Azərbaycan İdeyası

"Bu hakerlərin ən çox istifadə etdiyi yoldur" - AÇIQLAMA

Tarix:17-02-2025, 15:04
Baxış Sayı:121



ABŞ Milli Təhlükəsizliyi Agentliyi "İPhone" və "İPad" istifadəçilərini "Wİ-Fİ" paramaterlərini dəyişdirməyə çağırıb. Bunun səbəbi həmin parametrlərdən fırıldaqçıların aktiv şəkildə istifadə etməsidir. Bu halın baş vermə reallığı nə qədərdir? Və niyə, məhz, "İPhone" və "İPad" istifadəçiləri üçün bu xəbərdarlıq edilib?

Mövzu ilə bağlı İKT üzrə ekspert Elvin Abbasov danışıb.

O, açıqlamasında qeyd edib ki, "Wİ-Fİ"-da "avtomatiq qoşul" seçənəyi var və bundan ehtiyatlı olmaq lazımdır:

"Bu bilinən bir yöntəmdir və hakerlərin ən çox istifadə etdiyi yoldur. Məsələ belə baş verir ki, bir haker ictimai yerlərdəki hər kəsə açıq "Wİ-Fİ"lərə qoşularaq, sözügedən "Wİ-Fİ"-ın eyni parametrlərini yaradır və əsas "Wİ-Fİ"-a restart edərək oradakı istifadəçilərin birbaşa özünə qoşulmasını təmin edir. Bu yolla oradakı internet istifadəçilərinin əməliyyatlarını kənardan izləyə bilir. Bu isə o deməkdir ki, oradakı istifadəçilər, elə zənn edir ki, olduqları ərazidəki "Wİ-Fİ"-a qoşulub, amma, əslində onlar hakerin "Wİ-Fİ"-na qoşulmuş olurlar. Bu yolla da hakerlər bank əməliyyatları aparılır, sosial hesablara giriş edildikdə onların məlumatları və yazışmaları haker tərəfindən izlənmiş və ələ keçirilmiş olur. Onlar ucdan-uca şifrələnmə olmayan yazışmaları uzaqdan izləyə bilirlər. Onu da qeyd edim ki, bu sadəcə, "İPhone" üçün yox, bütün cihazlar üçün keçərlidir. Yəni, birbaşa qoşulma bütün cihazlar üçün təhlükəlidir. Bildiyimiz kimi "Wİ-Fİ"-da "avtomatiq qoşul" seçənəyi var və bundan ehtiyatlı olmaq lazımdır".

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?