Azərbaycan İdeyası

Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?

Tarix:20-11-2024, 12:40
Baxış Sayı:178



Nikaha xitam verildikdən sonra yaranan və uzunsürən məhkəmə mübahisələrinə səbəb olan problemlərdən biri də əmlak bölgüsüdür. Azərbaycan Respublikasının Ailə Məcəlləsi ər-arvadın əmlakına münasibətdə onların əmlakının ümumi birgə mülkiyyəti prinsipini nəzərdə tutur. Ər-arvadın ümumi birgə mülkiyyəti dedikdə, nikah müddətində ər-arvadın əldə etdiyi əmlak nəzərdə tutulur. Qanunvericilikdə ümumi birgə mülkiyyətə daxil olan əmlakların müəyyən dairəsi əks olunmuşdur:
ər-arvadın hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);
ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak.
Ər-arvadın əmlakının bölünməsi zamanı nəzərə almaq lazımdır ki, boşanma zamanı uşaq varsa nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
Təcrübə göstərir ki, ər (arvad) bir çox hallarda mümkün olayları qabaqcadan nəzərə alaraq ehtiyat tədbiri kimi, nikahın pozulacağı təqdirdə əmlakdan qarşı tərəfə pay düşməsin deyə, adına olan kapitalı başqa, özünə daha yaxın, etibarlı bildiyi qohumuna bağışlayır.
Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev küçəsi, ev 3, mənzil 18 ünvanda yaşayan Sadıxova Səkinə Farrux qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına video-müraciət göndərərək, Ali Məhkəmənin hakimi Zəki Babayevin və Bakı Apellyasiya Məhkəməsinin hakimi Xumar Mərdanovanın ədalətsiz qərarlarından şiakyətlənmiş, məruz qaldığı haqsızlığın, hüquqpozmaların mediada ictimailəşdirilməsini xahiş etmişdir.
S.Sadıxova bildirir ki, İsmayılov Fikrət Tofiq oğlundan boşandıqdan sonra məlum olub ki, keçmiş əri ondan xəbərsiz ailəyə məxsus əmlakı öz anasının adına keçirib. Əmlak sırasına paytaxtrın Mirəli Qaşqay küçəsindəki hündürmərtəbəli evdəki mənzil, Şıxov qəsəbəsində 12 sot torpaq sahəsi, “Land cruiser” markalı avtomobil və s. vardır: “Bu əmlak bizim birgə təsərrüfat idarə etdiyimiz dönəmdə qazanıldığından, hər ikimizə məxsusdur və qanunun tələbinə görə Fikrət İsmayılov onları mənim razılığım olmadan kiməsə sata, bağışlaya bilməzdi...”
Şikayətçi bildirir ki, fakt ona məlum olandan sonra məhkəməyə müraciət edib, Nəsimi Rayon Məhkəməsi onun özündə əmlakın yarıya bölünməsi tələbini ehtiva edən iddiasını təmin edib. F.İsmayılov birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsi Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Növbəti addım olaraq, cavabdeh F.İsmayılov Ali Məhkəməyə müraciət edib. S.Sadıxovanın sözlərinə görə, bütün məhkəmələrdə proses boyu Fikrət ona hədə-qorxu gəlirmiş ki, hara şikayət etsə də, nəyin bahasına olur-olsun, nə qədər xərc hesabına başa gəlir-gəlsin, yekunda məhkəmələrdə qalib gələn tərəf özü olacaq. SD.Sadıxova da onun hədəsini real təhlükə kimi qəbul edib, çünki polkovnik rütbəsi daşımış F.İsmayılov vaxitilə cəzaçəkmə müəssisəinin rəisi olub, necə deyərlər, əlləri uzundur, ədliyyə sistemində sözü keçər. Ona görə də Səkinə xanım məhkəmələrdə iş gedə-gedə yuxarı instansiya rəhbərlərinə - Məhkəmə-Hüquq Şuarasına, Prezident Administrasiyasına müraciət edərək, narahatlığını ifadə edib. O, iki dəfə - birinci dəfə iş Apellyasiya Məhkəməsinə veriləndə, ikinci dəfə isə cavabdeh Ali Məhkəməyə müraciət etdiyi ərəfədə Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərovun qəbulundsa olub. Deyir ki, cənab Fuad Ələsgərov söhbət əsnasında onun haqlı olduğunu təsdiqləyib və işi şəxsi nəzarətə götürdüyünü bildirib.
Lakin S.Sadıxova çox təəssüf hissi ilə qeyd edir ki, Ali Məhkəmənin hakimi Zəki Babayev özünün yürütdüyü çox absurd mülahizəsi əsasında əvvəlki instansiya məhkəmələrinin qərarlarını ləğv edərək işi yenidən apellyasiya məhkəməsinə qaytarmışdır: “Zəki Babayev – mənim ona hakim deməyə dilim gəlmir, - deyir ki, guya mənim keçmiş ərimin əmlakı anasına bağışlamağından xəbərsiz olmağım inandırıcı deyil. Halbuki, hakimin bu cür mülahizəsinin özü ağlasığmazdır”.
Bakı Apellyasiya Məhkəməsinin hakimi Xumar Mərdanovanın mövqeyi S.Sadıxovanı daha da təəccübləndirib: “Xumar Mərdanova mənə dedi ki, cəhdlərin əbəsdir, artıq ali məhkəmə qərarını verib. Mən ona dedim ki, qəbulunda olduğum cənab Fuad Ələsgərov da hüquqşünasdır, o da mənim haqlı olduğumu təsdiqləyir. Gülə-gülə, istehza ilə dedi ki, qərarı Fuad Ələsgərov vermir, məhkəmə verir, biz hakimlər veririk. Bu necə olur? Görünən odur ki, Fikrət İsmayılovun pulu qanundan da, məhkəmlərdən də, cənab Fuad Ələsgərovun mövqeyində də üstündür? Üzümü dövlətimizin başçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, Azərbaycan qadınlarının hüquqlarının müdafiəçisi, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya, ədliyyə nazirimiz cənab Fərid Əhmədova tutub xahiş edirəm, bu ədalətsizliyə son qoysunlar”.
Diqqət yetiriləsi məqamlardan biri də ondan ibarətdir ki, dürüst məhkəmə yanaşması F.İsmayılovun qol qoyduğu qanunsuzluqda digər şəriklərinin əhatə dairəsinin müəyyənləşdirilməsinə də gətirib çıxarardı. Bu sıraya ədliyyə sisteminin daha bir ünsürü olan notariat da daxildir. Axı, bağışlanan əmlakın ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmaması əsas şərtlərdən biridir. Yəni, F.İsmayılovun öz əmlakını anasına bağışlama müqaviləsinə S.Sadıxovanın da imzası ilə təsdiqlənın rəsmi razılığı olmalıydı. Bu isə o abnlama gəlir ki, S.Sadıxovanın imzası saxtalaşdırılıb və buna notariat məmuru şərait yaradıb.

Mövzuya qayıdacağıq.

Baş redaktor: X.Ə.Quliyeva

OXŞAR XƏBƏRLƏR
DSMF əməkdaşını aldadaraq 162 min manatını ələ keçirən qadınla bağlı qərar açıqlandı
DSMF əməkdaşını aldadaraq 162 min manatını ələ keçirən qadınla bağlı qərar açıqlandı
Gəncədə xəstəxanaya yerləşdirilən 5 yaşlı qız öldü
Gəncədə xəstəxanaya yerləşdirilən 5 yaşlı qız öldü
Dollar 3 manat OLACAQ? - AÇIQLAMA
Dollar 3 manat OLACAQ? - AÇIQLAMA
Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
Bu gün Kəlbəcər şəhərinin işğaldan azad ediməsi Günüdür!
Bu gün Kəlbəcər şəhərinin işğaldan azad ediməsi Günüdür!
Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
Sürücülərə ŞAD XƏBƏR: COP29 zolaqları QÜVVƏDƏN DÜŞDÜ
Sürücülərə ŞAD XƏBƏR: COP29 zolaqları QÜVVƏDƏN DÜŞDÜ
Nikahlarla bağlı YENİLİK
Nikahlarla bağlı YENİLİK