Azərbaycan İdeyası

"Heç kim deyə bilməz ki, bütün imtahanlar pulludur" - Məleykə Abbaszadə

Tarix:18-12-2019, 16:07
Baxış Sayı:136


Azərbaycanda qəbul imtahanlarında iştirak üçün müəyyən edilən qiymətlər o qədər də yüksək deyil.
Korrupsiya-q.az Teleqraf.com-a istinadla biirir ki, Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, hər bir məzunun qəbul imtahanlarında ödənişsiz əsaslarla iştirak edə bilməsi üçün bir şansı var:
"Həmin imtahanın haqqı dövlət büdcəsinin hesabına ödənilir. Qəbul imtahanlarında ilk dəfə iştirak edən hər bir məzun imtahanlara pulsuz qatılır. Buna görə də heç kim deyə bilməz ki, bütün imtahanlar pulludur. Yalnız ikinci şansı istifadə etmək istəyənlər imtahanda iştirak üçün rüsum ödəyirlər. Yeni imtahanları və imtahan nəticələrini araşdırmaq, onu həyata keçirmək üçün daha çox insan, qurğu cəlb etmək lazım olur. Bu baxımdan imtahanların qiymətləri o qədər də yüksək deyil. Özbəkistandan gələn heyət Azərbaycanda bizim işimizlə maraqlandı. Özbəkistanda bu qiymətlər orta əməkhaqqının yarısını təşkil edir".
M.Abbaszadə əlavə edib ki, imtahanın qiyməti prosesin keçirilməsinə sərf olunan vəsaitdən asılıdır.
Onun sözlərinə görə, yeni növ imtahanların cavablarını yoxlayan müəllimlər də onlara verilən məvacibin qane etmədiyini söyləyirlər. Belə olan halda isə imtahan qiymətlərini aşağı salmaq mümkün deyil.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?