Azərbaycan İdeyası

"Qadınlar boşanmağa daha çox meyillidirlər" - AÇIQLAMA+FOTO

Tarix:4-03-2025, 11:27
Baxış Sayı:118

"Qadınlar boşanmağa daha çox meyillidirlər" - AÇIQLAMA+FOTO

"Bu gün boşanmaların artmasının səbəbi daha çox qadınların sərbəst qalmaq və aliment almaq imkanlarının olmasıdır"- bunu deputat Razi Nurullayev Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.

Bəs görəsən bu fikir nə dərəcədə doğrudur?

Sosioloq Lalə Mehralı bu barədə danışıb:

"Məncə insanlar bu fikri düzgün anlamayıblar. Bu barədə sosial şəbəkədə çox qınaqlar gördüm. Burda deyilən fikir odur ki, qadınlar boşanmağa daha çox meyillidirlər. Bu da yalan deyil. İstənilən vəkildən soruşsanız, eyni cavabı alacaqsınız ki, boşanmaya müraciət edənlərin çoxu qadınlardır. Əksər hallarda uşaqlar ananın himayəsində olur və alimenti də ata ödəyir. Bəzi hallarda həqiqətən qadınlar alimentə arxayın olub ailələrini dağıdırlar. Razi bəy də birmənalı olaraq demir ki, bütün qadınlar belə edir. Əlbəttə, evli ikən döyülən, söyülən, psixoloji və mənəvi şiddət görən qadınların boşanmaqdan başqa şansı yoxdur. Amma bəzən də adi havadan, sudan səbəblərdən boşananlar olur. Ona görə də bu fikirləri qınamağı düzgün hesab etmirəm. Bu problemlərin kökünün araşdırılmağa ehtiyacı var. Niyə qadınlar boşanmağa meyil edir, sıradan mübahisələr niyə ayrılıqla nəticələnir və.s. bu gün cəmiyyətdə sözün əsl mənasında tənəzzül gedir. Qurulan iki ailədən biri dağılır. Bu böyük problemdir".

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?