Azərbaycan İdeyası

Şirvanda xeyriyyəçilik ənənələri qorunur.

Tarix:17-03-2025, 14:03
Baxış Sayı:48

Şirvanda xeyriyyəçilik ənənələri qorunur.
Dövlət başçısının vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və göstərişlərinə uyğun olaraq, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı cənab İlqar Abbasov vaxtaşırı olaraq həm İcra Hakimiyyətinin inzibati binasında vətəndaş qəbulları, həm də yerlərdə sakinlərlə səyyar görüşlər keçirir. Şəhər İcra Hakimiyyəti başçısının müavinlərinin, şöbə müdirlərinin, aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunur, müraciət və təklifləri dinlənilir.

Qəbullar zamanı şəhid ailələrinin, müharibə iştirakçılarının və bu kimi həssas kateqoriyadan olan şəxslərin müraciətləri növbədənkənar dinlənilir, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul edilirlər. Qəbullarda vətəndaşların əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı problemləri öyrənilir, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunur. Araşdırma tələb edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilir, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülür.

Vətəndaşlar müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.

Mart bayramlar ayıdır. Novruz və Ramazan bayramları ərəfəsində əhalinin həssas kateqoriyasına aid zümrələri – şəhid ailələri, qazilər, aztəminatlı ailələr, ahıl yaşlı tənha insanlar, əlillər hazırlanmış siyahı üzrə bayram sovqatları ilə təmin edilirlər. Başçının təşəbbüsü ilə hər il olduğu kimi, bu il də iri və xırda buynuzlu heyvanlar kəsilərək aztəminatlı ailələrə ərzaq paylanılır.

Şirvan şəhərində xeyirxahlıq müstəvisində görülən işlərə dəstək verən alicənab insanlardan biri də xeyriyyəçi sahibkar, “Elit” Ticarət Mərkəzinin rəhbəri Hacı Əvəzağa Kamil oğlu Həsənovdur.

Qəzetimizin sadiq oxucuları xatırlayarlar, Hacı Əvəzağa Həsənov haqqında əvvəllər də təqdiredici oçerklər yazmışıq: Atası Kamil kişi dəmirçi olub, zəhmət adamı kimi qeyrətinə tapınıb, kasıbçılıqla ailəsini dolandırıb, uşaqlarını alın təri ilə, qazandığı halal çörəklə böyüdüb, ərsəyə gətirib. Ta uşaqlıqdan kasıbçılığın nə olduğunu yaxşı bilən Əvəzağa Həsənov da taleyin qisməti ilə əli çörəyə çatandan sonra səxavət kisəsini geniş açıb, ünvanına pənah gətirən fəqir-füqəraya, imkansıza əl tutub, dolanılşığı zəif olanları işlə təmin edib. Ələlxüsus da, şəhid ailələrinə, qazilərə daha çox köməklik göstərib və göstərməkdədir. Xeyriyyəçi sahibkar hətta cəmiyyətin həssas kateqoriyasına aid bir çox şəxslərə təmənnasız olaraq Mərkəzin sektorlarında piştaxta ayırıb verib ki, icarə haqqı ödəmədən ticarətlə məşğul olub gündəlik dolanışıqlarını təmin etsinlər. Onun sahibi olduğu ticarət mərkəzində qida məsullarından qeyri-qida məhsullarına, dərman vasitələrindən təhsil və ofis ləvazimatlarına qədər bütün növ məhsulların satışı həyata keçirilir. Bununla yanaşı, ən böyük kənd təsərrüfatı məhsullarının toptan və pərakəndə satışının reallaşdığı kənd təsərrüfatı bazarıdır. “Elit” TM nümunəvi vergi ödəyicisi kimi, dövlətimizin büdcəsinin formalaşmasına, yerli əhalinin məşğulluğunun təmininə əhəmiyyətli töhfə verir. TM-də satılan çoxçeşidli məhsullar yüksək keyfiyyəti və qiymətlərin münasibliyi ilə diqqəti cəlb edir.
Allah mənbəyi halal qazanc olan bütün qurbanları qəbul, xoş məramlı bütün duaları müstəcəb eləsin!

Azər Rzayev

OXŞAR XƏBƏRLƏR
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir