Azərbaycan İdeyası

Nazirdən deputata, rektordan generaladək: Vəzifədə həyatla vidalaşanlar

Tarix:Bu gün, 14:27
Baxış Sayı:104

Nazirdən deputata, rektordan generaladək: Vəzifədə həyatla vidalaşanlar

Azərbaycanda müxtəlif sahələrdə yüksək postlar tutan və ya seçkili orqanların üzvü olan bir neçə şəxs vəzifədə olduğu dövrdə dünyasını dəyişib. Kimisi ağır xəstəlikdən, kimisi qəfil ürəktutmadan, bəziləri isə pandemiyanın qurbanı olub. Vəzifə başında ölənlər sırasında nazirlər, deputatlar, icra başçıları, rektorlar və yüksək rütbəli hərbçilər də var.


Həmin siyahını təqdim edirik.

Nazirlər, nazir müavinləri və digər rəhbər şəxslər



2006–2021-ci illərdə gənclər və idman naziri olan Azad Rəhimov 2021-ci ilin 30 aprelində 56 yaşında ağciyər xərçəngi və qaraciyər serrozundan Nyu-York xəstəxanasında vəfat edib. Mərhum 2 may 2021-ci ildə İkinci Fəxri Xiyabanda dəfn olunub.



Energetika naziri vəzifəsini 2005–2017-ci illərdə icra edən Natiq Əliyev 69 yaşında ürək çatışmazlığından vəfat edib və İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.



Müdafiə Sənayesi naziri Yavər Camalov 2006–2018-ci illərdə vəzifədə olub və 68 yaşında İsraildə müalicə aldığı xəstəxanada vəfat edib. O, 24 iyun 2018-ci ildə Şüvəlan qəbirstanlığında dəfn olunub.



Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə 1999–2022-ci illərdə bu vəzifədə çalışmış və 66 yaşında uzun sürən xəstəlik səbəbilə 14 aprel 2022-ci ildə dünyasını dəyişib.



Səhiyyə nazirinin müavini Abbas Vəlibəyov 1999–2018-ci illərdə vəzifədə çalışıb və 71 yaşında qəfil ürəktutmadan 9 apreldə ölüb.

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Nazim Məmmədov 2018–2022-ci illərdə xidmətdə olub və 70 yaşında koronavirusdan vəfat edib.

Dövlət Vergi Xidmətinin kiçik müşaviri Arif Qasımlı 2025-ci ilin aprelin 12-də 64 yaşında infarktdan ölüb.

Vergi Xidmətinin şöbə rəisi Malik Əkbərov 2025-ci ildə xəstəlik səbəbilə dünyasını dəyişib.

Baş nazirin birinci müavini Yaqub Eyyubovun köməkçisi Ayaz Yusifov xidmətdə ikən ölüb.

Naxçıvan MR Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov 61 yaşında vəfat edib.

İqtisadiyyat Nazirliyinin Yuxarı Qarabağ Regional Bölməsinin rəisi Aslan Aslanov 2021-ci ildə ürəktutmadan ölüb.

Təhsil Nazirliyinin ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov isə 2018-ci ildə ölüb.



İcra başçıları, müavinlər və sahə rəhbərləri



Vəzifədə ikən vəfat edənlər sırasına icra başçıları və yerli icra strukturlarının rəhbər şəxsləri də var.

Ağsu rayonunun icra başçısı Vahid Tağıyev 2019–2020-ci illərdə vəzifədə olub və 59 yaşında koronavirusdan vəfat edib.

Naftalanın icra başçısı Rövşən İbrahimov 2018–2019-cu illərdə vəzifədə olub və dəm qazından boğularaq ölüb.

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Ağamustafa Vahidov həmçinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub və xidmətdə ikən ölüb.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyev 2020-ci ildə ürəktutmadan vəfat edib.

Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının nümayəndəsinin müavini Ruhid Mehdiyev 2025-ci ildə 48 yaşında iş yerində ölüb.

Ağdaş Rayon maliyyə idarəsinin rəisi Əhmədəli Hacıyev 1999–2020-ci illərdə vəzifədə olub və 69 yaşında vəfat edib.

Ağstafa Rayon İcra Hakimiyyətinin baş memarı Mirzai Məzahir İsrafil oğlu 2025-ci ildə 71 yaşında uzun müddət müalicə aldığı xəstəxanada ölüb.



Deputatlar



Vəzifə başında vəfat edən deputatlar da siyahıya daxildir.

Deputat Hikmət Atayev 2013-cü ildə 60 yaşında avtomobil qəzasında vəfat edib.

Deputat Astan Şahverdiyev 2018-ci ildə 71 yaşında ürəktutmadan ölüb.

Milli Məclisin VI çağırış deputatı Fəttah Heydərov 2020-ci ilin avqustunda 82 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.

Millət vəkili Madər Musayev 2023-cü ilin 14 iyulunda 75 yaşında ağciyər və böyrək çatışmazlığından dünyasını dəyişib.

Deputat Qənirə Paşayeva 2023-cü ilin 23 sentyabrında 48 yaşında xəstəxanada ölüb.

Naxçıvan Ali Məclisinin deputatı və Naxçıvan Müəllimlər İnstitutunun rektoru Oruc Həsənli də uzun sürən xəstəlikdən sonra vəfat edib.



Elm və təhsil sahəsi



Elm və təhsil sahəsində də yüksək vəzifəli məmurların vəzifədə ikən vəfatının şahidi olmuşuq.

AMEA-nın Prezidenti Mahmud Kərimov 2013-cü ildə xidmətdəykən vəfat edib.

Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyev 2019-cu ildə 56 yaşında xərçəngdən ölüb.

Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayev 2015-ci ildə 72 yaşında uzun sürən xəstəlik səbəbilə vəfat edib.



Digər yüksək vəzifəlilər



SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə 2023-cü ildə 93 yaşında vəzifədə ikən ölüb.

Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov 2018-ci ildə 81 yaşında ürəktutmadan vəfat edib.

ANAMA-nın baş direktoru Nazim İsmayılov 2014-cü ildə uzun sürən xəstəlikdən vəfat edib.

“Azərenerji” ASC-nin vitse-prezidenti Marlen Əsgərov 2018-ci ildə qəfil ölüb.

“Azneftkimyamaş” ASC-nin sədri Əli Qaraxanov 2016-cı ildə 78 yaşında ürəktutmadan dünyasını dəyişib.

“Azərsu”nun sabiq sədr müavini və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin sədri Köçərli Həsənov 2024-cü ilin sentyabrında 63 yaşında ürək əməliyyatından sonra ölüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev 2022-ci ildə vəzifədə ikən dünyasını dəyişib.

Milli Məclisin vitse-spikeri Afiyəddin Cəlilov 1994-cü ildə sui-qəsd nəticəsində qətlə yetirilib.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi, ədliyyə generalı Zahir Əlizadə 2019-cu ildə ölüb.

Naxçıvan MR Ədliyyə nazirinin müavini və Penitensiar Xidmətin rəisi Şahin Təhməzov ürək tutmasından ölüb.

Maliyyə Nazirliyinin Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsinin müdiri Ülfət Göyüşov xidmətdə ikən ürək tutmasından vəfat edib.

“Su İstehsalçıları Birliyi”nin sədri Dövlət Məmmədov da vəzifədə ikən vəfat edib.

OXŞAR XƏBƏRLƏR
Nazirdən deputata, rektordan generaladək: Vəzifədə həyatla vidalaşanlar
Nazirdən deputata, rektordan generaladək: Vəzifədə həyatla vidalaşanlar
Aeroportdan şəhərə gəldi, taksiyə 42 manat ödədi - FOTO
Aeroportdan şəhərə gəldi, taksiyə 42 manat ödədi - FOTO
Bu icra başçılarının yaşı 70-ə çatır - SİYAHI
Bu icra başçılarının yaşı 70-ə çatır - SİYAHI
Cabir İmanovun infarkt olmasına idman səbəb olub? - DETALLAR
Cabir İmanovun infarkt olmasına idman səbəb olub? - DETALLAR
Əməkdar artist Cabir İmanov vəfat edib -+ƏLAVƏ
Əməkdar artist Cabir İmanov vəfat edib -+ƏLAVƏ
Aranlının mədəniyyət başqanı Elşən Əsədov “əvvəl gödəniyyət” prinsipi ilə işləyir
Aranlının mədəniyyət başqanı Elşən Əsədov “əvvəl gödəniyyət” prinsipi ilə işləyir
İctimai nəqliyyatda gedişhaqqı artırıldı
İctimai nəqliyyatda gedişhaqqı artırıldı
"Respublikanski"ni diqqətlə yoxlayın; onda görəcəksiniz ki... - "MALIYYƏ MAXİNASİYALARI"+VİDEO
"Respublikanski"ni diqqətlə yoxlayın; onda görəcəksiniz ki... - "MALIYYƏ MAXİNASİYALARI"+VİDEO