Azərbaycan İdeyası

TƏBRİK EDİRİK!

Tarix:17-10-2024, 16:12
Baxış Sayı:11

TƏBRİK EDİRİK!

Orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək istəyən gənclər arasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecini seçənlər çoxdur. Baxşəliyeva Lalə Ramil qızı da bu sayılıb-seçilən orta ixtisas təhsili müəssisəsinə üz tutub. Kollecə qəbul olması münasibətilə valideynləri, müəllimləri, digər qohumları, rəfiqələri onu ürəkdən təbrik edib, tədrisdə böyük uğurlar arzulayıblar.
Hərçənd, Lalə qızımız ali təhsil almaq niyyətindədir və kollecdə oxuya-oxuya ali məktəbə hazırlaşmaq əzmindədir. Fikirləşir ki, orta ixtisas proqramını əla mənimsəsə, ali ixtisasa hazırlaşmaq da onun üçün asan olar.
Lalə xanımı biz də təbrik edir, “Allah səni arzuna yetirsin” deyirik. Ümid edirik ki, Lalə ölkəmizdəki müəllim bolluğu şəraitində əslində çox güclü ehtiyac duyulan pedaqoji işin, təhsilin inkişafına öz töhfəsini verəcək, yetişməkdə olan nəslin savada, elmi biliklərin əsaslarına yiyələnməsinə böyük xidmətlər göstərəcəkdir.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
İlham Əliyev iki daimi nümayəndəni geri çağırdı, birinə yeni vəzifə verdi
İlham Əliyev iki daimi nümayəndəni geri çağırdı, birinə yeni vəzifə verdi
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb