Azərbaycan İdeyası

Aldadıb pul almaq üçün hacıxanım anasını işə qarışdırdı.

Tarix:7-03-2024, 16:38
Baxış Sayı:132

Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivi, 21 ünvanında yaşayan Cəbiyev Həsənağa Nəhmət oğlu Azərbaycan Respublikası Baş prokuroru cənab Kamran Əliyevə, Daxili İşlər naziri cənab Vilayət Eyvazova ünvanladığı 19.02.2024-cü il tarixli ərizəsinin bir surətini də “Korrupsiya və Qanun” qəzeti redaksiyasına göndərib, ictimailəşdirilməsini xahiş etmişdir.

ƏRİZƏ

Hörmətli cənab nazir!
Mən sosial təqaüd alırdım. Mənə verilən sosial təqaüdüm əmək pensiyasına keçirilməsini istəyirdim. Bir neçə ay keçdi (2 ay), heç bir qurumdan cavab ala vilmədim. “Vətənpərvərlər” Maarifləndirmə İctimai Birliyində çalışırdım. İctimaiyyət arasında bu məsələ haqqında söhbət açdım. Yaxın dostum olan Habilin də sosial pensiyası dayandırılmışdı. Bu zaman həmin ictimai birlikdə çalışan Azər Alıyev adlı həmkarım bildirdi ki, mənim bu işlərlə məşğul olan tanışım var. Həmən o, yanımdaca Həbibli Mövlanverdi adlı şəxsə zəng etdi, bu məsələ haqqında ona danışdı. Telefonda Mövlan bildirdi ki, ekspert komissiyasının rəisi mənim qohumumdur, sənə kömək edərəm. O, məni əmin etdi ki, mən bu məsəsləni tamamilə qanuni yolla həll edəcəm. Mövlanverdi bildirdi ki, bu işin düzəlməsi üçün mən sizdən 1800 AZN pul alacam. Mən Azərə “bu şəxsə ertibar etmək olarmı” deyəndə, “narahat olma” deyərək məni əmin etdi. Həmin məbləği “Azadlıq” metro stansiyası yaxınlığında 22.04.2023-cü ildə Mövlanverdi ilə görüşüb ona verdim. 10-15 gün keçəndən sonra mənə zəng edərək dedi ki, sənədlər üçün 2000 AZN pul lazımdır. Dostum Habil 2000 AZN mənə pul verdi. Məni Mövlanverdi adlı şəxslə tanış edən Azər Alıyevin və “Vətənpərvərlər” Maarifləndirmə İctimai Birliyinin sədri Qərib Azadxanlının otağında 2000 AZN məbləği ona verdim. Bundan 10 gün keçmişdi ki, yenə mənə zəng edərək dedi ki, təcili 1000 AZN pul lazımdır. 500 (beş yüz) AZN Habildən aldım, 500 (beş yüz) AZN də mən üstünə qoyaraq (1000 AZN) onun kartına vurdum. Yenə 10 gündən sonra mənə Mövlanverdi bildirdi ki, “mən utanıram deməyə, işlər hazırdır, mən istəmirəm əvvəlki pullar batsın, 2000 AZN lazımdır”. Artıq məndə pul qurtarmışdı. Yenə də 10-15 gün keçəndən sonra anasının, atasının canlarına and içərək, müxtəlif bəhanələrlə yalan vədlər verərək 1000 AZN pul istədi. Mən onun kartına 500 bir dəfə, 300 (üç yüz) AZN terminal vasitəsilə kartına pul vurdum. Beləliklə, biz ona 8600 (səkkiz min altı yüz) AZN pul verdik. Sonra dedi ki, işləriniz hazırdı, bir həftəyə sizin sənədləriniz qaydasında olacaq, sosial yardımlarınızı alacaqsınız. Bir həftə keçəndən sonra ona dəfələrlə zəng etsəm də, telefonu açmırdı, açanda da mənə müxtəlif bəhanələr gətirərək aldadırdı. Mənə artıq məlum oldu ki, məni müxtəlif bəhanələrlə aldadır. Təxmini 1-2 ay sonra mənə zəng etdi ki, Binəqədi rayonu, Z.Əliyeva parkında səni gözləyirəm, gəl görüşək, hər şey əladır. Dostum Vidadi ilə getdim görüşə. Mövlanverdinin yanında bir qadın da var idi, əlini qadına sarı uzadıb “anamdır, hacıxanımdır” - dedi. – “Bax, anamı gətirmişəm ki, inanasan. Bütün Azərbaycan anamı tanıyır. O, heç vaxt yalan danışmır. Bu zaman ana dilləndi ki, “ay bala, 1200 (min iki yüz) AZN ver, sənədləri özüm alıb gətirəcəm. Balamın da canı qurtarsın”. Mən ona bildirdim ki, verdiyim pulları geri qaytarın, artıq xəstə düşmüşəm, 70 yaşım var, iki dəfə insult keçirtmişəm, daha bəsdirin, pulları qaytarın.
Hörmətli cənab nazir!
Yuxarıda qeyd etdiklərimi sübuta yetirmək üçün əlimdə yetərincə faktlarım və şahidlərim var. Bu dələduz Mövlanverdidən bizim pulların alınıb qeri qaytarılmısını sizdən xahiş edirik.
Hörmətli KİV nümayəndələri!
Yuxarıda qeyd etdiklərimi geniş oxucu kütləsinə çıxarmağınızı və belə dələduzları ifşa etməyinizi, aidiyyatı orqanlara göndərib mənə köməklik etməyinizi sizdən xahiş edirəm”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
İqtisadi fəal, məşğul, işsiz əhali
İqtisadi fəal, məşğul, işsiz əhali
Yeni açılmış iş yerləri
Yeni açılmış iş yerləri
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əsaslı tikinti
Əsaslı tikinti
Sənaye
Sənaye