Azərbaycan İdeyası

Beş il əvvəl pandemiya və müharibə vəziyyətində iş və qazanc vəd etdiyi insanları aldadıb pullarını mənimsəyən şəxsdən şikayət

Tarix:17-07-2025, 17:21
Baxış Sayı:1


2020-ci il Azərbaycanın tarixində 30 ilə yaxın işğal altında olmuş torpaqlarımızın düşmın tapdağından azad edilməsi ilə nəticələnən Şanlı Qələbə ili kimi yazıldı. Zəfərin coşqusu, eyforiyası öz yerində, amma sözsüz ki, müharibə təkcə şəhid və qazi ailələrinə deyil, hamıya, hər vətəndaşa öz sarsıntısını yaşatdı. Xüsusilə də savaşı müşayiət edən iqtisadi çətinliklər, savaşın gedişində xalqı düşündürən qeyri-müəyyənliklər hamını narahat edirdi. Nəzərə alaq ki, 2020-ci il həm də bütün dünyada olduğu kimi, Azərbaycanda da tüğyan edirdi və iş yerlərinin qapanması, əhalinin sosial vəziyyətinin pisləşməsi ilə müşayiət olunurdu. Bunca narahatlığın fonunda insanlar onlara iş və qazanc vəd edən işbazların toruna asanlıqla düşürdülər.
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, S.Vurğun küçəsi, ev – 32 ünvanda qeydiyyatda olan və yaşayan İbrahimov Abbas Məhərrəm oğlu, İbrahimov Qurbanəli İbrahim oğlu və İbrahimov Məhərrəm İbrahim oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına kollektiv ərizə ilə müraciət edərək, Vüsal adlı şəxsin onların etibarından sui-istifadə edərək, onları aldatdığını, pullarını ələ keçirərək mənimsədiyini bildirmişlər.
Abbas İbrahimov bildirir ki, 2020-ci ilin dekabr ayında Vüsal Dərnəgül yolunun üstündə “Hunday Servis”lə üzbəüz yerləşən ərazidəki biznesini böyütmək məqsədilə ondan 105000 (bir yüz beş min) manat borc almış, borcu tədricən qaytaracağını, amma həm də köməkliyi qarşılığında onu işə qəbul edəcəyini, ayda 3000 (üç min) manat maaş verəcəyini vəd etmişdir. Bir ay sonra Qurbanəli Vüsalın onun işini rəsmiləşdirmədiyindən narahat olub səbəbini soruşmuşdur. Vüsal onu qeyri-leqal işə götürdüyünü özünün vergidən yayınması ilə izah etmişdir. Lakin Vüsal İbrahimovun maaşını da vəd etdiyi həcmdə deyil, ilk dörd-beş ayda 1000 (bir min) manat ödəmişdir. O vaxtdan düz beş ilə yaxındır ki, nə maaş vermiş, nə də borc götürdüyü pulu qaytarmışdır.
İbrahimovlar iddia edirlər ki, Vüsalla əqdləri qeyri-formal olsa da, əllərində sübut kimi xidmət edəcək faktlar-dəlillər, şahidlər var.
İşə düzəlmək ümidilə Abbasın atası Məhərrəm İbrahimov isə özünün şəxsi minik avtomobilini 15000 (on beş min) manata sataraq Vüsala verdiyini qeyd edir. Abbasın əmisi Qurbanəli İbrahimov isə öz evini sataraq Vüsala 75000 (yetmiş beş min) manat vermişdir.
İbrahimovlar yazırlar ki, pullarını tələb edəndə Vüsal onlara hədə-qorxu gəlir, “hara istəyirsiniz, şikayət edin” deyir.
İlk baxışda oxucuya elə gələr ki, şikayətçilər qohum olduqlarına görə sözü bir yerə qoyublar. Amma İbrahimovlar bildirirlər ki, Vüsalın onlardan başqa da eyni tərzdə aldadıb pullarını mənimsədiyi şəxslər çoxdur. Zərərçəkənlər heç də Vüsala kommersiya məqsədilə qoşulmayıblar ki, onun biznesinin uğuruna da, ziyanına da şərik olsunlar. Bütün qeyd olunanlar onu göstərir ki, Vüsal elə əvvəldən adamları aldatmaq niyyəti güdmüşdür.


Mövzuya qayıdacağıq.

“Korrupsiya və Qanun”

OXŞAR XƏBƏRLƏR
TƏCİLİ: Mehdiyev işi ilə bağlı HƏBSLƏR BAŞLADI - FOTO
TƏCİLİ: Mehdiyev işi ilə bağlı HƏBSLƏR BAŞLADI - FOTO
Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR
Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR
DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı saxlanıldı+VİDEO
DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı saxlanıldı+VİDEO
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirilib
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirilib
Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi+VİDEO
Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi+VİDEO
“Gəlin 7 aylıq hamilə imiş..."
“Gəlin 7 aylıq hamilə imiş..."
Sürətli beyin qocalmasının səbəbi MƏLUM OLDU
Sürətli beyin qocalmasının səbəbi MƏLUM OLDU
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 il ötür
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 il ötür