü il tarixində Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsində qeydiyyata alınır və həmin gün şöbənin təhqiqatçısı cənab Sarvan Rüstəmov araşdırma aparır. Elə həmin gündə apardığı araşdırma nəticəsində topladığı işin materiallarını istintaq aidiyyatı üzrə Nərimanov RPİ-nin İstintaq şöbəsinə göndərir və dərhal elə həmin gün - 15.07.2023-cü il tarixində təhqiqatçı Sarvan Rüstəmovun topladığı materiallar üzrə cənab Vüqar Hadi istintaq-əməliyyat hərəkətlərini davam etdirərək, yalnız bizə qarşı cinayət əməlləri törətmiş cinayətkar dəstə üzvlərindən birinin - Qarabağ döyüşlərində xüsusi təyinatlı kimi iştirak etmiş, döyüşdə yaralanaraq II qrup əlil olan Abdullayev Xəzər Sərdar oğlunun izahatını alır. O da öz növbəsində verdiyi izahatında təsdiqləyir ki, Türkiyə Respublikası vətəndaşları - Sakin Ayhan Mustafa oğlu və Morghany Teymur Elsayed Mohamed Ahmedinin dərman preparatları gömrük əməkdaşları tərəfindən hava limanında müsadirə edilmişdir. Onlara bu işdə köməklik etmək istədiyindən, gömrük idarəsinə gedib araşdırma aparan şəxsdən Türkiyə vətəndaşları Sakin Ayhana və Morghany Teymura köməklik göstərməsini xahiş etmişdir. Lakin, onlardan hər hansı məbləğdə pul almamışdır və onun barəsində qeyd edilənlər yalandır. Müstəntiq cənab Vüqar Hadi iş materiallarının istintaqı ona həvalə edilərkən dərhal istintaq hərəkətlərinə başladığı kimi, dərhal da istintaq işini yükunlaşdırmaq, “istintaq işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmək məqsədi ilə yalnız Qarabağ döyüşçüsü, II qrup əlil Abdullayev Xəzər Sərdar oğlunun iki cümlədən ibarət izahatını alıb, ona başqa heç bir sual verməyib (məsələn, “cənab Abdullayev Xəzər, sən Türkiyə vətəndaşları Sakin Ayhan və Morghany Teymurla nə vaxt tanış olmusan, səni onlarla kim tanış edib, özün Qarabağ döyüşlərində yaralandığına görə II qrup əlil olduğun halda, nə məqsədlə özünə əziyyət verib, əvəllər tanımadığın, hansı əməllər törətdiklərini bilmədiyin halda onlara canıyananlıq edirsən, bir neçə dəfə hava limanında yerləşən gömrük idarəsinə gedirsən, həmin idarənin əməkdaşından onlara köməklik göstərməsini xahiş edirsən? Gömrük idarəsində həmin Türkiyə vətəndaşlarına köməklik edilməsi ilə bağlı kiminlə görüşdün və o, sənin müraciətinə nə cavab verdi?”).
Şikayətçilər müstəntiq cənab Vüqar Hadi Abdullayev Xəzərin qısa izahatını aldıqdan sonra verdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinin geniş şərhinin altını cızırlar: “ -...Talanmış əmlakın öz xeyrinə və ya başqa şəxslərin xeyrinə keçirilməsindən ibarət olan tamah məqsədi dələduzluğun subyektiv cəhətinin məcburi elementidir. Bu zaman həm talamaya birbaşa qəsd, həm də tamah məqsədi təqsirli şəxsdə dələduzluq hərəkətlərinin edilməsi anına qədər yaranmalıdır”. Qarabağ döyüşçüsü II qrup əlil Abdullayev Xəzərin əvəllər tanımadığı Türkiyə vətəndaşları ilə bir neçə dəfə hava limanına gedib, gömrük idarəsinin əməkdaşından onlara köməklik edilməsini xahişi tamah məqsədi ilə etməsinə müstəntiq Vüqar Hadi tam əmin olduğundan, iş üzrə digər hər hansı istintaq hərəkətlərini davam etdirməyə ehtiyac duymur və istintaq-əməliyyat hərəkətlərinə iş icraata qəbul edərək dərhal başladığı kimi, iş üzrə yalnız bir nəfərin izhatını alıb dərhal da “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edir. Bu səbəbdən də müstəntiq cənab Vüqar Hadi qəbul etdiyi 27.07.2023-cü il tarixli qərarının təsviri və əsaslandırma hissəsində Azərbaycan Respublikası CPM-nin bir maddəsini belə tətbiq etməyə ehtiyac duymayıb. Qərarını belə əsaslandırır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 11.06.2015-ci il tarixli qərarı və Birləşmiş Millətlər Təşkilatının Baş Assembleyası tərəfindən 16.12.1966-cı il tarixdə qəbul edilmiş Paktın 11-ci maddəsi və “insan hüquqlarının və insan azadlıqlarının müdafiəsi haqqında”Avropa Konvensiyasının 4 saylı protokolunun 1-ci səhifəsinə əsasən heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz! Halbuki, bizim müraciətimiz üzrə 27.07.2023-cü il tarixində “cinayət işinin rədd edilməsi haqqında” qərar qəbul edən Nərimanov RPİ-nin müstəntiqi cənab Vüqar Hadi dəqiq bilir ki, bizimlə - Türkiyə vətəndaşları Sakin Ayhan və Morghany Teymurla bizə məxsus olan və Bakı Hava Limanında gömrük əməkdaşları tərəfindən götürülən dərman preparatlarının, mobil telefonların bizə qaytarılması məqsədi ilə bizimlə, bizə qarşı dələduzluq yolu ilə 8500.00 AZN məbləğində maliyyə vəsaitini ələ keçirməklə cinayət əməlləri törətmiş Abdullayev Xəzər Sərdar oğlu ilə, onunla əlbir olan Yadigar adlı şəxslə və Türkiyə vətəndaşı İbrahim Ünverdi arasında hər hansı müqavilə tərtib olunmamışdır. Beləliklə, müstəntiq cənab Vüqar Hadi bizim müraciətimiz əsasında qəbul etdiyi 27.07.2023-cü il tarixli qərarında “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsini tətbiq etməklə həmin qanunsuz, saxta qərarına hüquqi don geyindirməyə çalışmışdır”.
Şikayətçilər eyni məzmunlu ərizə ilə Nərimanov Rayon Polis İdarəsinin rəisi cənab Arzu Heydərova və Bakı şəhər prokuroru cənab Elşən Abbasova da müraciət ediblər.
Redaksiya olaraq oktyabrın 11-dən jurnalist araşdırmasına başlayaraq ilk əvvəl şikayətçilərdən telefon nömrələrini öyrəndiyimiz Xəzər Abdullayevə zəng vurduq. Xəzər Abdullayev əvvəlcə həmin adamları – Türkiyə vətəndaşlarını tanımadığını dedi. Sonra isə sabah, yəni, ayın 12-də qardaşı ilə birgə redaksiyamıza gələcəyini, suallarımızı cavablandıracağını dedi. Lakin ayın 12-də iş vaxtının sonunadək gəlib çıxmadı. Yalnız biz redaksiyanı tərk edəndən təxminən bir saat sonra zəng edib bildirdi ki, redaksiyamızın yerləşdiyi “Azərbaycan” Nəşriyyatının binasına yaxınlaşır və gecikməyinin də səbəbi qardaşının işdən gec çıxmasıdır. Biz ona iş vaxtımızı dəqiq dediyimizi xatırlatdıq və görüşümüzün baş tutması üçün qardaşının mütləq iştirakının vacib olmadığını dedik. Təklif etdik ki, ertəsi gün, yəni, ayın 13-də redaksiyaya gəlsin. Amma Xəzər təklifimizlə razılaşsa da, yenə də gəlib çıxmadı, bir sözlə, görüşdən yayındı.
Baş redaktorumuz şikayətdə adı keçən Yadigar adlı şəxslə də əlaqə saxlayıb. Baş redaktor “Korrupsiya və Qanun” qəzeti adından danışmağa başlar-başlamaz, Yadigar özünü elə aparıb ki, guya onunla danışan şəxs Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim olunub: “Mənə niyə vatsapla mesaj atırsız? Əgər Antikorrupsiyada işləyirsizsə, idarə telefonu ilə zəng vurun” deyib. Ona bir daha bildirilib ki, “Korrupsiya və Qanun” qəzetindən narahat olunur. Yadigar birmənalı olaraq jurnalistlə danışmaq, heç bir sualı cavablandırmaq istəmədiyini deyib. Sonra baş redaktor ona redaksiyaya məxsus stasionar telefonla zəng vurub. Bu dəfə də Yadigar ona zəng edən şəxsin jurnalist olduğunu eşidən kimi söhbəti bitirib.
Buradan belə qənaətə gəlirik ki, Yadigar işin üstünə jurnalistlərin düşdüyünü Xəzərdən öyrəndiyinə görə hazırlıqlı olub və ona nə sual veriləcəyini gözləmədən danışmaqdan imtina edib.
Türkiyə vətəndaşlarının redaksiyaya verdikləri əlavə məlumata görə, onları Xəzər Abdullayevlə və Yadigarla tanış edən şəxslərdən biri həmyerliləri İbrahim Ünverdidirsə, İbrahimlə Xəzərgilin arasında da Timur adlı Azərbaycan vətəndaşı olub. Onun da hazırda harada olduğu məlum deyil. Həmçinin bildiriblər ki, heç də zərərli olmayan, amma gömrükdən keçməyən dərman preparatlarını tanışları Elşən Məmmədov xərçəng xəstəliyindən əziyyət çəkən yaxını üçün xahiş edib gətizdiribmiş.
Araşdırmamızın davamı olaraq redaksiyamızın əməkdaşı Azər Alıyev Heydər Əliyev adına Hava Limanına gedib və oradan öyrənib ki, adları çəkilən Türkiyə vətəndaşlarının Azərbaycanı tərk etməsinə heç bir “stop” qoyulmayıb, hava limanının əməkldaşları sadəcə Gömrük İstintaq İdarəsinin rəisi cənab Arif Quliyevdən onları buraxmamaq barədə qeyri-rəsmi göstəriş alıblar.
İndi cənab Vüqar Hadi izah eləsin görək, Baş Gömrük İdarəsinin rəisi Arif Quliyevin qanunsuz hərəkətləri, onun özünün də bir müstəntiq kimi hərəkətsizliyi “bir millət, iki dövlət” deyib tərənnüm etdiyimiz Azərbaycan-Türkiyə qardaşlıq münasibətinin möhkəmlənməsinə xidmət edir, yoxsa, əksinə? Heydər Əliyev adına Hava Limanının da rəhbərliyi buyurub izah etsin görək, onlar üçün qanun şahdır, yoxsa, gömrük məmurunun qeyri-rəsmi göstərişi?
P.S. Redaksiya olaraq, tərəfimizdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq Əməliyyat İdarəsinin rəisinə, DGK-nin Daxili Təhlükəsizlıik İdarəsinin rəisinə, Türkiyənin Azərbaycandakı səfirinə məktubla müraciətlər edilib, problemə münasibət bildirmələri xahiş olunmuşdur. Cavab gözləyirik.

Mövzuya qayıdacağıq.

Xuraman Quliyeva [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Şuşada 33 il sonra ilk zəng çalınıb+VIDEO
Şuşada 33 il sonra ilk zəng çalınıb+VIDEO
TƏBRİK EDİRİK!+FOTO!
TƏBRİK EDİRİK!+FOTO!
Azərbaycanda DƏHŞƏT: İki yaşlı uşaq masaj edilərkən öldü
Azərbaycanda DƏHŞƏT: İki yaşlı uşaq masaj edilərkən öldü
TƏBRİK EDİRİK!+FOTO
TƏBRİK EDİRİK!+FOTO
Təbrik edirik!+ FOTO!
Təbrik edirik!+ FOTO!
"Aman ayrılıq"
"Aman ayrılıq"
MƏMMƏD AĞALAR OĞLU ƏLİYEVİN TƏRCÜMEYİ-HALI
MƏMMƏD AĞALAR OĞLU ƏLİYEVİN TƏRCÜMEYİ-HALI
Balaca fidanların Məxmər müəllimi
Balaca fidanların Məxmər müəllimi