Azərbaycan İdeyası

Rəqəmlərlə mübarizə: Riyaziyyatı niyə sevmirik? - Nəticələrin aşağı olmasının SƏBƏBLƏRİ

Tarix:Bu gün, 14:24
Baxış Sayı:102



Riyaziyyat fənni üzrə hələ ki, nəticələr istədiyimiz səviyyədən aşağıdır”.


Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

Maraqlıdır, riyaziyyata marağın az, nəticələrin isə aşağı olması nə ilə bağlıdır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil məsələləri üzrə ekpert Kamran Əsədov bildirib ki, riyaziyyat fənninə marağın azalması və bu fənn üzrə nəticələrin ürəkaçan olmaması təkcə imtahan statistikası ilə izah edilə biləcək sadə bir məsələ deyil.

Kamran Əsədov qeyd edib ki, Məleykə Abbaszadənin də vurğuladığı kimi, son illərdə buraxılış və qəbul imtahanlarında riyaziyyat üzrə orta nəticələr ya stabilləşib, ya da geriləyib. Müsahibimiz hesab edir ki, bu, həm məktəb tədrisindəki struktur problemlərin, həm də cəmiyyətin elmi-düşüncə mədəniyyətindəki dəyişikliklərin kompleks nəticəsidir.

Riyaziyyat fənninin düşüncə tərzinin, məntiqi ardıcıllığın, səbəb-nəticə əlaqəsinin formalaşması üçün açar rolunu oynadığını deyən ekpert əlavə edib ki, bu fənnin tədrisi çox zaman test yönümlü, təkrarçı və əzbərləməyə əsaslanan yanaşma ilə aparılır:

“Nəticədə şagirdlər riyaziyyatı bir anlayış və ya metodologiya kimi yox, “əzbərlənəcək qaydalar yığını” kimi qəbul edirlər. Bu da onların marağını və motivasiyasını zəiflədir. Təhsil proqramlarında riyaziyyat dərsləri hələ də çox zaman həddindən artıq texniki və formal təqdim olunur, halbuki bu fənn gündəlik həyatla əlaqələndirildikdə daha mənalı və maraqlı olur”.

Ekspert vurğulayıb ki, daha dərin səbəblərdən biri riyaziyyat müəllimlərinin hazırlıq səviyyəsi və tədris metodikasıdır. Həmsöhbətimiz bildirib ki, MİQ və sertifikasiya imtahanlarının nəticələrinə əsasən, bir çox müəllimlər öz ixtisaslarını praktiki tətbiqdə zəif təmsil edirlər:

“Müəllim riyaziyyatı şagirdə sevdirə bilmirsə, onun marağını oyatmırsa, bu, bilavasitə nəticələrə təsir edir. Əlavə olaraq, bəzi məktəblərdə dərs yükünün qeyri-bərabər bölüşdürülməsi və yüksək siniflərdə repetitorlara daha çox üstünlük verilməsi sinifdə real öyrənməni zəiflədir”.



Kamran Əsədov: Müəllim riyaziyyatı şagirdə sevdirə bilmirsə, onun marağını oyatmırsa, bu, nəticələrə təsir edir

Əsədov digər vacib amilin rəqəmsal mühitin uşaqların diqqət və təfəkkür strukturuna etdiyi təsir olduğunu nəzərə çatdırıb. Dediyinə görə, riyaziyyat sabitlik, səbirlilik və ardıcıl düşüncə tələb edir:

“Halbuki hazırda sosial media, video oyunlar və tez-tez dəyişən vizual informasiya mühiti uşaqlarda səbrin və məntiqi təhlilin zəifləməsinə səbəb olur. Bu da şagirdlərin daha çox “asudə və əyləncəli” fənlərə yönəlməsinə, riyaziyyat kimi ciddi intellektual zəhmət tələb edən sahələrdən uzaqlaşmasına gətirib çıxarır”.

Həmsöhbətimiz hesab edir ki, bütün bunlarla yanaşı, riyaziyyat fənninin təbliği də zəifdir.

O qeyd edib ki, uğurlu riyaziyyatçılar, mühəndislər və texnoloji innovatorlar media mühitində çox az tanıdılır, fənnin real həyatda nələri dəyişdirdiyi, hansı imkanlar yaratdığı barədə maarifləndirmə proqramları azdır. Elmə və texnologiyaya yönəlmiş layihələr, müsabiqələr və klublar region məktəblərində ya mövcud deyil, ya da zəif təşkil olunub:

“Dünya təcrübəsində bu problemin qarşısını almaq üçün riyaziyyat dərsləri daha praktik və layihə əsaslı formada qurulur. Finlandiya, Estoniya və Sinqapur kimi ölkələrdə riyaziyyat sadəcə cavab tapmaq üçün yox, problemi anlamaq və modelləşdirmək üçün öyrədilir. Onlar riyaziyyatı həyatla əlaqələndirir, oyunlaşdırır, araşdırma aparmaq fürsəti yaradırlar. Bu ölkələrdə şagirdlər daha çox sual verməyə, axtarış aparmağa təşviq olunur”.

K.Əsədovun fikrincə, Azərbaycanda bu istiqamətdə dəyişiklik üçün ilk növbədə tədris məzmuna yenidən baxılmalı, müəllimlərin metodiki hazırlığı artırılmalı, riyaziyyat dərsləri mücərrəd formulalardan konkret həyati tapşırıqlara keçid etməlidir. Eyni zamanda bildirib ki, şagirdlər üçün riyazi düşüncəni inkişaf etdirən təhsil texnologiyaları, mobil tətbiqlər, açıq dərslər və müsabiqələr daha əlçatan olmalıdır.

“Riyaziyyatın zəif tədrisi və zəif nəticəsi təkcə bir fənn problemi deyil. Bu, cəmiyyətin gələcək texnologiyalar, süni intellekt, mühəndislik və elmi-analitik bacarıqlar tələb edən peşələrə nə dərəcədə hazır olmasının göstəricisidir. Bu problemin həlli uzunmüddətli və sistemli yanaşma tələb edir. Əgər bu istiqamətdə ciddi dəyişikliklər aparılmasa, yaxın gələcəkdə riyaziyyat sahəsində savadlı kadrların çatışmazlığı daha da kəskinləşəcək və ölkənin intellektual potensialına ciddi təsir edəcək”,- deyə müsahibimiz fikrini tamamlayıb.

OXŞAR XƏBƏRLƏR
Rəqəmlərlə mübarizə: Riyaziyyatı niyə sevmirik? - Nəticələrin aşağı olmasının SƏBƏBLƏRİ
Rəqəmlərlə mübarizə: Riyaziyyatı niyə sevmirik? - Nəticələrin aşağı olmasının SƏBƏBLƏRİ
Tramp: "Putin Ukraynaya girsə, Moskvanı bombalayacam"
Tramp: "Putin Ukraynaya girsə, Moskvanı bombalayacam"
Tramp təsdiqlədi: Ukraynaya silah tədarükü bərpa edildi
Tramp təsdiqlədi: Ukraynaya silah tədarükü bərpa edildi
Şagirdlərin attestat balı aşağı, buraxılış imtahanının nəticələri yüksək: Nə baş verir? + VİDEO.
Şagirdlərin attestat balı aşağı, buraxılış imtahanının nəticələri yüksək: Nə baş verir? + VİDEO.
Qurtuluş Günündə Şəhidlik zirvəsinə ucaldı
Qurtuluş Günündə Şəhidlik zirvəsinə ucaldı
Allah rəhmət eləsin!
Allah rəhmət eləsin!
Vasif Talıbovun qohumu insanları aldadıb evlərini əllərindən alıb
Vasif Talıbovun qohumu insanları aldadıb evlərini əllərindən alıb
SOCAR-da işləyən qaynatasına güvənib dələduzluq etdi.
SOCAR-da işləyən qaynatasına güvənib dələduzluq etdi.