Azərbaycan İdeyası

Əlillik dərəcəsi təyin olunmayan evsiz qazinin kirayə haqqını ödəməyə və ağrıkəsici dərmanları almağa imkanı yoxdur

Tarix:7-11-2023, 19:03
Baxış Sayı:12

Gədəbəy rayonunun Arıqıran kənd sakini, Vətən müharibəsi qazisi Abdullayev Ayəddin Ramiz oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına gələrək, qarşılaşdığı hüquqpozmalardan şikayətlənib. Bildirir ki, 12 il müddətdən artıq xidmət edib. II Qarabağ müharibəsində yaralanıb, ancaq xəsarət almağına baxmayaraq savaş bitənədək döyüşlərdə iştirak edib. Hərbi xidmətə yararsız kimi tərxis olunub. Bu isə o deməkdir ki, həm əmək qabiliyyətindən, həm də dolanışıq üçün iş (xidmət) yerindən məhrum olub.
Hal-hazırda ayağında qəlpə gəzdirir, ödem var, ayaq damarlarında qaralma və infeksiya prosesi gedir. Cərrahi əməliyyat məqbul sayılmayıb. Aldığı hərbi travmadan dolayı sol gözü və sol qulağı zəifləyib və zəifləməkdə davam edir. Ailəsi, iki uşağı, anası ilə birgə Bakıda Sabunçu rayonunda kirayədə yaşayır. Ayəddinin anası həyat yoldaşından ayrıldığı üçün uşağı atası evində, yəni, Ayəddini babası evində böyüdüb. Bu evdən isə onlara pay çatmayıb.
Ayəddinin təyin olunan reseptləri, ağrıkəsici dərmanları almağa pulu yoxdur. Hazırki səhhət durumu ona həm fiziki, həm də psixoloji əzab verir. Əlillik dərəcəsi təyin olunması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətləri müsbət həll olunmur. Hospitalda və həkim-ekspert komissiyalarında ona təyin olunan diaqnozlar “Xəstəliklər cədvəli”ndə F43.1, 17B, 14B bəndlərində qeyd olunub və buna baxmayaraq, ona əlillik dərəcəsi təyin olunmayıb.
Problemini yüngülləşdirmək üçün dərdini ictimailəşdirməyə qərara verən qazi Ayəddin Abdullayev televiziyada aparıcı Elgiz Əkbərin verilişinə də çıxıb, cəmiyyətdən dəstək istəyib. Sonra aparıcıdan kampaniyanın nəticəsini soruşduqda, ona xoşagəlməz cavab verib: “Mən bankda – zadda işləmirəm, sənə av alım”.
Odur ki, Ayəddin Abdullayev üzünü Ali Baş Komandan İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya tutub, köməklik üçün onlara müraciət edir.

Mövzuya qayıdacağıq.

“Korrupsiya və Qanun”

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama