Azərbaycan İdeyası

Cabir İmanovun infarkt olmasına idman səbəb olub? - DETALLAR

Tarix:29-09-2025, 20:20
Baxış Sayı:108



Xəbər verdiyimiz kimi, bu gün günorta saatlarında Azərbaycanın əməkdar artisti Cabir İmanov dünyasını dəyişib. O, Səbail rayonu ərazisində yerləşən idman zallarının birində infarkt keçirib. Əməkdar artist müdaxilələrə baxmayaraq, dünyasını dəyişib. Cabir İmanovun 49 yaşı olub. Bu da ağıllarda müəyyən suallar ortaya çıxarır. Onun dünyasını dəyişməsinə idman prosesi səbəb ola bilər?

Məşqçi İslam Cəfərov açıqlamasında bildirib ki, sağlam fitnes həm insanın orqanlarını, həm də xarici görünüş baxımından cavanlaşdırır. Bu baxımdan yaşından asılı olmayaraq infarktın fitnes səbəbilə baş verməsini demək çətindir. Xüsusilə də, sağlamlıq üçün yüngül fitneslə məşğul olan insanlarda bu baş verə bilməz.

“Burada dünyasını dəyişən şəxsin əvvəlcə səhhətində problemin olub-olmaması da rol oynayır. Təbii ki, bununla bağlı əsas cavab vermək haqqı həkimlərə düşür. Daha sonra biz idmanın yükünün burada nə qədər rol oynaması ilə bağlı danışa bilərik. Əslində, idman ürək-damar sisteminə də müsbət təsir göstərir, insan sağlamlığına da müsbət təsir göstərir. İdman prosesi zamanı infarkt hadisəsi çox nadir hallarda baş verə bilər. Yəni eyni hal insan sakit formada yolda gedəndə də baş verə bilər. Cabir bəy bizim sevimli sənətkarımız idi. Uşaqlıqdan filmlərinə baxdığımız biri idi və bu çox pis xəbərdir. Allah rəhmət eləsin”.

Kardioloq Sevinc Quliyeva isə qeyd edib ki, təxminən 40 yaşdan yuxarı şəxslərdə idman prosesi yalnız həkim nəzarəti altında baş verməlidir.

“35-40 yaşından sonra mütəmadi olaraq idmana gedən şəxslər mütləq müayinələrdən keçməlidirlər. Burada əsas iki müayinə növü var mühümdür. Kardioqrama və ehtiyac olarsa, əlavə olaraq, exo-doppler aparatından keçməlidir. Eyni zamanda müəyyən analizlər də verilməlidir. Bununla yanaşı fitnes zallarında da həkimlərin fəaliyyəti mütləqdir. Burada da idmanla məşğul olan şəxslərə xüsusi diqqət lazımdır. Çünki onların gün ərzində olan yüklə idman zamanı olan yüklənmə eyni deyil. Cavan şəxslərdə bu məsələlər elə də problem deyil. Amma 40-45 yaş üzəri şəxslərdə bu məsələlərə xüsusi diqqət olunmalıdır”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?