Azərbaycan İdeyası

ÇƏTİN, AMMA ŞƏRƏFLI GÜNLƏR QARŞISINDA - “İron Men H.N Fight Club”un yeni idman zalı sizləri gözləyir

Tarix:12-06-2024, 16:20
Baxış Sayı:126


Azərbaycan Savate Federasiyasinin tərkibində fəaliyyət göstərən “İron Men H.N Fight Club” elə ilk addımlarından əlbəyaxa döyüş idmansevərlərinin rəğbətini qazanıb. Klubun rəhbəri Nofəl Nəsibov, baş məşqçi Mətin Hüseyn, məşqçi Orxan İmanzadə yetirmələrini qısa zaman kəsiyində diqqətəlayiq uğurlar qazanmağa kökləyə bilmişlər.
Belə ki, 2023-cü ilin dekabr ayında Azərbaycan çempionatında klubun üzvlərinin göstərdiyi üstün nəticələrə görə Nofəl Nəsibov Federasiya prezidenti hörmətli cənab Rafiq Əliyev tərəfindən Fəxri Fərman ilə təltif olunmuşdur. Klubun tədbirinə fəxri qonaqlar kimi dəvət alan Federasiya prezidenti və köməkçisi Seymur Yusifov öz nitqlərində klubun imza atdığı nailiyyətləri alqışlamışlar.
5 mart 2024-cü il “İdman və Bədən Tərbiyəsi Günü”ndə Federasiya rəhbəri R.Əliyev klub üzvlərini “Quba - İdman Paytaxtı 2024” çərçivəsində keçirilən festivala dəvət etmişdir. Klub üzvləri həvəslə qatıldıqları həmin tədbirdə Gənclər və İdman naziri hörmətli cənab Fərid Qayıbov ilə də görüşmüşlər.
2 İyun 2024-cü il tarixdə o vaxta qədər müxtəlif arenalarda icarə əsasında fəaliyyət göstərən klubun ilk yeni idman zalının açılışı baş tutmuşdur. Açılış mərasimində Azərbaycan Savate Federasiyasının Prezidenti cənab R. Əliyev, Federasiyanın İdarə Heyətinin üzvləri, şəhid anaları, Vətən müharibəsi qaziləri, klubdakı idmançılar, onların valideynləri dəvət aldılar.
5 İyun 2024-cü il tarixdə Azərbaycan Savate Federasiyasının növbədənkənar yığıncağı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təşkil olundu. Yığıncaqda Federasiyanın yeni vitse - prezidenti və xarici əlaqələr üzrə menecmenti təyin edildi. Eyni zamanda İdarə Heyətine təzə qəbul olunmuş üzvləri, o cümlədən “İron Men H.N Fight Club”un rəhbəri kimi Nofəl Nəsibov təqdim olundular. Bu, Nofəl müəllimin İdarə Heyətinin üzvü qismində iştirak etdiyi ilk yığıncaq idi.
6 İyun 2024-cü il tarixdə zalın ilk açılış məşqində Federasiyanın baş katibi, eyni zamanda məqşçi Həsən Əliyev tələbələri ilə qonaq olublar. Birgə məşq toplantısı idmançılara xüsusi motivasiya vermişdir.
Klub rəhbəri N.Nəsibov fürsətdən istifadə edib Azərbaycan Savate Federasiyasının prezidenti cənab R.Əliyevə klubun fəaliyyətinə verdiyi dəstəyə görə öz təşəkkürünü bildirir və xatırladır ki, “İron Men H.N Fight Club”un hədəfi sağlam Azərbaycan gəncliyinin yetişməsinə vasitə olmaqdır: “Məqsədimiz bayrağımızı ən yüksək kürsüdə dalğalandırmaq, himnimizi səsləndirmək, ölkəmizi - Odlar Yurudunu bütün dünayaya tanıtdırmaq və klub olaraq bizə göstərilən etimadı doğrultmaq olacaq. İnşalllah, bizi qarşıda çətin, amma şərəfli günlər gözləyir. Klubumuzda kişilər, azyaşlılar və xanım idmançılar üçün xüsusi məşq saatları təyin olunub. Zalımızda şəhid övladlarına, qazi övladlarına, qazilərə məşqlərimiz ödənişsizdir. Çox hörmətli Rafiq müəllimin dediyi kimi, onların təlim haqqı bir ömür valideynləri tərəfindən ödənilib”.
Qeyd: “İron Men H.N Fight Club”unun idman zalı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Əsəd Əhmədov küçəsi, 2 A ünvandakı (“Bravo” super-marketinin yaxınlığında) təzə tikili binanın birinci mərtəbəsində yerləşir.






Orxan Rzazadə

OXŞAR XƏBƏRLƏR
Peşə Bayramınız Mübarək-Azərbasycvan polsi! +FOTO!
Peşə Bayramınız Mübarək-Azərbasycvan polsi! +FOTO!
Azərbaycan Polisi 107 yaşında + VIDEO
Azərbaycan Polisi 107 yaşında + VIDEO
Təbrik Edirik!!! + FOTO!
Təbrik Edirik!!! + FOTO!
"Sputnik Azərbaycan"da saxlanılan iki nəfər binadan çıxarılıb - VİDEO
"Sputnik Azərbaycan"da saxlanılan iki nəfər binadan çıxarılıb - VİDEO
Müavinətlər artırılır, bu qərarlar qüvvəyə minir - İyulun 1-dən
Müavinətlər artırılır, bu qərarlar qüvvəyə minir - İyulun 1-dən
Sabahdan qohum evliliklərinə qadağa qoyulur
Sabahdan qohum evliliklərinə qadağa qoyulur
Sabahdan Azərbaycanda sosial müavinətlər artırılır
Sabahdan Azərbaycanda sosial müavinətlər artırılır
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib