Azərbaycan İdeyası

İrana hücum: Təyyarələr Bakıya enməyə məcbur oldu

Tarix:13-06-2025, 06:30
Baxış Sayı:107



İran, İraq və İsrailin hava məkanlarında tətbiq olunan uçuş məhdudiyyətləri fonunda, bir sıra beynəlxalq aviaşirkətlər tərəfindən uçuşların təhlükəsiz şəkildə davam etdirilməsi məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportuna ehtiyat eniş üçün sorğular daxil olub.

Bu barədə Azərbaycanın beynəlxalq hava limanları İctimaiyyətlə Əlaqələr xidmətindən bildirilib.

Məlumata görə, operativ qərarlar və koordinasiya nəticəsində səhər saatlarında aşağıdakı beynəlxalq reyslər Bakı hava limanına uğurla eniş edib:

”AJet” – İstanbul–Tehran (Boeing 737)

”Fly Dubai” – Minsk–Dubay, Kazan–Dubay, Sankt-Peterburq–Dubay, Moskva–Dubay (Boeing 737)

”Air Arabia” – Moskva–Şarjah (Airbus A320)

”Jazeera Airways” – Maxaçqala–Küveyt, Moskva–Küveyt (Airbus A320)

”Etihad Airways” – Moskva–Abu-Dabi (Boeing 787)

”Turkish Airlines”- İstanbul-Pxuket (Airbus A330)

Heydər Əliyev Beynəlxalq Aeroportu bu reyslərin qəbulunu sərnişin təhlükəsizliyi, rahatlığı və sürətli logistik koordinasiya prinsiplərinə tam uyğun şəkildə təmin edib.

Qeyd edək ki, Bakı hava limanı regionda etibarlı tranzit və hava nəqliyyatı habı olaraq, regional və qlobal aviasiya marşrutlarının hər cür fövqəladə şəraitdə təhlükəsiz şəkildə yönləndirilməsi üçün tam infrastruktura və operativ imkanlara malikdir.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?