Azərbaycan İdeyası

Suqovuşanın azadlığı uğrunda döyüşüb, veteran vəsiqəsi ala bilmir

Tarix:2-05-2024, 13:46
Baxış Sayı:120

Suqovuşanın azadlığı uğrunda döyüşüb, veteran vəsiqəsi ala bilmir

Prezident İlham Əliyev 2021-ci ildə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncamda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi qeyd olunub.
Bundan başqa, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin edilməsi də nəzərdə tutulub.
Qərar 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minib.
Amma Vətən müharibəsində iştirak etdiyi halda hələ də veteran statusu və veteran vəsioqəsi ala bilməyənlər vardır.
Astara rayonunun Siyəkəran kəndində qeydiyyatda olan, hazırda Abşeron rayonunun Məmmədli kəndində yaşayan Əliyev Novruzəli Fərzi oğlu 17.04.2024-cü il tarixli ərizəsi ilə “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək, oğlu Əliyev İlkin Novruzəli oğlunun Vətən müharibəsində iştirak etdiyini təsdiqləyəcək veteranlıq vəsiqəsini ala bilmədiyini, süründürməçiliklə, bürokratik əngəllərlə üzləşdiyini bildirib.
Yazır ki, İlkin 2019-cu ildə Astara rayonundan həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi qulluğunu Goran kəndində yerləşən “N” saylı hərbi hissədə çəkmişdir. Sonra Mingəçevir şəhərində yerləşən başqa hərbi hissəyə köçürülmüş, artilleriya qoşunları üzrə xidmət keçmişdir.
“İkinci Qarabağ müharibəsi başlayanda oğlum da döyüşlərə yollanmış, Suqovuşan uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. 2021-ci ildə hərbi xidməti başa vurmuşdur. Lakin həmin vaxtdan indiyə kimi ona Vətən müharibəsi iştirakçısı olması ilə bağlı heç bir sənəd, vəsiqə verilməyib. Bununla bağlı Müdafiə Nazirliyinə dəfələrlə müraciət etsək də, yaşayış yeri üzrə hərbi komissarlığa (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi – red.) müraciət etməyi tövsiyə ediblər. Astara rayon hərbi komissarlığı isə əksinə, Nazirliyə müraciət etməli olduğumuzu deyiblər”, - Novruzəli Əliyev şikayətini mediada ictimailəşdirməyi, oxuculara və aidiyyəti qurumlıara çatdırılmasını redaksiyamızdan xahiş etmişdir.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə təltif olunanlar arasında əsgər Əliyev İlkin Novruzəli oğlunun da adı vardır.

“Korrupsiya və Qanun”

OXŞAR XƏBƏRLƏR
Tramp Çinə gedir
Tramp Çinə gedir
Azərbaycanda külək enerjisində TARİXİ REKORD
Azərbaycanda külək enerjisində TARİXİ REKORD
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO
Prezident İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək
Prezident İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək
Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur
Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur
Prezident İlham Əliyev: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik
Prezident İlham Əliyev: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilandan video paylaşıb
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilandan video paylaşıb
Neft bahalaşıb bu qiymətə OLDU
Neft bahalaşıb bu qiymətə OLDU