Azərbaycan İdeyası

SAYCA 5-Cİ, QİYMƏTİ DƏ “5” OLAN POLİS BÖLMƏSİ

Tarix:28-11-2023, 15:43
Baxış Sayı:184

SAYCA 5-Cİ, QİYMƏTİ DƏ “5” OLAN POLİS BÖLMƏSİ
Möhkəm təməllərə söykənən ictimai asayişin və təhlükəsizliyin qorunması sahəsində polisin fəaliyyəti digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə sona yaxınlaşmaqda olan 2023-cü il boyu məqsədyönlü şəkildə davam etdirilib.

Gözləniləndir ki, ilin yekun göstəricilərində ümumi cinayətlərin, o cümlədən keçmiş illərdən bağlı qalmışların üstünün açılması faizi yüksək olacaq. Qəsdən adam öldürmələr, qəsdən sağlamlığa ağır zərər vurmalar, mənzillərdən edilən oğurluqlar, mal-qara oğurluqları, quldurluqlar, soyğunçuluqlar, xuliqanlıqlar, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən və odlu silahın tətbiqi ilə baş verən hüquqazidd əməllər az olacaq. Ötən üç rübdə ağır və xüsusilə ağır cinayətlərin, şəxsiyyət əleyhinə olanların, onlardan qəsdən adam öldürmə və ona cəhdlərin, qəsdən sağlamlığa ağır zərər vurmaların, habelə quldurluqların açılması yaxşılaşıb. İstintaq prosesində görülmüş tədbirlərlə cinayətlərdən zərər çəkmiş şəxslərə vurulmuş maddi ziyanın əhəmiyyətli hissəsi ödətdirilib.

Azərbaycan polisi və bu böyük qüvvənin tərkib hissəsi olan Sumqayıt Şəhər Polis İdarəsinin şəxsi heyəti də 2023-cü ili böyük uğurlarla - peşəkarlığın artırılması, intellektual səviyyənin yüksəldilməsi, cinayətkarlığa qarşı mübarizənin kəskinləşdirilməsi, dövlətçiliyin əsas dayaqlarının qorunması, sivil cəmiyyət üçün xarakterik olan insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində əldə edilmiş nailiyyətlərlə başa vurmağa hazırlaşır. Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) şəxsi heyəti şəhərdə ictimai asayişin, əmin-amanlığın qorunmasında öhdəsinə düşən müqəddəs vəzifəni ləyaqətlə yerinə yetirir.

Şərəfli xidmət yolu keçən Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin (PB) də şəxsi heyəti bu gün polis polkovniki Elmar Quliyevin rəhbərliyi altında xidməti ərazidə hüquqpozmalara qarşı profilaktiki tədbirlərin həyata keçirilməsi üçün mühüm işlər görür. Xatırladaq ki, E.Quliyev bu təyinatadək DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi vəzifəsində çalışıb və xidməti fəaliyyətində mühüm uğurlara imza atıb.

Rəis müavini polis polkovnik-leytenantı Natiq Nəsirov və digər təcrübəli polis zabitləri ictimai təhlükəsizliyin səmərəsini artırmaq üçün asayiş keşikçiləri ilə ictimaiyyət arasında etimada və əməkdaşlığa əsaslanan münasibətləri inkişaf etdirirlər. Təqdirəlayiq haldır ki, xidməti ərazidə ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, xüsusi tapşırıqların vaxtında yerinə yetirilməsi və insanlar arasında profilaktiki maarifləndirmə işinin aparılması nəticəsində cinayət hadisələrinin törədilmə səbəbləri isti izlərlə açılıb, təqsirli bilinən şəxslər qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilib, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir sıra hadisələrə görə axtarışda olan şəxslər tez müddətdə saxlanılaraq istintaqa təhvil verilib. Eləcə də kriminal hadisələrin sayı azalıb, əxlaqsızlıq yuvaları və qumarxanaların fəaliyyətinə son qoyulub.

Gənclərin narkotik maddələrdən cəkindirilməsində polis böyük səylə əmək sərf edir. Bölmədə zabitlərdən tutmuş, polis nəfərlərinə kimi nizam-intizamın qorunmasında, vətəndaş və polis arasındakı səmimi münasibətin qurulmasına əhəmiyyətli dərəcədə diqqət yetirilir. Polisin bu kimi fəaliyyəti sakinlər tərəfindən razılıqla qarşılanır.

Sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması, ətraf mühitin mühafizəsinin təmini məqsədilə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən tədbirlər keçirilir. Tədbirlər zamanı şəhərin yaşayış massivlərində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları polis əməkdaşları tərəfindən aşkar olunur, su mənbələrini məişət tullantıları və çirkab suları ilə çirkləndirən şəxslər inzibati məsuliyyətə cəlb edilir, təqsirkar fiziki və vəzifəli şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uğun olaraq cərimə edilirlər. Bildirmək istəyirik ki, bu iş mövsümi və kompaniya xarakteri daşımır. Sadalanan neqativ halların qarşının alınması və ölkəmizdə mövcud olan ekoloji təhlükəsizlik mühitinin qorunması məqsədi ilə polis əməkdaşları tərəfindən mütəmadi olaraq davam etdirilir.

Cinayət-prosessual qanunvericiliyə müvafiq olaraq, təhqiqat cinayət işlərinin istintaqının ilk mərhələsidir. Təhqiqat ibtidai istintaqın qarşısında duran vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi naminə onu cinayətin təzə izləri üzrə toplanmış, araşdınimış və qeyd olunmuş ilk materiallarla təmin edir. Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı polis kapitanı Fərhad Bayramov, Təhqiqat Şöbəsinin digər əməkdaşları anda, xidməti və vətəndaşlıq borcuna sadiqdirlər, dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malikdirlər, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləyir, vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətlidirlər. Dövlət tərəfindən verilmiş səlahiyyətlərdən yalnız qanun çərçivəsində istifadə edir, cinayət, yaxud digər hüquqpozmalar törətmiş şəxslərin qanunla qorunan hüquqlarına hörmətlə yanaşırlar. Xidməti vəzifələrinin icrası zamanı qərar qəbul edərkən prinsipial, qərəzsiz, səmimi, obyektivdirlər, öz xidməti vəzifələrinin icrasına buna səlahiyyəti olmayan şəxslər tərəfindən müdaxilə etmək cəhdlərinin qarşısını qətiyyətlə alır, xidməti fəaliyyətlə əlaqədar olan məlumatların yayılmasına yol vermirlər.

Əmin olmağa dəyər ki, Sumqayıt ŞPİ-nin, eləcə də ŞPİ-nin 5-ci PB-nin şəxsi heyəti bundan sonra da qanunvericiliklə müəyyən edilmiş funksiyaları layiqincə həyata keçirəcək, ölkədə sabitliyin, əmin-amanlığın davamlılığının təmin edilməsi üçün qüvvə və bacarığını əsirgəməyəcəklər.

Cənab Elmar Quliyevə və onunla çiyin-çiyinə xidmət edən polis həmkarlarına uğurlar arzulayırıq.

Baş redaktor :Xuraman Əhlimanqızı. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
18 oktyabr- Müstəqilliyin bərpası günüdür
18 oktyabr- Müstəqilliyin bərpası günüdür
İmtahan cavablarını üzündən köçürən müəllimə üstünlük verilir
İmtahan cavablarını üzündən köçürən müəllimə üstünlük verilir
Məhkəmə tərkibinə sədrlik edən İlham Əsədov və köməkçi hakimlər - Samir Mayılov, Tale Kərimov cənablarının saxta faktlar əsasında qəbul etdikləri 2(106)-1009/2024 saylı “QƏTnamə” nağılı!
Məhkəmə tərkibinə sədrlik edən İlham Əsədov və köməkçi hakimlər - Samir Mayılov, Tale Kərimov cənablarının saxta faktlar əsasında  qəbul etdikləri  2(106)-1009/2024 saylı “QƏTnamə” nağılı!
Ürəyinin üç damarı dəyişdirilib, əlillik statusu verilmir
Ürəyinin üç damarı dəyişdirilib, əlillik statusu verilmir
Bakıdakı 108 saylı məktəbdə kimya laborantı ştatı qanunsuz ləğv olunur
Bakıdakı 108 saylı məktəbdə kimya laborantı ştatı qanunsuz ləğv olunur
Boşanmış ana uşaqlarını keçmiş ərinin razılığı olmadan xaricə qaçırıb
Boşanmış ana uşaqlarını keçmiş ərinin razılığı olmadan xaricə qaçırıb
Azərbaycan SSR prokurorunun birinci müavini Murad Köçəri oğlu Babayevi Hüseynov Güloğlan Pəli oğlunun cinayət faktıyla əlaqədar müraciətinə 28.08.1989-cu il tarixdə Moskvaya yalan cavab yazıb göndərməyə kim və nə təhrik etmişdir?
Azərbaycan SSR prokurorunun birinci müavini Murad Köçəri oğlu Babayevi Hüseynov Güloğlan Pəli oğlunun cinayət faktıyla əlaqədar müraciətinə 28.08.1989-cu il tarixdə Moskvaya yalan cavab yazıb göndərməyə kim və nə təhrik etmişdir?
Yalandır-yalan!
Yalandır-yalan!