Azərbaycan İdeyası

Qaxın icra başçısı və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham edildikləri məlum olub - YENİLƏNİB+ VİDEO

Tarix:20-06-2025, 16:35
Baxış Sayı:114



Qax Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılan şəxslərin bəzilərinin adları məlum olub.

Əldə etdiyimiz məlumata görə, Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat zamanı rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev, icra başçısının birinci müavini Elbrus Tağıyev, başçının köməkçisi Cəlil Cəlilov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rahib Nəzirli, Qax şəhər bələdiyyəsinin sədri Eyvaz Orucov, icra başçısının sürücüsü Kamran Orucov və digər vəzifəli şəxslər saxlanılıblar.

15:30

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham olunduğu məlum olub.

"Report"a istinadən xəbər verir ki, onlar rüşvət almaqda, mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmaqda şübhəli bilinirlər.

Hazırda DTX istintaq hərəkətlərini davam etdirir.

15:01

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qaxda əməliyyat keçirib.

"Report"a istinadən xəbər veririk ki, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, müavinləri və rayonun bir neçə vəzifəli şəxsi saxlanılıb.

Hazırda onlar Bakıya gətirilir.

14:54

Dövlət Təhlükəsizlik Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.

"Report"a istinadən xəbər veririk ki, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.

Onun hansı səbəbdən saxlanıldığı hələlik bəlli deyil.

Qeyd edək ki, o, bu vəzifəyə 2010-cu ildə təyin olunmuşdu.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?