Azərbaycan İdeyası

Evində qohumları ilə telefonla ucadan danışan şəxsi bıçaqlayanın cəzası MƏLUM OLDU

Tarix:3-04-2024, 11:48
Baxış Sayı:167



Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayonunda tanışını bıçaqlamaqda təqsirləndirilən Sandra Səfərovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Sandra Səfərov dörd il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2022-ci il oktyabrın 6-da gecəyarısı Xaçmaz rayonu, Yalama kəndi, Xətai küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, Sandra Səfərovun evində internetdən istifadə edərək qohumları ilə sosial şəbəkə vasitəsilə danışmaq üçün həmkəndlisi, zərərçəkmiş Bəxtiyar Tarkuliyev qonaq gəlib. Zərərçəkmiş sərxoş vəziyyətdə telefonla qohumları ilə yüksək səslə danışaraq nalayiq söyüşlər söyüb. Sandra da həmkəndlisinə irad bildirib. Sonra Bəxtiyar onun bu iradına məhəl qoymayaraq öz hərəkətlərini davam etdirib. Sandra isə zərərçəkmiş şəxsə onun evindən çıxıb getməsini tələb etsə də, Bəxtiyar yenə də təqsirləndirilən şəxsin sözlərinə əhəmiyyət verməyib. Daha sonra Sandra Səfərov mətbəx bıçağı ilə bir dəfə qəsdən onun sol tərəf döş qəfəsi nahiyəsindən vuraraq, Bəxtiyara xəsarət yetirib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı