Azərbaycan İdeyası

Yeni tədris ili sentyabrın 22-də başlayacaq? - RƏSMİ AÇIQLAMA

Tarix:30-08-2025, 10:41
Baxış Sayı:12



Bu il ölkəmizdə keçiriləcək Formula-1 Qrand Prisinin başlama tarixi yeni tədris ilinin "start" götürəcəyi tarixə təsadüf edir. Belə ki, məktəb və ali təhsil müəssisələrinin fəaliyyətə başlaması ilə yollarda yaranan sıxlıq Formula-1-in "start" götürməsi ilə daha da çıxılmaz hal ala bilər. Bu səbəbdən son günlər yeni tədris ilinin sentyabrın 22-də başlanacağı ilə bağlı məlumatlar gündəmdədir və ictimaiyyət arasında müzakirələrə səbəb olub.

Yeni tədris ilinin sentyabrın 22-də başlaması ilə bağlı deyilənlər nə dərəcədə doğrudur və bu istiqamətdə rəsmi qərar qəbul olunubmu?


Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinin Mətbuat Xidmətindən Sonxeber.az-a bildirilib ki, 2025-2026-cı tədris ilinin başlamasına təsadüf edən "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar tədris prosesinin başlama tarixinin dəyişdirilməsinə dair yayılmış məlumat həqiqəti əks etdirmir:

" Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur.

Əlavə olaraq bildiririk ki, yarışların keçiriləcəyi ərazilərdə yerləşən təhsil müəssisələri ilə bağlı "Formula 1" Azərbaycan Qran-prisi dövründə müəyyən məhdudiyyətlərin tətbiqinə dair qərar veriləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək".

OXŞAR XƏBƏRLƏR
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026