İddiaçılar: 1. Allahverdiyeva Emeliya Əli qızı
(Ünvan: Binəqədi rayonu, Binəqədi şossesi - 53)
2. Allahverdiyev İlkin Mübariz oğlu
(Ünvan: Binəqədi rayonu, Binəqədi şossesi - 53)
Cavabdeh: Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Hüseynov Ələddin Qulam oğlu
(Ünvan: Bakı şəhəri,Azadlıq prospekti,179 )
İ D D İ A Ə R İ Z Ə S İ
(İcra məmuru cənab Hüseynov Ələddin Qulam oğlunun 09.12.2022-ci il tarixli,e 297233/2022-14-25 saylı tələbin könüllü icrası haqqında tərtib etdiyi bildiriş,həmin tarixdə Allahverdiyev İlkin Mübariz oğlu barəsində icraata başlamaq haqqında qəbul etdiyi qərar və 21.12.2022-ci il tarixli,MN № 1475308 saylı tərtib etdiyi inzibati xəta haqqında protokol qanunsuz hesab edilsin,eləcə də onun qanunsuz,cinayət tərkibli əməlləri nəticəsində Allahverdiyev İlkin Mübariz oğluna və Allahverdiyeva Emeliya Əli qızına vurduğu maddi və mənəvi ziyanın ödənilməsi barədə)
Bildiririk ki, bu günədək mülki iş üzrə cavabdehlərə - mənə və oğlum Allahverdiyev İlkin Mübariz oğluna rəsmi qaydada təqdim edilməyən Ağdam Rayon Məhkəməsinin yuxarıda qeyd etdiyim tarixli, saylı qətnamənin qət hissəsində iş üzrə iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarını icra məmuru cənab Ələddin Hüseynovun 18.10.2022-ci il tarixli icraata başlamaq haqqında qərarından göründüyü kimi, o, həm məndən, həm də oğlum Allahverdiyev İlkindən tələb edir. Bu fakt özlüyündə o, anlama gətirir ki, iş üzrə tələbkar Allahverdiyeva Natəvan tələb etdiyi qızıl-zinət əşyalarının kimə məxsus, kimin mülkiyyətində olduğunu bilmir!!! Onun iddia tələbi əsasında qətnamə qəbul edən hakim cənab Məmmədov Rafiq Rəşad oğlu bu fakta aydınlıq gətirmədən, yəni, iddiaçının tələb etdiyi qızıl-zinət əşyaları kimə məxsus olduğunu müəyyən etmədən vəzifə səlahiyyətlərindən sui - istifadə edərək, həmin qızıl-zinət əşyalarının biz cavabdehlərdən alınaraq, tələbkara verilməsi barədə saxta, qanunsuz qətnamə qəbul etmiş və bunu başa düşdüyü səbəbindən həmin qətnaməni bu günədək biz cavabdehlərdən gizlədir!!! Bununla da bizim həmin qətnamədən MPM-in 360-cı maddəsinin tələbinə uyğun olaraq apellyasiya şikayəti vermək hüququmuz pozulur!
Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru cənab Ələddin Hüseynov Ağdam Rayon Məhkəməsinin yuxarıda qeyd etdiyimiz qətnaməsinin icrası ilə əlaqədar 18.10.2022-ci il tarixli icraata başlamaq haqqında ilkin qərarından bir ay 22 gündən sonra isə (!) Binəqədi Rayon Məhkəməsinin 3(001)-3583/2022-001 nömrəli, 21.11.20222-ci il tarixli icra sənədi əsasında qəbul edilən qərara istinadən 09.12.2022-ci il tarixində ünvanımıza göndərdiyi bildirişdə və həmin tarixli icraata başlamaq haqqında qərarında tələbkarın tələb etdiyi əşyaları, yalnız iş üzrə cavabdehlərdən birindən - Allahverdiyev İlkindən könüllü ödəməsini tələb edərək, ona qərarı icra etməsi üçün 10 gün vaxt versə də, icra məmuru Hüseynov Ələddin həmin qərarı bizə - Allahverdiyeva Emeliyaya və Allahverdiyev İlkinə 21.12.2022-ci ildə təqdim edir və həmin gün Allahverdiyev İlkin Mübariz oğlu barədə inzibati xəta haqqında İXM-nin 529.2-ci maddəsi ilə 147508 saylı protokol tərtib edərək bidirir ki, “Allahverdiyeva Emeliya Əli qızı barəsində səhər protokol tərtib edəcəm” (?!)
Cənab Ələddin Hüseynov 21.12.2022-ci il tarixində saat 16:00 radələrində oğlum Allahverdiyev İlkin Mübariz oğlu barəsində guya törətdiyi inzibati xətaya məhkəmə qərarı çıxarılması üçün öz maşınında Binəqədi Rayon Məhkəməsinə gətirir. Orada isə hakimin kimliyini bilmədiyimiz köməkçisi icra məmuru Ələddin Hüseynova bildirdi ki, “İnzibati xətalar haqqında” qanunun 529.2-ci maddənin tələbini - inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə tənbeh tətbiq edilə bilər - tələbini pozmusan! Qeyd etdiyim səbəbdən də, biz cavabdehlərdən biri - Allahverdiyev İlkin icra məmuru Hüseynov Ələddinin istəyi və iradəsindən asılı olmayaraq, 21.12.2022-ci il tarixində məhkəmə qaydasında qanunsuz tənbeh olunmadı!!!
Cənab Ələddin Hüseynov eyni mübahisə predmeti üzrə - Ağdam Rayon Məhkəməsinin 31.08.2022-ci il tarixli qətnaməsinin icrası ilə bağlı tələbkar Allahverdiyeva Natəvanın iddiasına əsasən qızıl-zinət əşyalarının biz cavabdehlərdən - Allahverdiyeva Emeliya Əli qızından və Allahverdiyev İlkin Mübariz oğlundan alınaraq iddiaçıya verilməsi faktıyla bağlı bir ay 22 gün ərzində bir-birindən fərqli 18.10.2022-ci il və 09.12.2022-ci il tarixlərində qəbul ediyi icra qərarları - birinci qərarında tələbkarın tələb etdiyi qızıl-zinət əşyalarını hər iki cavabdehdən - Allahverdiyeva Emeliyadan və Allahverdiyev İlkindən tələb etdiyi halda, ikinci qərarında isə iş üzrə eyni tələbkarın tələb etdiyi zinət əşyalarını, yalnız cavabdehlərdən birindən - Allahverdiyev İlkindən tələb etməsi və həmin qərarı 12 gündən sonra bizə təqdim edib və həmin gündə Allahverdiyev İlkin Mübariz oğlu barəsində inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə gətirməsi faktı bir daha təsdiq edir ki, cənab Ələddin Hüseynov yuxarıda qeyd etdiyimiz ziddiyyətli qərarları ilə hakim cənab Məmmədov Rafiq Rəşid oğlunun 31.08.2022-ci il tarixli ədalətsiz qətnaməsinə düzəliş edərək, 09.12.2022-ci il tarixli qərarında iddiaçının tələb etdiyi əşyaları yalnız cavabdehlərin birindən - Allahverdiyev İlkin Mübariz oğlundan tələb etməklə bizə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vəzifə saxtakarlığı cinayət əməlləri törədir!!! 11.01.2023-cü il tarixində mənə - Allahverdiyeva Emeliyaya Binəqədi Rayon Məhkəməsində həbs etdirməklə hədə - qorxu gəlib, nəticədə qızıl-zinət əşyalarını 13.01.2023-cü ildə qaytaracağım barədə verdiyim iltizamla əlaqədar Ələddin Hüseynov həmin gün İcra Şöbəsinə gəlməyimi tələb edir. 01.02.2018-ci ildə Moskva Univermağında qızıl-zinət əşyalarını toy günü gəlinim Allahverdiyeva Natəvanın əynində görünməsi məqsədi ilə icarəyə götürmək istəyərkən, təsadüfən orada rastlaştdığım və həmin əşyaları qəbul etdiyim və toydan iki-üç gün sonra qaytaracağım barədə vəd verdiyim Hüseynov Güloğlan Pəli oğlu ilə birlikdə Binəqədi Rayon İcra və Probasiya şöbəsinə gəldik. Lakin, məndən iddiaçının qızıl-zinət əşyalarını tələb edən məmur Ələddin Hüseynov otağında olmadı! Mən - Allahverdiyeva Emeliya və qızıl sahibi Hüseynov Güloğlan onunla telefon əlaqəsi saxlayıb şöbəyə nə vaxt gələcəyi ilə maraqlandıqda bildirdi ki, “məni gözlə, gəlib qoluna qandal vurub aparacam məhkəməyə!” Sonra Ələddin bəydən onu neçə saat gözləyəcəyimizi soruşduqda, cavabında bildirdi ki, “mən xəstəxanaya getmişəm, yollar tıxacdır, nə vaxt gələcəyimi bilmirəm”. Biz onu həmin günü saat 16:30-dək gözləsək də, lakin Hüseynov Ələddin şöbəyə gəlmədi. 16.01.2023-cü ildə səhər saat təqribən 10:30-da biz Yasamal rayonunda yerləşən ASAN Xidmətə gedərkən məmur Hüseynov Ələddin öz şəxsi maşınında mənə yaxınlaşıb, sonra İcra Şöbəsinə aparmaq istəyərkən, mən ona bildirdim ki, “məni sən 21.12.2022-ci il tarixində barəmdə inzibati xəta haqqında protokol tərtib edərək qanunsuz olaraq Binəqədi Rayon Məhkəməsinə apardın və sənin mənə qarşı hərəkətlərin qanunsuz olduğundan barəmdə tərtib etdiyin sənədlər qəbul edilmədi”. O gün 21.12.2022-ci ildə məni işimdən ayırmaqla mənə həm maddi və mənəvi ziyan vurdu! Məmur Hüseynov Ələddin tərəfindən 21.11.2022-ci ildə tərtib olunan və bu günədək mənə təqdim edilməyən inzibati xəta haqqında protokol əsasında Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı vəzifə səlahiyyətindən sui-istifadə edərək, 21.11.2022-ci il tarixdə 3(001)-3583 saylı saxta qəbul etdiyi qərarında qeyd edir ki, Allahverdiyev İlkin Mübariz oğlu icra sənədini icra etməklə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir və bu səbəbdən də onun barəsində 21.11.2022-ci il tarixli, MN 1475257 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Halbuki, istər icra məmuru Ələdin Hüseynov, istərsə də hakim Qurbanova Aygün Arzu qızı dəqiq bilirdilər və bilməyə borclu idilər ki, icrasını Allahverdiyev İlkindən tələb etdikləri Ağdam Rayon Məhkəməsinin 2(013)-1269/2022saylı, 31.08.2022-ci il tarixli qətnaməsində iddiaçının tələb etdiyi əşyaları, yalnız avabdehlərin birindən - Allahverdiyev İlkin Mübariz oğlundan deyil, iş üzrə hər iki cavabdehlərdən, o cümlədən, Allahveürdiyeva Emeliya Əli qızından tələb edilirdi! Göründüyü kimi, həm icra məmuru Hüseynov Ələddin Qulam oğlu, həm də hakim Qurbanova Aygün Arzu qızı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Ağdam Rayon Məhkəməsinin qətnaməsinə özbaşına dəyişiklik edərək, iddiaçının iddia tələbini cavabdehlərdən yalnız birindən - Allahverdiyev İlkin Mübariz oğlundan tələb etmək barədə 21.11.2022-ci il tarixli məhkəmə və 09.12.2022-ci il tarixlərində icraata başlamaq barədə qanunsuz, saxta qərar qəbul etmişlər!!!
Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Hüseynov Ələddin Qulam oğlunun yuxarıda qeyd etdiyim biz cavabdehlərə-Allahverdiyev İllkin Mübariz oğluna, Allahverdiyeva Emeliya Əli qızına qarşı törətdiyti qanunsuz, cinayət tərkibli əməlləri nəticəsində hüquqlarımızın müdafiəsi ilə əlaqədar 10.10.2022-ci ildən 16.01.2023-cü ilədək “Korrupsiya və Qanun” redaksiyasına hissə-hissə 900.00 AZN məbləğində maliyyə vəsaiti köçürmüşük, bundan başqa, məni - Allahverdiyev İlkin Mübariz oğlunu dəfələrlə İcra Şöbəsinə çağırıb, 20 gün işdən ayırmaqla hər gün günəmuzd işləməklə qazandığım 30 manatdan məhrum etməklə mənə 600.00 AZN məbləğində, eləcə də, digər cavabdeh - Allahverdiyeva Emeliyanı 8 dəfə İcra Şöbəsinə gətirib, evimizə aparmaqla taksi xidmətindən istifadə etmək məcburiyyətində qalıb, 80.00 AZN məbləğində maliyyə vəsaiti xərcləmişəm. Beləliklə, icra məmuru Hüseynov Ələddin Qulam oğlunun qanunsuz əməllərinin nəticəsində iş üzrə biz cavabdehlərə - Allahverdiyev İllkin Mübariz oğluna, Allahverdiyeva Emeliya Əli qızına ümumilikdə 1580.00 (bir min beş yüz səksən) AZN məbləğində maddi ziyan dəymişdir. Bundan başqa, icra məmuru Hüseynov Ələddin Qulam oğlu biz cavabdehləri dəfələrlə İcra Şöbəsinə çağırıb, həbs etdirəcəyi ilə hədə-qorxu gələrək, bizi 21.11.2022-ci, 21.11.2022-ci, 11.01.2023-cü və 13.01.2023-cü il tarixlərində saatlarla İcra Şöbəsində, sonra Binəqədi Rayon Məhkəməsində saxlamaqla bizə mənəvi-psixoloji təsir göstərərək, stress vəziyyətə, mənəvi sarsıntı keçirməyə təhrik etmiş və o, bununla bizə 3000.00 AZN məbləğində mənəvi ziyan vurmuşdur!
Yuarıda qeyd etdiyim cinayət tərkibli faktları Azərbaycan Respublikası Konstitusiyasının 12; 25; 60 və 125.VII maddələrini və İPM-nin 2.1; 2.2.1; 2.2.2; 2.2.3 və 35.1 maddələrin tələblərini əldə rəhbər tutub, Bakı İnzibati Məhkəməsindən
X A H İ Ş E D İ R İ K:
1. Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Hüseynov Ələddin Qulam oğlunun Alllahverdiyev İlkin Mübariz oğlu barəsində 09.12.2022 - ci il tarixli , e 29 7233/2022-14-25 saylı tələbin könüllü icarsı haqqında və həmin tarixdə qəbul etdiyi “icraata baxılmaq haqqında ”qərarı və 21.12.2022-ci il tarixli, MN 1475308 saylı tərtib etdiyi “inzibati xəta haqqında” protokol qanunsuz hesab edilsin.
2. Hüseynov Ələddin Qulam oğlunun üzərinə Allahverdiyev İlkin Mübariz oğlu barədə 21.11.2022-ci il tarixli inzibati xəta haqqında protokolun, Allahverdiyeva Emeliya Əli qızı barəsində isə 11.01.2023-cü ildə tərtib etdiyi inzibati xəta haqqında protokolun sürətlərinin və Allahverdiyev İlkin Mübariz oğlu barəsində 11.01.2023-cü il tarixdə onun axtarışa verilməsi barədə qərarın sürətlərini Allahverdiyev İlkin Mübariz oğluna və Allahverdiyeva Emeliya Əli qızına verilməsi öhdəliyi qoyulsun.
3. İcra məmuru Hüseynov Ələddin Qulam oğlunun törətdiyi cinayət tərkibli əməllərinin nəticəsində Allahverdiyev İlkin Mübariz oğluna və Allahverdiyeva Emeliya Əli qızına vurduğu 4580.00 (dörd min beş yüz səksən) AZN məbləğində maliyyə vəsaiti ondan tutularaq Allahverdiyev İlkin Mübariz oğlunun hesabına ödənilsin.
4. Azərbaycan Respublikası MPM-in 265.4-cü maddəsinin tələbinə uyğun olaraq Hüseynov Ələddin Qulam oğlu barəsində xüsusi qərardad çıxarılsın, bu barədə prokurora xəbər verilsin.
Qoşma: 1.Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Hüseynov Ələddin Qulam oğlunun 09.12.2022-ci il tarixli e 297233/2022-14-25 saylı Allahverdiyev İlkin Mübariz oğlu barəsində “tələbi könüllü icra etmək barədə” bildiriş və həmin tarixdə tərtib etdiyi “icraata başlamaq barədə qərar”ın sürətləri.
2. İcra məmuru Hüseynov Ələddin Qulam oğlunun 21.12.2022-ci il tarixli, MN 14775308 saylı Allahverdiyev İlkin Mübariz oğlu barəsində tərtib etdiyi “inizbati xəta haqqında” protokolun sürəti.
3. Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının İcra məmuru Hüseynov Ələddin Qulam oğlunun Allahverdiyev İlkin Mübariz oğlu barəsində tərtib etdiyi 21.11.2022-ci il tarixli, MN 1475257 saylı (?) inzibati protokolu əsasında 21.11.2022-ci il tarixli qərarının və həmin qərarın 09.01.2023-cü il tarixdə Allahverdiyeva Emeliya Əli qızına təqdim etməsi barədə məktubun sürəti.
İmza: Allahverdiyev İlkin Mübariz oğlu,
Allahverdiyeva Emeliya Əli qızı
Tarix: 17.01.2023