Azərbaycan İdeyası

Gəncədə brokanyerlərlə əlbir işləyən “Göygöz” ləğəbli möhtəkir niyə məsuliyyətə cəlb olunmur?

Tarix:1-02-2024, 16:34
Baxış Sayı:113

Bakı şəhəri, Süleyman Rüstəm küçəsi, ev 52A, mənzil 30 ünvanda yaşayan 85 yaşlı, YAP üzvü Xəlilov Fərəc Xəlil oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisinə, Daxili İşlər nazirinə, Ekologiya və Təbii Sərvətlər nazirinə, ünvanladığı şikayətin mətbuatda ictimailəşdirilməsini xahiş etmişdir:
Yazıb sizə bildirirəm ki, Gəncə şəhəri, C.Rəfibəyli – 58 ünvanda mənə məxsus 80 kv/metrlik bütün şəraiti olan obyektdə, günü 10 manata balıq təmizləyən “Göygöz” ləqəbli Elmara həmin obyekti icarəyə verdim. Elmar 10-15 il müddətində həmin obyektdə brokanyerlərin gündə 150-200 kiloqram oğurluq gətirdikləri balığı sataraq cinayət yolu ilə əldə etdiyi pul ilə mənim mülkiyyətimə 10-15 min manatlıq ziyan vurdu. Atam və əmilərim 1915-ci ildə Göyçədən Gəncəyə köçərkən hördürdükləri divarlar ağ torpaqdan olduğuna görə onları kubik (mişar daşı – red.) və sementlə hördürmək üçün Gəncəyə gəldikdə, Elmar məhlədə əkdirdiyim ağ gilas, aş əriyini qurudaraq, küçədə atamın və anamın xeyir ehsanına əkdirdiyim 10 ədəd çinar ağacını da məhv etdirərək yaşıllığa qənim kəsilmişdir. Elmar mən Gəncədə olarkəngecə saat 12-də qonşumun həyətindən iki nəfər muzdlu qatili salaraq məni öldürmək məqsədilə qapını döydülər. Mən onlardan “kimsən” - deyə soruşduqda, cavab vermədiklərinə görə “102” xidmətinə zəng vurdum. Ertəsi gün Gəncə şəhər 1 saylı Polis İdarəsinə gedərək yazılı surətdə şikayət yazdım. 1 saylı Polis İdarəsi mənim işimə düzgün baxmadığına görə Daxili işlər naziri Vilayət Eyvazova şikayət ərizəsi yazdım. Nazirliyin göndərdiyi Baş Təhqiqat İdarəsinin təhqiqatçısı Gəncə şəhər 1 saylı Polis İdarəsinin qərarını ləğv edərək təzə qərar çıxarıb mənə dəymiş ziyanın ödənməsi barədə materialların Gəncə şəhə rprokurorluğuna göndərilməsi barədə Baş Təhqiqat İdarəsinin 14.08.2023-cü il tarixli məktubu ilə mənə məlumat verdi. Həmin məktuba cavab olaraq 17.07.2023-cü il tarixdə Gəncə prokurorluğu mənə cavab məktubu göndərdi (hər iki məktubun surəti əlavə olunur).
DİN-nin Baş Təhqiqat İdarəsinin təhqiqatçısı işlə tanış oilan zaman Təhqiqat İdarəsinin brokanyerlərin oğurluq balıq ovlaması və onlara şərait yaradıb satan “Göygöz” ləğəbli korrupsioner, rüşvətxor və cinayətkarın barəsində bilərəkdən ölçü götürmək məqsədilə prokurorluğa məlumat verməməyi, vəzifə səaliyyətlərini yerinə yetirməməyi, korrupsioner, rüşvətxor və cinayətkarla Baş Təhqiqat İdarəsinin tabeliyində olan Gəncə şəhəri üzrə Təhqiqat İdarəsinin və Gəncə şəhər Baş Polis İdarəsində təhqiqat şöbəsinin rəislərinin 10-15 il müddətində vəzifə borcların bilərəkdən yerinə yetirməməsi, onların da bu korrupsioner və rüşvətxorla – Elmarla əlbir olduğunu sübut edir.
“Göygöz” ləğəbli Elmar bu törətdiyi əmələ görə icarədarlıqdan may ayından çıxartdım. Mənim obyektimin qabağında Təbriz küçəsinin sağ tərəfində, moykanın yanında təzə obyekt götürərək oğurluq balıq satmaqla məşğul olmağa başladı. Götürdüyü obyektin heç bir şəraiti olmadığından, məni öldürtdürərək geri qayıtmaq məqsədilə 8 ay müddətində başqa icarəyə götürməyə gələn adamların qarşısını alaraq mənə ayda 400 manatdan dekabr ayına kimi 3200 manat ziyan vurmuşdur.
Mən Gəncə şəhərinə gəlmədiyim üçün mənim kiçik qardaşım Xəlilov Eyvaz Xəlil oğlunu cinayətə cəlb edərək onunla birlikdə mənim obyektlərimə yiyələnmək məqsədilə onunla razılığa gələrək mənim Bakı şəhərində Keşlə dəmiryol stansiyasında mənə məxsus ictimai iaşə kafesinə bufetçi vəzifəsinə götürdüyüm yetim kimsəsiz qız olan Təhməzova Səifə Ağakişi qızını yaşamağa yeri olmadığına görə Gəncədən Bakıya gələrkən mənə məxsus Nizami rayonu, keçmiş Mətləb Ağayev küçəsi, 40/4 indiki Nizami Abdullayev – 35 ünvanında həmin Təhməzova Səifə Ağakişi qızının ödənişsiz yaşamaq üçün şərait yaratdım. Mən Bakıda işləyərkən, maaşım az olduğundan, bir ədəd təzə “Moskviç” alaraq işdən sonra günümə 150-200 manat pul qazanaraq şəhərin mərkəzində yuxarıda göstərdiyim ünvanda bir rus qadından 3 otaqlı ev alaraq ailəmlə birlikdə ora köçdüm.
Mənim köçməyimdən istifadə edən Təhməzova Səifə Ağakişi qızı cavan vaxtlarından əxlaqsızlıq ilə məşğul olduğuna görə, mənim mülkümə müxtəlif əlaqədə olduğu adamları gətirərək, o cümlədən cinayətkar və quldurlarla əlaqəyə girərək onların vasitəsilə mənim və bacımın razılığı olmadan qeydiyyata düşərək, əlaqədə olduğu quldurlara məni öldürtdürmək, mənim mülkiyyətimə yiyələnmək məqsədində olduğunu, mənim sirrimi kiçik qardaşım Xəlilov Eyvaz Xəlil oğlu bilərək Elmara danışdığına görə, qardaşıma külli miqdarda pul verərək Bakı şəhərinə Təhməzova Səifəyə həmin pulu verib məni öldürmək barədə razılığa gəlmişlər. Təhməzova Səifə Ağakişi qızının bu cinayət əməlini araşdırmaq üçün Bakı şəhəri Nizami rayonu, Polis İdarəsinin rəisinə 15.12.2023-cü il tarixdə şikayət ərizəsi verdim. Həmin şikayət ərizəsini 18.12.2023-cü il tarixdə 23-cü Polis Bölməsinə istintaq aparmaq üçün göndərilmişəm. 23-cü Polis Bölməsinin rəisinin yanına “Göygöz” ləğəbli Elmarın adamı gələrək bu cinayət işinin üstünün açılmaması barədə razı salmışdır. Ona görə də bu günə qədər Təhməzova Səifənin cinayət işini 23-cü Polis Bölməsi uzadır.
Mən yaşlı olduğumdan, yuxarıda göstərilənlər barədə “102” xidmətinə 3-4 dəfə zəng edib məlumat vermişəm. “102” xidmətinin göstərişinə əsasən, 590 82 23 və 590 93 16 telefonunda oturan baş təhqiqatçı ilə danışaraq, Gəncə şəhərində brokanyerlərin gətirdiyi oğurluq balığı satan Elmar barəsində təhqiqatçının vəzifəsinə uyğun yoxlama apararaq cinayətkar oğurluq satan obyektin bağlanmasını xahiş etmişəm. Baş təhqiqatçının göstərişinə əsasən, 590 82 23 nömrəli telefonda oturan, Gəncə şəhəri üzrə xidmət aparan Elnur adlı təhqiqatçı ilə əlaqə saxlayaraq, Gəncə şəhərindəki brokanyerlər və oğurluq balıq satanlarla mübarizə aparan polis işçilərinə qanunamüvafiq göstəriş verilməsini və dövlətə, təbiətə dəymiş ziyanın qarşısını almaq məqsədilə vəzifəsini uyğun surətdə icra etməsini xahiş etmişəm. Elnur adlı təhqiqatçı mənə Gəncə şəhər prokurorluğuna müraciət etməyimi məsləhət görmüşdü. “Göygöz” ləğəbli korrupsioner və cinayətkar Elmar baş prokurorluğa göndərdiyim teleqram və məktubların ora çatmaması məqsədilə Gəncə şəhər Poçt İdarəsindəki korrupsionerlərə rüşvət verərək teleqramların prokurorluğa çatdırılmamasını xahiş etmişdir. Mən Gəncə prokurorluğuna zəng etdikdə, onların nə teleqram, nə də məktubu almadıqlarını mənə bildirmişlər. Mən Rəqəmsal İnkişaf Nazirliyinə gedərək, 15 dekabr 2023-cü il tarixdə şikayət ərizəsi yazıb verdim (Şikayət ərizəsi əlavə olunub).
DİN-dəki və Gəncə şəhərini kurasiya edən, Gəncə şəhərində olan təhqiqatçıların bu cinayətkar Elmarla əlaqələri olduğuna görə 10-15 il müddətində brokanyerlərin oğurluq balığını satan “Göygöz” ləğəbli korrupsioner və cinayətkarın cinayət əməllərinə göz yummaqları, Elmardan aylıq rüşvət aldığını sübut edir.
Hörmətli nazirlər, oğurluq balığı cinayət yolu ilə əldə etdiyi gəlirlə insan ölümlərinə səbəb olan və mülkiyyətə yiyələnmək kimi qanunsuz əməllərinə son qoymaq məqsədilə Elmarın gəlir mənbəyi olan, cinayət yolu ilə işlətdiyi balıq satışı obyektini bağlayaraq, Azərbaycan Respublikasının qanunlarına müvafiq cinayətə cəlb etmənizi xahiş edirəm.
Elmarın yaşıllığa qənim kəsilərək qırdırdığı ağacların yerinə bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gəncə şəhərindəki əməkdaşlarına çinar ağacları əkdirdiklərinə görə təşəkkür edirəm. Əminəm ki, Elmarın 15 il müddətində dövlətə və təbiətə vurduğu ziyanı cəzasını almaq barədə mənə köməklik etməyinizi sizdən xahiş edirəm.
Xuraman Əhlimanqızı [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alınıb - VİDEO
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alınıb - VİDEO
BDU-nun tələbəsi qəzada öldü
BDU-nun tələbəsi qəzada öldü
Ötən gün Azərbaycanda 11 kiloqram narkotik tapılıb
Ötən gün Azərbaycanda 11 kiloqram narkotik tapılıb
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Azərbaycanda hakim intihar etdi
Azərbaycanda hakim intihar etdi
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO