Azərbaycan İdeyası

Parisdə gizlənən Elşad Abdullayevin oğlu Xankəndində necə mülk alıb?+Foto

Tarix:22-02-2024, 11:33
Baxış Sayı:221


Vətəninfo.az saytına istinadən xəbər veririk ki, fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Univeristetin rektoru, hazırda Fransada gizlənən Elşad Abdullayevin oğlu Elşən Abdullayevlə bağlı redakasiyamıza maraqlı məlumat daxil olub.

Məlumata görə, bir müddət öncə Elşən Abdullayev Qarabağda, xüsusən də Xankəndində yaşayan bir neçə ermənidən, müxtəlif kv.m. sahələrə malik qeyri yaşayış yerləri alıb.

Məlumatda vurğulanır ki, Azərbaycan qanunlarını pozaraq Azərbaycan vətəndaşı olduğu halda, Rusiya Federasiyasının da vətəndaşlığını qeyri-qanuni yolla almağı bacaran Elən Abdullayev bu addımı ilə müxtəlif niyyətlər güdür. Məlumatda qeyd olunur ki, Elşən Abdullayevin Xankəndində qeyri-yaşayış sahələrinə malik əmlakı 44 günlük müharibədən öncə aldığı bildirilir. Amma onun belə bir addım atmasının arxasında atası Elşad Abdullayev kimi məkirli niyyətləri var. Məlumata görə, Elşən Abdullayev bu əmlakların ona verilməyəcəyi təqdirdə gələcəkdə Azərbaycan dövlətini beynəlxalq məhkəmələrə vermək və bu yolla Azərbaycan dövlətindən küllü miqdarda vəsait almağı düşünür.

Elşən Abdullayevin Rusiya Federasiyası vətəndaşlığına necə sahib olması, artıq Rusiyanın hüquq-mühafizə orqanlarının da diqqətini özünə cəlb edib.

Məlumata görə, Elşən Abdullayev Moskva vilayəti, Odintsovo rayonu, Marfino kəndi, 26v ünvanında qeydiyyatda görünür.

Bundan başqa, Elşən Abdullayev və onun atası Fransada qaçqın həyatı yaşayan Elşad Abdullayev Moskvada Azərbaycanın dövlət əmlakını qanunsuz olaraq özəlləşdirib.

Qeyd edək ki, o Azərbaycan vətəndaşı olmaqla 2005-ci ildə təhsil almaq üçün Rusiya Federasiyasına gəlib.


Görünür Elşən Abdullayev də atasının yolunu gedərək, hələ də qanunsuz əməllərin davam etdirir və bu günə kimi cəzasız qalmasından istifadə edərək at oynatmaqdadır.

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Bakıda böyük təmizlik
Bakıda böyük təmizlik
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI