Azərbaycan İdeyası

Beynəlxalq Bankın filialında adına özünün xəbəri olmadan kredit götürülən müştərinin imzasını kim saxtalaşdırıb?

Tarix:20-05-2025, 11:30
Baxış Sayı:103

Beynəlxalq Bankın filialında adına özünün xəbəri olmadan kredit götürülən müştərinin imzasını kim saxtalaşdırıb?

Azərbaycan Beynəlxalq Bankı (ABB) 6 ildir səhmdarlarına ardıcıl yüksək dividend ödǝyǝn sağlam, dayanıqlı və mənfəətlə çalışan bankdır. Bu il ilk dəfə kütləvi emissiyadan sonra sayları 30 mindən çox olan səhmdarlarımızla gəlirlərimizi bölüşəcəyik. Çünki ABB 2024-cü ili də strateji inkişaf tarixinin ən uğurlu illərindən biri kimi, 360 milyon manat məbləğində xalis mənfəətlə tamamlayıb. Bunu mayın 8-ə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov “ABB-nin dayanıqlılıq hesabatına dair” mətbuat konfransında deyib.

Maraqlıdır, görəsən bankın həmin 360 milyon xalis mənfəətinin altında aldadılmış neçə müştərisinin ah-naləsi yatır.

Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 115, mənzil 4 ünvanda yaşayan Əhmədova Cavahir Cahangir qızı Azərbaycan Respublikasının baş prokurorluğuna, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Beynəlxalq Bankının baş ofisinə yazdığı və təcili araşdırılmasını tələb etdiyi problemdən bəhs edən ərizəsinin surətini “Korrupsiya və Qanun” qəzeti redaksiyasına göndəriv və meduada ictimailəşdirilməsini xahiş edib.

Şikayətçi yazır ki, 2022-ci ilin dekabr ayında ona pul köçürülməsi ilə bağlı hesab açmaq üçün ABB-nin “Nəqliyyat filialı”na müraciət edib. Filialda onu qarşılayan şəxs banka məxsus “TAM kart”ın üstünlüklərini sadalayıb – bu kartla həm sizə pul köçürülə bilər, həm siz pul köçürə bilərsiz, mağazada nəsə alarkən bu kartla alış-veriş etsə, bonuslar və keşbek əldə edə bilərsiz və s.

Müştəri təkliflə razılaşıb və bildirdiyinə görə ona heç bir sənədə qol çəkldirilmədən plastic kart təqdim edilib. Qeyd edir ki, kart onda olsa da, heç istifadə etməyib.

“2023-cü ilin təxminən iyul ayında ABB-dən mənə bildirdilər ki, guya mənim “Nəqliyyat filialı”ndan əldə etdiyim “TAM” kartın kredit xəttinə görə 2883 manat kredit borcum vardır” – Şikayətçi bankdan edilən zəngə təəccübləndiyini bildirir: “Çünki mən həmin kart üzrə heç bir kredit götürməmişəm. Mən yalnız bankın əməkdaşının sözlərinə inanaraq kartı yalnız mənə pul köçürülməsi və ya mənim kiməsə pul köçürməyim məqsədilə əldə etmişəm. Bankdan kredit götürmək barədə isə heç bir istəyim olmayıb”.

C. Əhmədova qeyd edir ki, məsələ ilə bağlı ABB-nin “Nəqliyyat” filialı ilə əlaqə saxlayıb: “Orada mənə 13.12.2022-ci il tarixli “TAM kart” müqaviləsi göstərərək bildirdilər ki, guya mən həmin müqaviləyə imza etməklə, içərisində mənə ayrılmış kredit pul məbləği olan “TAM kart” əldə etmişəm. Mən həmin müqavilədəki imzaya baxanda gördüm ki, müqavilədə adımın qarşısında çəkilmiş imza mənə məxsus olmamaqla, kənar şəxs tərəfindən icra edilmişdir. Bankda o da mənə bildirildi ki, guya mən bank tərəfindən həmin karta vurulmuş krediti işlətmişəm. Halbuki, mən həmin kartdan heç bir kredit istifadə etməmnişəm. Bank əməkdaşları tərəfindən yaranmış bu anlaşılmazlıqla bağlı araşdırma aparılıb mənə xəbər veriləcəyi bildirilsə də, lakin bu günədək heç bir məlumat verilməmişdir”.

Şikayətçi hesab edir ki, 2022-ci ilin dekabr ayında ABB-nin “Nəqliyyat” filialı tərəfindən ona “TAM” plastik kartı verilərkən saxtakarlığa yol verilmiş, saxta “TAM kart” müqaviləsi tərtib edilərək müqavilədə adının qarşısından kimsə imza etmişdir. Daha sonra isə məndən gizlin olaraq adıma saxta yolla kredit xətti açılaraq, sonradan həmin kredit hansı yollasa mənimsənilmişdir. Odur ki xahiş edir, şikayətində fgöstərdiyi xüsusatlar araşdırılsın, saxtakarlığa yol vermiş şəxs və ya şəxslərin müəyyən edilməsi və onların məsuliyyətə cəlb edilməsi üçün ciddi tədbirlər görülsün.

ABB-nin Daxili Nəzarət Departamenti tərəfindən müştəriyə göndərilən 11.08.2023-cü il tarixli cavab məktubunda tövsiyə edilib ki, baş vermiş bu halla bağlı prokurorluq orqanına müraciət etsin.

Növbəti mərhələ məhkəmə-xətşünaslıq ekspertizasıdır ki, sözügedən müqavilədə imzanın C.Əhmədovaya məxsus olub-olmadığı yoxlanılsın.

Ancaq təəccüblü olan başqa məsələdir – ABB-nin baş ofisinin tövsiyə məktubu. Hamıya məlumdur ki, bank filialları həm eksteryer, həm də interyer tərəfdən müşahidə kameraları ilə təchiz olunur. Həmin kamera görüntülərini araşdıraraq müştəriyə asanlıqla sübut etmək olar ki, sənədə qol çəkib, ya yox. Həmçinin bəlli olar ki, sənədin bir surəti müştəriyə təqdim edilib, ya yox. Yəni, hətta ola bilər ki, hər hansı bir müştəri müqavilənin mətninə səthi nəzər salıb imza ata bilər. Əgər müqavilənin surətini alıb evə aparsa, rahat oxuyub ona sərf eləməyən şərtləri aşkarlaya, sonra da tələsik müqaviləni ləğv elətdirə bilər. Görünən odur ki, ABB bu kimi əməliyyatların şəffaflıq şəraitində həyata keçirilməsində maraqlı deyil. Həmçinin əmindir ki, prokurorluq bütün hallarda onun tərəfini saxlayacaq.

Baş redaktor: X.Ə. Quliyeva

OXŞAR XƏBƏRLƏR
Təbrik Edirik!!! + FOTO!
Təbrik Edirik!!! + FOTO!
Müavinətlər artırılır, bu qərarlar qüvvəyə minir - İyulun 1-dən
Müavinətlər artırılır, bu qərarlar qüvvəyə minir - İyulun 1-dən
Sabahdan qohum evliliklərinə qadağa qoyulur
Sabahdan qohum evliliklərinə qadağa qoyulur
Sabahdan Azərbaycanda sosial müavinətlər artırılır
Sabahdan Azərbaycanda sosial müavinətlər artırılır
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
İran İsraillə atəşkəsi təsdiqlədi
İran İsraillə atəşkəsi təsdiqlədi
Tramp: "Təbrik edirəm, dünya, artıq sülh vaxtıdır" - FOTO
Tramp: "Təbrik edirəm, dünya, artıq sülh vaxtıdır" - FOTO
İcra hakimiyyətləri ləğv olunur? -Hansısa başçı özünü Şah Abbas kimi aparırsa…
İcra hakimiyyətləri ləğv olunur? -Hansısa başçı özünü Şah Abbas kimi aparırsa…