Azərbaycan İdeyası

Avtobusda xəsarət alan şəhid bacısının şikayətinə baxan yoxdur.

Tarix:18-07-2024, 17:00
Baxış Sayı:170

Avtobusda xəsarət alan şəhid bacısının şikayətinə baxan yoxdur.

Bakıda avtobus sürücülərinin davamlı olaraq qayda pozuntuları törətməsi haqda mediada kifayət qədər yazılıb. Amma problem hələ də öz həllini tapmır. Nasaz avtobuslar yeniləri ilə əvəzlənsə də, yollar təmir olunsa da, infrastruktur təkmilləşdirilsə də, cərimələr artırılsa da, sərnişindaşıma xidmətinə naşı sürücülərin cəlb edilməsi bütün mütərəqqi səyləri heçə endirir.
Bakı şəhəri, Xətai rayonu, 2 saylı Zeytun sovxozu, Naximov küçəsi, ev 191E ünvanda qeydiyyatda olan və yaşayan Salayeva Rəfiqə Qəzənfər qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına 10.06.2024-cü il tarixli ərizə ilə müraciət edərək, sərnişini olduğu avtobusun sürücüsünün səhlənkarlığı ucbatından xəsarət aldığını, lakin hüquq-mühafizə orqanlarının onun probleminə biganə qalması səbəbindən müalicə xərclərinin sığorta hesabına qarşılmasına nail ola bilmədiyindən şikayətlənib. Onun ailə vəziyyətinin ağırlığı, cəmiyyətin həssas kateqoriyasına aidiyyəti– şəhid bacısı olması, həyat yoldaşının gözdən əlil, Prezident təqaüdçüsü olması, oğlunun II qrup əlilliyi nəzərə alınmayıb, qərar sahiblərinin daş qəlbini yumşaltmayıb.
Yazır ki, 2024-cü ilin fevral ayında 175 nömrəli marşrut ilə “Baku Bus” xətti ilə Hövsan şossesi ilə hərəkət edən “İVECO” markalı avtobusun sürcüsü nəqliyyat vasitəsini həddən artıq sürətlə hərəkət etdiyindən, Xətai Rayon Çevik Polis Alayı Şöbəsinin qarşısında üç dayanacaq saxlamayıb, sonra qəfil əyləci basıb, ayaq üstə dayanan sərnişinlər müvazinəti itirərək, onun üstünə yıxılıblar. O, özü də oturduğu yerdən sürücünün yanına qədər sürüşüb. Nəticədə müxtəlif dərəcəli xəsarətlər alıb, sinir toxumaları zədələnib, baş nahiyəsində şişlər yaranıb.
“Apardılar Sabunçu xəstəxanasına, başımı rentgen müayinəsi etdilər. Həkim dedi ki, qorxulu şey yoxdur, beyninə qan sızmayıb, amma kəskin ağrılar çox idi. Qolumu da rentgenə saldılar, dedilər ki, sınıq-çıxıq yoxdur, amma başqa həkim dedi ki, “sən özün yaxşı bax, xanımda sinir toxumaları dağılıb-əzilib”. Mənə baxan həkim “sənlik deyil” deyərək, məni aldatdı. Axşam evə gələndə rentgen müayinəsinin cavabını istədikdə, cavabı mənə vermədilər. Dedilər ki, cavabı polis götürəcək. Üç gün sonra Xətai Rayon Polis İdarəsindən mənə zəng edərək, idarəyə çağırdılar. Hadisəni olduğu kimi polisə danışdım, ərizə yazdım. Məni əzilmiş qolumun müayinəsi üçün ekspertizaya göndərdilər. Orada Orxan bəy qolumun əzilmiş hissələrini telefonla çəkib götürdü. Cavab kağızını istədikdə mənə bildirdi ki, cavabı rəis gəlib götürəcək. Rəisə dedim ki, ekspertizadan keçmişəm, cavabı götürərsiniz. Xeyli vaxt gözlədim, cavab gəlmədi. Sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurdum, amma xeyri olmadı. Əlavsız qalıb AYNA xidməytinə (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi – red.) zəng vurdum. Oradan xəbər çıxmadı. Əlim hər yerdən üzüləndən sonra Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət etdim. Bu günə kimi məni itirib-axtaran olmadı. Dəfələrlə zəng etsəm də, rəis telefona cavab vermir, işin bağlanıb-bağlanmadığını mənə demir, mənim bildiyimə görə 21 iş günü müddətinə işə xitam verilməlidir, bu barədə ərizəçiyə məlumat verilməlidir. Amma mənə bu günədək heç bir məlumat, həmin yol-nəqliyyat hadisəsi ilə bağlı gördükləri işin qərarını mənə verməyiblər. Mən bunlardan çox şey istəmirəm, ancaq dövlətimizin mənə ayırdığı sığortanı istəyirəm ki, götürdüyüm müalicənin qiymətləri ödənsin”.
Vətəndaş Salayeva ərizəsində göstərdiyi faktların ictimailəşdirilməsini, geniş oxucu kütləsinə çatdırılmasını və aidiyyəti dövlət orqanlarına çatdırılmasını xahiş etmişdir.

OXŞAR XƏBƏRLƏR
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA
Elşad Abdullayev+FOTO!
Elşad Abdullayev+FOTO!