Kəmaləddin Heydərovun müavini Orxan Hacıyevin və digər müavinlərin qəbuluna getsə də, onlar bu problemin həllinin məhz fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan asılı olduğunu deyiblər...
İndi də Hacızadə Hüseyn Hacı oğlu Kəmaləddin Heydərovun onu nə zaman qəbul edəcəyi günü gözləyir. İllərdir ki, gözləyir... Ömrü çatana qədər də gözləməyə məhkumdur!!!
Axı necə yeyə bilərsiniz məzlumun malını, necə tapdaya bilərsiniz arxasızın haqqını?!
16.02.2021-ci il tarixində Hacızadə Hüseyn Hacı oğlu tərəfindən Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya ünvanladığı ərizəsində o qeyd edir:
- Ali Məhkəmənin sədrinin göztərişi ilə müavini Hikmət Mirzəyevin qəbulunda olarkən, o, mənə dedi ki, bu məsələnin müsbət həlli üçün mütləq Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın icazəsi olmalıdır!!!
…Kasıb, işsiz insanların pulunu mənimnsəyən, haqqını tapdalayan məmurların bu hərəkətləri cinayət yox, xəyanət adlandıran dövlət başçısı belə ünsürlərə amansız mübarizə aparacağını, bu cinayətləri törədənlərin layiqli cəzalarını alacaqlarını bildirib. Bu gün ölkənin güc orqanları korrupsiya, rüşvətxorluqla məşğul olanları, o cümlədən, başqasının mülkünü müxtəlif yollarla ozünüküləşdirilənləri, mənimsəyənləri aşkar edərək, cinayət məsuliyyətinə cəlb edirlər. Təbii ki, bu tədbirlər dövlət başçısının qətiyyəti və bu kimi neqativ hallara qarşı barışmaz mövqeyinin nəticəsidir.
18.07.2022-ci ildə Hacızadə Hüseyn Hacı oğlu tərəfindən Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova ünvanladığı ərizəsindən… - Ancaq aradan uzun müddət keçməsinə baxmayaraq, komitədən heç bir reaksiya yoxdur, Hacızadə Hüseyn Hacı oğlu bu illər ərzində qalaq-qalaq sənəd yığıb, obyektlərinin fotolarını yadigar kimi saxlayır!
…Hacızadə Hüseyn Hacı oğlunun dərdinin çarəsi Kəmaləddin Heydərovda olduğu deyiləndən sonra onun qara günləri lap zülmətə dönüb!!!
…Hər gecə yatanda Kəmaləddin Heydərovun kabinetini görür, onun mübarək üzünü gözləri önündə canlandırır, dərdini danışır!!! Deyir ki, hər dəfə dərdini danışandan sonra nazir hönkür-hönkür ağlayır. Daha sonra qapıda dayanan gözətçilərinə əmr edir ki, filankəslərin hamsını çağırın bura, bəs niyə bu işi indiyəcən unudublar, bu boyda ağsaqqalı illərdir süründürməçiliyə salıblar!!!!
…Elə Hacızadə Hüseyn Hacı oğlu da “söhbətin” şirin yerində, nazir az qala, o sehrli telefonla kiməsə zəng vurub göstəriş vermək istəyəndə qəfil yuxudan oyanır… İndi illərdir ki, Hacızadə Hüseyn Hacı oğlu telefon zəngini gözləyir. Deyir ki, əlbət bir gün yada salarlar məni! Əvvəllər əlaqədar qurumların qapısını tez-tez döyüb, sağ-salamat olduğunu yadlarına salırmış. Amma indi sinir xəstəlikləri, təzyiq, üstəlik, şəkər onu əldən salıb!!! Təsəllini “Təzadlar” qəzetinin redaksiyasına gəlməkdə görür!!! ...Sözlərimnizə inanır, gücümüzə güvənir, bir gün “ağ qoç”-un “qara qoç”-a qalib gələcəyinə inanır!!!
Jurnalisitin, mətbuatın əlindən nə gəlirsə edə biləcəyimiz qədər edilib, hətta yaxın münasibətdə olan şəxslərdən (aralarında deputat da var) xahiş də olunub ki, bəlkə bu məsələyə kömək edə bilər, amma nə faydası… iş daşa dirənib, həm də sinəsində ürək əvəzinə daş gəzdirənlərin özləri boyda daşa!!!
…Amma biz ölkənin güc sturukturları, məhkəməsi, nazirliyi, qanunverici orqanı deyilik. Biz dinləyirik, yazırıq, zəng edirik, məktub göndəririk və s. Bəs bu insanları haqlı ikən haqqa girənlərin onların övladları bir tikəyə möhtac ikən öz övladlarına xaricdə milyonluq əmlaklar alanlar, təhsil verənlər, xarici banklarda çirkli pullarını yumağa çalışanlar, görəsən, gecələr necə rahat yata bilirlər?!
Necə vicdansızcasına müxtəlif yollarla işi uzadırlar, gözləyirlər şikayətçilər ya bezə, ya da ölə!!!
...Niyə yazıq, miskin günə qoyursunuz bu naəlac, üz tutmadıqları qapı qalmayan biçarələri? Nədir onların günahı, niyə eşitmirsiniz səslərini – ahlarını? Axı, biz hər gün eşidirik neçə-neşə binavələrin dərdini!!! Kiminin olan-olmazını əlindən alıb mənzil satırlar, sonra da məlum olur ki, həmin mənzil beş adama satılıb, kiminin övladı günahsız cəza çəkir, kimlərsə “öz xahişi” ilə işdən çıxarılır, kimi əlil ola-ola əlillik ala bilmir, kimi də...
...Kəmaləddin Heydərov isə təkcə nazir deyil, həm də könül adamıdır, bəstəkardır!!! Neçə-neçə qəlb ovsunlayan mahnıların musiqisinin müəllifidir. Belə insanlar fərqli olurlar-ruh adamı, duyğusal, kövrək, qəlb sındırmayan, ədalət tərəzisi düzgün... Amma... cənab Kəmaləddin Heydərov, Hüseyn Hacızadəni qəbul edin, onun ümidi sizədir! Bu insanla illərdir ki, ötür-ötür oyunu oynanılır!!! Verəcəyiniz qərardan asılı olmayaraq onu dinləyin, ya haqqı olanı onun özünə qaytarılsın, ya da birdəfəlik “gözünü çək” deyilsin! Mən də yazdım, müraciət etdim... Gerisi qaldı söz sahiblərinin bu sözlərimi eşidib, yaxud, qulaqardı edib eşitməyəcəklərinə... Amma təkcə onu bilirəm ki, kimsə vəzifəsindən, imkanından... istifadə edib, kimsənin haqqını yeyə bilsə də, bir gün haqq-ədalət sahibi çərxi fələyi göndərib o insana həyatı, haqqı başa salır... Biz də ümid edək ki, məktub sahibinə yetişəcək...
1997-ci ildə mərhum prezident Heydər Əliyev kiçik müəssisələrin Dövlət Əmlak(özəlləşdirmə idarəsi) nəzdinə verilməsi haqqında Fərman imzaladıqdan sonra Dövlət Əmlak Komitəsinin (DƏK) nəzdinə keçməsi üçün komitəyə müraciət etdik, oradan bildirildi ki, “Azərneftyağ” zavodunun rəhbərliyini məlumatlandıraraq sənədləri komitəyə təqdim edilməlidir. Lakin, sən saydığını say, gör məmurlar nə sayır...
Daha sonra həmin zavodun rəhbərliyi hədə-qorxu gələrək, oradan getməyimizi bizdən tələb edir, hadisələrdən xəbər tutan Daxili işlər Naziri, hazırda Prezident yanında Təhlükəsizlik Şurasının katibi cənab Ramil Usubovun etdiyi xəbərdarlıq sayəsində həmin şəxs bir müddət sakitləşdi. Lakin müəssisənin səlahiyyətinə müxtəlif vasitələrlə mane olmağa çalışır - işıqlar söndürülür və s. Həmin məmur tabeçiliyindəki işçilərin imzası ilə saxta aktla xüsusi mülkiyyətimizdə olan kiçik müəssisəni cəmi 42.000.000 manat (keçmiş Azərbaycan manatı, yeni pulla təqribən 8.000 ABŞ dolları) qiymətləndirilir, hansı ki, onların belə bir qiymətləndirmə səlahiyyətləri olmayıb. Həmin məbləği bank vasitəsi ilə müəssisənin hesabına köçürtdürür və işçiləri müəssisəyə buraxmır!!! Bu fakt Daxili İşlər naziri cənab Ramil Usubovun “Azərneftyağ” zavoduna etdiyi xəbərdarlıqdan sonra baş verir!!!
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Allahverdi Bağırovun bacısı Bağırova Almaz Teymur qızı ilə birlikdə növbəti dəfə Fövqəladə Hallar Nazirliyində olduq. Nazirin müavini cənab Rəfail Mirzəyev bizə bildirdi ki, şikayətinizə FHN-nin yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov baxacaq. Mən Cəbrayıl Xanlarovun yanında olarkən, o, kabinetinə 7 nəfər içşisini yığıb, mənə psixoloji təsir edərək, əsəbi halda hədə-qorxu gəldi ki, sən birdə bura gəlmə, lazım olsa özümüz çağıracağıq! Sonra əlavə etdi ki, əgər, məsələ həll olunarsa sənə 1 sot, 30 kv.m.torpaq sahəsinin pulu çatacaq. Halbuki, bir müddət əvvəl Cəbrayıl Xanlarovun işçilərinin iştirakı ilə mənə 3 sot yarım torpaq ərazisinin verəcəklərini təsdiqləmişlər!!!
İmza: Hacızadə Hüseyn Hacı oğlu
Tarix: 31.01.2025.
Mən xalqın xidmətçisiyəm, heç vaxt özümü xalqdan üstün tutmuram! Bütün dövlət məmurlarından məndən nümunə götürmələrini tələb edirəm!!!
Prezident cənab İlham Əliyev
1. Ali Məhkəmənin göstərişi ilə onun müavini Hikmət Mirzəyevin qəbulunda olarkən, o, mənə dedi ki, bu məsələnin müsbət həlli üçün mütləq Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın icazəsi olmalıdır!!!
2. Azərbaycan Respublikasının birinci Vitse prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya etdiyimiz növbəti müraciətdən sonra, Azərbaycan Milli Qəhrəmanı Allahverdi Bağırovun bacısı Bağırova Almaz Teymur qızı ilə birlikdə yenidən Fövqəladə Hallar nazirinin birinci müavini kimi siz - Rəfail Mirzəyev bizə bildirdiniz ki, bizim şikayətimizə Fövqəladə Hallar Nazirliyinin rəisi Cəbrayıl Xanlarov baxacaq. Mən Cəbrayılın yanında oldum. O, kabinetinə 7 nəfər işçisini yığıb mənə psixoloji təsir edərək, əsəbi halda hədə-qorxu gəldi ki, sən, bir də bura gəlmə, lazım olsa, özümüz çağıracağıq!..
3. Kəmaləddin Heydərovun müavini Orxan Hacıyevin və digər müavinlərin qəbuluna getsə də, onlar bu problemin həllinin məhz fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan asılı olduğunu deyiblər…
....İllərdir ki, məni ötür-ötür oyunu ilə müxtəlif qapılara göndərirlər!!! Sanki...