Azərbaycan İdeyası

Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir

Tarix:17-10-2024, 12:59
Baxış Sayı:103

Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir

Tarixən çox bəlalarla, haqsızlıqlarla üzləşən ölkəmiz hələ heç vaxt müstəqillik tarixində indiki kimi güclü olmayıb. Bunun səbəbi təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müdrik siyasətdir. Bu uğurlu siyasət 2003-cü ildən möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etditrilir. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın da ölkəmizin inkişafında və güclənməsində xidmətləri çox böyükdür.
Bu gün Azərbaycanın dünyada nüfuzu ilbəil artmaqdadır. Ölkəmizin gözəlliyi, abadlığı təşrif buyuran qonaqları valeh edir, düşməbnlərimizi isə kədərləndirib məyus hala salır. Düşmənə qalib gəlməyimizə baxmayaraq, ölkəmizin gücləndirilməsi bu gün də məharətlə davam etdirilir.
Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı yeni çağırışlar nəzərə alınmaqla daha da zənginləşdirərək uğurla reallaşdırır.
Azərbaycan dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malikdir
Prezident İlham Əliyevin səyləri ilə həyata keçirilən tədbirlər sayəsində respublikamızda iqtisadiyyatın keyfiyyətcə yeni səviyyəyə qalxması təmin edilib. Sevindirici haldır ki, iqtisadiyyatımıza yatırılan investisiyalar portfelində daxili sərmayələrin həcmi üstünlük təşkil edir.
Diqqəti çəkən əsas məqamlardan biri də odur ki, Azərbaycan neft ölkəsi olsa da, son illərdə burada iqtisadi inkişaf dinamikası əsasən qeyri-neft sektorunun payına düşür.
Ölkəmizin sosial-iqtisadi sahədə qazandığı uğurlar nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapıb. Dünyanın nüfuzlu reytinq agentlikləri “Fitch”, “Moodys” və “Standard and Poors” Azərbaycanın investisiya səviyyəli kredit reytinqini bir daha təsdiqləyiblər.
Azərbaycan Cənubi Qafqazda ilk və yeganə kosmik ölkədir
Azərbaycanda daxili imkanlar və beynəlxalq təcrübə nəzərə alınmaqla elm tutumlu, innovasiyalara əsaslanan iqtisadiyyatın qurulmasına böyük önəm verilir. Bu cəhətdən böyük gələcəyə malik İKT sektorunun inkişafı diqqəti daha çox cəlb edir. 2003-cü ildə Milli İKT Strategiyasının, sonrakı illərdə isə “Elektron Azərbaycan” Dövlət Proqramının qəbul olunması bu sahənin inkişafında mühüm rol oynayıb. 2013-cü ildə Azərbaycanın müstəqillik tarixində ən əlamətdar hadisələrdən biri baş verdi-Azərbaycanın ilk telekommunikasiya peyki orbitə çıxarıldı. Bununla da Azərbaycan Cənubi Qafqazda ilk və yeganə kosmik ölkəyə çevrildi.
Kosmik ailənin üzvü olan ölkəmiz bu sahədə uğurlarını gələcəkdə daha da artırmaq əzmindədir. Sonrakı 2015-ci və 2016-cı illərdə Azərbaycanın daha iki peyki orbitə çıxarıldı.
Azərbaycan investisiya idxal edən ölkədən sərmayələr ixrac edən ölkəyə çevrilib
Azərbaycan xarici ölkələrin iqtisadiyyatına yatırılan investisiyaların həcminə görə Cənubi Qafqazda liderdir və MDB məkanında ilk yerlərdən birini tutur. Ölkəmizin xarici dövlətlərin sərmayə bazarlarına yatırdığı investisiyaların həcmi təxminən 8 milyard dollar təşkil edir. Azərbaycanın investisiyalar yönəltdiyi ölkələrin coğrafiyasına Türkiyə, Rumıniya, Moldova, Ukrayna, Belarus, Slovakiya, Çexiya, Malayziya və digər dövlətlərin sərmayə bazarları daxildir.
Respublikamız, həmçinin, Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına sərmayələr yönəldən və regional infrastruktur layihələrini maliyyələşdirən investor rolunda çıxış edir. Təbii ki, Ermənistan məlum səbəblərdən Azərbaycanın investisiya imkanlarından məhrum qalıb. Digər Cənubi Qafqaz respublikası olan Gürcüstan isə Azərbaycanın ən çox investisiya yönəltdiyi ölkələrdəndir. Azərbaycan şirkətləri bu ölkənin yanacaq, energetika, turizm və digər sektorlarına iri həcmdə sərmayələr yönəldiblər. Hazırda Gürcüstanın “mavi yanacaqla” təminatının təxminən 70 faizi SOCAR-ın bu ölkədəki törəmə müəssisəsi tərəfindən həyata keçirilir. Bundan başqa, “SOCAR-CEORGİA” törəmə müəssisəsi qonşu ölkədə çoxlu sayda müasir standartlar səviyyəsində qurulan yanacaqdoldurma məntəqələri açıb.
Ölkədə iqtisadi islahatlar siyasi islahatlarla paralel aparılır
Azərbaycan yalnız iqtisadi göstəricilər baxımından deyil, eyni zamanda, siyasi təsisatlar, demokratik cəmiyyət quruculuğu, vətəndaşların fundamental hüquq və azadlıqlarının təmin edilməsi, cəmiyyətin demokratikləşməsi, innovasiyaların tətbiqi nöqteyi-nəzərindən də Cənubi Qafqazda lider mövqedə dayanır. Azərbaycanda hüquqi dövlət quruculuğu sahəsində qazanılan nailiyyətlər region ölkələri üçün yaxşı nümunə sayıla bilər. 1995-ci ildə Ümummilli lider Heydər Əliyevin tövsiyələri nəzərə alınmaqla hazırlanan və referendumla qəbul edilən Konstitusiyada təsbit olunan vətəndaşların geniş spektrli hüquq və azadlıqları Azərbaycanın bu sahədə inamlı mövqeyini ortaya qoydu. Vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunması, qanunun aliliyinin təmin edilməsi istiqamətində məqsədyönlü işlər davam etdirilir. Korrupsiya və rüşvətxorluğa, insan alverinə qarşı mübarizənin gücləndirilməsi, elektron hökumətin qurulması, “ASAN xidmət” sisteminin yaradılması, qeydiyyat və vergi ödəmələri prosedurlarının sadələşdirilməsi, müxtəlif sahələrdə qanunvericiliyin təkmilləşdirilməsi və digər addımlar bunu təsdiq edir.
Ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla irəliləyir. Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları dövlətin artan dəstəyini hiss edirlər. Ölkədə fikir plüralizmi, mətbuat və internet azadlığı təmin edilib.
Respublikanın beynəlxalq nüfuzu və qlobal əməkdaşlığa töhfələri getdikcə artır
Cənubi Qafqazın lider dövləti olan Azərbaycan paralel surətdə regionun beynəlxalq əməkdaşığa və təhlükəsizliyə verdiyi töhfələrin artmasında mühüm rol oynayır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün Azərbaycan müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərlə və beynəlxalq əlaqələr sistemi ilə bağlı öz mövqeyi olan, böyük beynəlxalq nüfuza malik bir ölkə hesab edilir. Ölkəmiz qısa müstəqillik tarixində xarici siyasət sahəsində bir sıra uğurlara imza atıb. Azərbaycanın 2011-ci ildə BMT təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunun getdikcə artmasının parlaq təzahürüdür. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu illər ərzində, həmçinin, təşkilata sədrliyi dövründə Azərbaycan qlobal təhlükəsizliyə, dünyada əməkdaşlığın və sülhün bərqərar olmasına, sivilizasiyalararası dialoqa, o cümlədən, beynəlxalq terrorizmə qarşı aparılan mübarizəyə öz töhfəsini verib.
Son illərdə Azərbaycanın beynəlxalq əməkdaşlıq, tolerantlıq və sivilizasiyalararası dialoq məkanına çevrildiyini məmnunluqla qeyd edə bilərik. Ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməklə Cənubi Qafqazın geosiyasi əhəmiyyətini daha da artırır.
Başqa bir önəmli cəhət isə ondan ibarətdir ki, Azərbaycan Cənubi Qafqazda əksər regional layihələrin təşəbbüsçüsü kimi çıxış edir. Bakı-Tbilisi-Qars dəmiryolu, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP enerji dəhlizləri və digər layihələr buna misaldır.
Cənubi Qafqazın qlobal əməkdaşlığa verdiyi töhfələrdə mühüm payı olan Azərbaycanın yeganə problemi Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı idi ki, bu da şanlı ordumuzun gücü ilə həllini tapdı. Ermənistan revanşist niyyətindən, qonşu dövlətlərə ərazi iddiasından əl çəkməlidir.

Əli Kərimov, YAP üzvü

OXŞAR XƏBƏRLƏR
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA