Azərbaycan İdeyası

Dəmiryol sistemindəki korrupsiya çetesi qocaman sahibkarı müflis edib

Tarix:28-07-2022, 18:43
Baxış Sayı:209

Azərbaycanda dövlət rəhbərliyi, şəxsən cənab Prezident İlham Əliyev sahibkarlığın inkişafı üçün münbit şəraitin yaranması, iş adamlarının fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması üçün gərəkən bütün addımları atır, özəl sektor təmsilçilərinin fəaliyyətinin stimullaşdırılması üçün tərəqqiyönlü qanun və normativ aktlar qəbul olunur.

Ancaq çox təəssüf ki, yerlərdə bəzi şəxsi və korporativ maraqlar güdən məmurların destruktiv fəaliyyəti, rəvac verdikləri qanunsuzluqlar ucbatından iş adamları ziyana düşür, onların dövlətə olan etimadı sarsılır.

Bakı şəhəri, Süleyman Rüstəm küçəsi, 52 A, mən. 30 ünvanda yaşayan, YAP-ın üzvü, müstəqil "Peyk" firmasının müdiri Xəlilov Fərəc Xəlil oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək, bildirmişdir ki, müstəqii "Peyk" firmasının Nizami rayonu, “Azkeşlə” elektrik dayanacağı stansiyasında bütün sənədləri olan (texniki pasport, plan sxemi) 5 obyekti (çörək, kurtka təmiri, meyvə-tərəvəz köşkləri, yuma sexi və kafesi) olub:

“Bu obyektlər 25-30 ii müddətində dəmir yolu ilə bağianmış, icarə müqaviləsi əsasında işiəmiş və Bakı şəhər İcra Hakimiyyətinin qeydiyyat şəhadətnamələrini almışdır. Bundan əlavə, mənə məxsus (101 kvadrat/ metr) ictimai iaşə idarəsinə aid kafe 25-30 il müddətində Əmlak Komitəsi ilə bağlanmış icarə müqaviiəsi əsasında fəaliyyət göstərib. Son vaxtlar Dəmir Yolu İdarəsi ilə icarə müqaviləsi bağlamağa icazə vermədiklərinə görə 1-ci müavin Süleymanov Əlirzadan məktub alaraq Əmlak Komitəsinə müraciət etdim. Onlar mənə rəsmi cavab verdilər ki, müvəqqəti obyektlərlə icarə müqaviləsi bağlamırıq. Mən dövlətə torpaq vergisini ödəmək məqsədi ilə Keşlə bələdiyyəsinə ərizə ilə müraciət etdim. Keşlə bələdiyyəsi mənimlə icarə müqaviləsi bağlamaq məqsədilə 01/17 nömrəli, 08 avqust 2007-ci il tarixli sərəncam verdi. Sonralar Dəmiryolu İdarəsində Əmlak şöbəsi yaranması barədə Əmlak şöbəsinin müdiri, dəmir yolunda rəhbər vəzifədə işləyən yoldaşlar və stansiya rəisi tərəfindən mənə rəsmi və şifahi məlumat verilməmişdir. Məndən icazəsiz dəmiryolu stansiyasının rəisi Züifüqar Əsgərov gizli yolla ictimai iaşə kafesində bufetçi işləyən Təhməzova Səifəni aldadaraq, ona gələcəkdə çoxlu kompensasiya ödəyəcəyini bildirərək onunla 01 noyabr 2015-ci ii tarixdə icarə müqaviləsi bağlamış və bu haqda mənə xəbər verməməyini ondan xahiş etmişdir. Müstəqii "Peyk" firmasının obyektləri ilə icarə müqaviləsi bağlamamaq və gələcəkdə Keşlə Dəmir Yolu Stansiyasında yenidənqurma və abadlıq işi aparılacağından xəbəri olduğundan, firmaya kompensasiya ödəməmək və firmaya məxsus obyektləri firmanın müdirinin iştirakı və xəbəri oimadan götürmək üçün qabaqcadan zəmin və şərait yaratmışlar. Mən evdə olarkən Sabunçu Dəmiryol Polis İdarəsinin sahə müvəkkili İlqar mənə zəng etdi ki, sənin obyektlərini götürmək istəyirik. Mən ona dedim ki, bu gün ürəyim ağrıyır, sabah gələrəm, Keşlə bələdiyyəsi ilə mənim icarə müqaviləm olduğuna görə, həmin obyektləri ona aid torpaq sahəsinə köçürərəm. Bundan xəbər tutan korrupsioner stansiya rəisi Z.Əsgərov tez qaçaraq kafedə işləyən bufetçi Təhməzova Səhifəyə yalvararaq onun komissiya üzvlərinə yalandan güya “Məşədi Fərəc dedi ki, götürürlər, cəhənnəmə götürsünlər” – deyərək komissiya üzvlərinin fikirini dəyişdirən stansiya rəisi və sahə rəisi mənə məxsus obyekti mənim iştirakım olmadan götürərək hara apardıqlarından, satdıqlarından və mənimsədiklərindən xəbərim yoxdur. Bunların gördükləri qanunsuz cinayət əməlləri barədə Dəmiryol İdarəsinin 1-ci müavini Əlirza Süleymanovun qəbulunda olaraq onun katibəsinə şikayət məktubumu verdim. Bundan sonra Respublikanın Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Dəmir yolu QSC-nin sədri Cavid Qurbanova 09.10.2017 tarixli MPF03 nömrəli, 29.11.2017 tarixli MPF 11/29 nömrəli şikayət ərizəsi yazdım. Ondan bir xəbər olmadığına görə məcbur olub Azərbaycan Respublikası baş prokuroru Zakir Qaralova və Azərbaycan Respublikası Baş prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əİiyevə 01.02.2018 tarixli MPF 01/31 nömrəii şikayət ərizəsi yazdım. Dəmiryolu İdarəsində sovet dövründən indiyədək rəhbər vəzifələrdə işləyən korrupsionerlər stansiya rəisi Z.Əsgərovun cinayət işiərini gizlətmək və ört - basdır etmək məqsədilə onu işdən çıxardaraq yerinə Arzu adında təzə rəis qəbul etdilər. Həmin Arzu bufetçi Səhifəyə yaxınlaşaraq “Peyk” firmasına konpensasiya ödəmək məqsədilə sənədlərin ona verilməsini xahiş etmişdir. Mən “Peyk” firmasına məxsus bütün sənədləri ona Təhməzova Səhifənin vasitəsilə verdim və yaxın müddətdə kompensasiya ödəməklərinə söz verdi. Keçmiş stansiya rəisi Z.Əsgərovla təzə stansiya rəisi Arzu əlbir olaraq sənədlərin içərisindən müstəqil “Peyk” firmasının 5 obyektinin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş qeydiyyat şəhadətnamələrinin 1-ci nüsxəsini, Prezidentə və Mehriban xanıma, Dəmiryol İdarəsinin rəis müavini Süleymanova yazdığım şikayət ərizələrini və lazımi sənədləri götürərək qovluğu Səhifəyə qaytarmışdır. Dəmiryolunda işləyən korrupsionerlərin iştirakı ilə müstəqil “Peyk” firmasının obyektlərinə və mənə məxsus ictimai iaşə kafesinin bufetçisi Təhməzova Səhifə ilə bağladıqları icarə müqaviləsi əsasında Dəmiryol İdarəsinin Əmlak Şöbəsində korrupsiyaya meyilli adam taparaq kompensasiya yazaraq mənimsəmişlər. Dəmiryol idarəçiliyindəki korrupsionerlər bu cinayət işinin izini itirmək məqsədilə təzə stansiya rəisi Arzunu da işdən çıxararaq başqa işlə təmin etmişdir. Sabunçu Dəmir Yolu Polis İdarəsinin sahə müvəkkili İlqarın bu cinayət işiərinə şərait yaratdığına görə onu da işdən çıxararaq Dəmir Yolu Baş Polis İdarəsinə yüksək vəzifəyə göndərmişiər. Azərbaycan Respublikası Prokurorluğuna “Peyk” firmasına dəyən ziyanın ödənilməsi barədə yazdığım şikayət ərizəmə Dəmiryol İdarəsinin əmlak şöbəsinin DƏ/g-034 nömrəli, 27.02.18 tarixli məktubunda göstərilmiş müdir Məmmədrəsui Məmmədovun 21 sentyabr 2001-ci ildə qəbulunda oldum. “Peyk” firmasına aid bütün sənədləri ona göstərdim və onun cavabından mənə məlum oldu ki, “Peyk” firmasının sənədlərini stansiya rəisi Arzunun götürməsinə baxmayaraq, Məmmədrəsul Məmmədov da bu korrupsiyanın üzvüdür.

Prezidenti İlham Əliyevin imzaladığı korrupsiya haqqında qanunun hamıya aid olduğunu, ayrı-seçkiliq olmadığını bildirməyinə baxmayaraq, Dəmiryolunda rəhbər vəzifədə işləyən korrupsioner dəstə bu cinayəti törətmiş və heç bir ölçü götürməmişlər və prokurorluğun korrupsiya ilə mübarizə idarəsi mənə dəymiş ziyanın ödənilməsi ilə əlaqədər şikayət ərizəmə əməl etməmişdir. “Peyk” firmasına məxsus, Dəmir Yol İdarəsi ilə 25-30 il müddətində bağlanmış müqavilə əsasında fəaliyyət göstərmiş 5 qanuni sənədli obyektə və mənə məxsus 101 kvadrat ictimai iaşə obyektinə Əmlak Komitəsi ilə 25-30 il müddətinə bağlanmış icarə müqaviləsi əsasında işlədiyim obyektə, stansiyada heç bir sənədi olmayan obyektlərə kompensasiya ödənildiyi bir halda mənim qanuni sənədlərim olan obyektlərimə dəyən ziyanı ödəməyərək və obyektlərimin əvəzinə başqa yerdə obyekt verməyərək mənə nə səbəbdənsə kompensasiya ödəməmişlər.Mənim 82 yaşım var. YAP-ın üzvü, “Sahibkarlıq və hüquq” qəzetinin bölgə müxbiri, Sahibkarlar Konfederasiyasının üzvü, məşədi olmağıma baxmayaraq, dəmiryolunda rəhbər vəzifədə işləyən korrupsionerlər buna qiymət qoymayaraq, ədalətsiz hərəkət etmişlər”.

Qocaman sahibkar üzünü ölkə başçısına, baş prokurora, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərıliyinə tutaraq xahiş edir ki, onun 5 obyektinin əvəzinə kompensasiya verilməsində və firmaya boş dayanmalar nəticəsində dəymiş ziyanın ödənilməsində köməklik göstərilsin.

Mövzuya qayıdacağıq.

Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
DSMF əməkdaşını aldadaraq 162 min manatını ələ keçirən qadınla bağlı qərar açıqlandı
DSMF əməkdaşını aldadaraq 162 min manatını ələ keçirən qadınla bağlı qərar açıqlandı
Gəncədə xəstəxanaya yerləşdirilən 5 yaşlı qız öldü
Gəncədə xəstəxanaya yerləşdirilən 5 yaşlı qız öldü
Dollar 3 manat OLACAQ? - AÇIQLAMA
Dollar 3 manat OLACAQ? - AÇIQLAMA
Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
Bu gün Kəlbəcər şəhərinin işğaldan azad ediməsi Günüdür!
Bu gün Kəlbəcər şəhərinin işğaldan azad ediməsi Günüdür!
Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
Sürücülərə ŞAD XƏBƏR: COP29 zolaqları QÜVVƏDƏN DÜŞDÜ
Sürücülərə ŞAD XƏBƏR: COP29 zolaqları QÜVVƏDƏN DÜŞDÜ
Nikahlarla bağlı YENİLİK
Nikahlarla bağlı YENİLİK