Azərbaycan İdeyası

10 yeni metro stansiyasının yeri... - Prezident açıqladı

Tarix:7-01-2026, 19:58
Baxış Sayı:13



Biz Bakının tarixi memarlıq ansamblını dəyişdirə bilmərik. Yol-nəqliyyat sisteminin idarə edilməsi və mikromobillik, yəni ictimai nəqliyyata üstünlük verilməsi bir çıxış yolu ola bilər. Bu istiqamət üzrə bizim Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq mütəxəssisləri cəlb etməklə fəal işləyir.

Xəbər veririk ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Bakının yeni yol infrastrukturunun xəritəsi təsdiqlənib, 10 yeni metro stansiyasının yeri müəyyən olunub, əlavə iki depo da tikiləcək. Mövcud metro stansiyalarında optimallaşma layihələri icra edilir. “Son 20 il ərzində yeddi metro stansiyası tikilib. Əgər onlar tikilməsəydi, görün, indi vəziyyət necə olacaqdı?”, - deyən Prezident İlham Əliyev bildirib ki, mikromobillik, piyadalar üçün daha geniş məkanın verilməsi və bəzi küçələrin ancaq piyadalar üçün təşkili prosesi davam edir və yaxın aylarda ictimaiyyət bunu görəcək. Eyni zamanda, Bakıda yeni ictimai yerlərin yaradılması çox geniş vüsət alıb.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı