Azərbaycan İdeyası

Azərbaycan vətəndaşı İrana qaçırılmış uşaqlarından ötrü Məsud Pezeşkiana müraciət etdi.

Tarix:9-08-2024, 17:40
Baxış Sayı:107

Azərbaycan vətəndaşı İrana qaçırılmış uşaqlarından ötrü Məsud Pezeşkiana müraciət etdi.
Sadiq oxucularımız qəzetimizdə uşaqlarını qonşu ölkəyə qaçıran xəyanətkar qadınından geri almaq üçün cəhdləri uğursuz olan zavallı atanın - Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, A.Mirələkbər küçəsi, ev – 40 ünvanda qeydiyyatda olan Azər Ağa oğlu Ağayevin başına gələnlər haqda təqdim etdiyimiz məqalələrdən xəbərdardırlar.

Oxucularımız sırasına yeni qoşulanlara məlum e4dirik ki, Hacı Azər iki ali təhsillidir, elmlər namizədidir, Həcc ziyarətində olub. Arvadı tərəfindən xəyanətə məruz qalan bu Azərbaycan ziyalısı 4 övladının və özünün həyatının İranda təhlükədə olduğunu bildirir. Hesab edir ki, İran dövlətində qaranlıq işlərlə məşğul olan insanlar övladlarımı vətənə qaytarmaqda mənə mane olurlar.

Azər Ağayevin istər Azərbaycanda, istərsə də İranda müraciət etmədiyi aidiyyəti instansiya qalmayıb. Azərbaycan XİN-nin bu məsələdən ötrü İran Səfirliyinə rəsmi nota verməsinə də nail olub. İranın Azərbaycandakı Səfirliyi notaya cavab yazıb ki, ata gərək özü durub gedib İranda hüquqi bu işlərlə bağlı müraciət etsin.

“Bu 3 ildə uşaqların tamamilə beyinlərini yuyub məndən soyudublar. Niyə görə mənim uşaqlarımın geri qaytarılması üçün məhz İranda məhkəmə qurulmalıdır? Qəsdən üç məhkəməni eyni günə təyin edirlər ki, yalınız birinə özümü çatdırım, digərlərində işə mənim iştirakım olmadan baxılsın, mənə sərf eləməyən qərarlar çıxarılsın, sonra da yuxarı instansiya məhkəməsinə müraciət etməyimi tövsiyə etsinlər. Mənə maraqlıdır, axı o 5 nəfərin dolanışığı hansı mənbədən təmin olunur? Niyə mənim uşaqlarım məktəbdə farsca oxumalıdırlar, azərbaycanca yox? Mən istəyirəm ki, uşaqlarım milli ruhda böyüsünlər, Azərbaycan dövlətinin byrağı altında, himninin sədaları altında məktəbə getsinlər. Azərbaycanın təhrif olunmuş deyil, gerçək tarixini öyrənsinlər”.

Qeyd edir ki, övladlarının – Ağazadə Gülsüm Azər qızının, Ağazadə Ağa Muhamməd Azər oğlunun, Ağazadə Fatimeyi-Zəhra Azər qızının, Ağazadə Ağa İbrahim Rza Azər oğlunun Azərbaycan Respublikasına qaytarılması üçün Azərbaycan tərəfi yetərincə səy göstərmir: “İran İslam Respublikasının Qum şəhərində 16 saylı Ailə-Uşaq Məhkəməsinin hakimi qazi Nemətulla Ali Kəsir tərəfindən sonuncu övlad Ağa İbrahim Rza Azər oğlu Ağayev mənim himayəmə verildi, sadəcə 40 gün gözləmək lazım idi ki, qətnamə qüvvəyə minsin. Ancaq 39-cu gün məni həbs etdilər. Amma mən mübarizəmi davam etdirdim, sonda dedikləri kimi 90-cı gün məni həbs etdilər. 25 gün zindanda qaldım, böyük əzab-əziyyətlər çəkdim. Sadəcə, mən öncədən məsələni ictrimailəşdirdiyimə görə, uzun müddət məni həbsdə saxlaya bilmədilər. Daha sonra 40 gün gözləmə müddəti ikinci dəfə tətbiq olundu. Həbsdən çıxandan sonrakı 15 günü pulsuz-parasız qaldım. Yenə də maneə törədildi. Sual edirəm: Mənim günahım yox idisə, niyə həbs edirdilər? Yox, əgər təqsirim var idisə, niyə azad edirdilər? Məqsədləri yalnız o olub ki, hər vəchlə uşaqlarımı mənə verməsinlər.

Hal-hazırda qətnamə çıxarıldığı gündən 7 ay vaxt keçib, amma uşağı təhvil ala bilmirəm.  Halbuki, qətnamənin icrası üçün icraçı məmurlara hətta qapı qıfılının sındırılmasına kimi icazə verilmişdi.

Hacı Azər üzünü İran İslam Respublikasının Ali dini rəhbəri Ayətullah Seyid Əli Xameneiyə, bu ölkənin yeni seçilmiş Prezidenti Məsud Pezeşkiana tutur, hər iki ölkənin rəhbərliyindən, xalqlarından övladlarının (ilkin addım kimi, İran məhkəməsinin qətnaməsi ilə onun himayəsinə verilməli olan uşağının) Azərbaycana qaytarılmasına köməklik göstərilməsini xahiş edir.

Xuraman Quliyeva, baş redaktor

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama