
Cənab Mirhəsən Seyidov Neftçala rayonuna rəhbər vəzifəyə təyin olunan 2020-ci
ili bütün dünyada olduğu kimi, ölkəmizdə də koronavirus pandemiyası başlamışdı.
Gənc başçı pandemiyaya qarşı tədbirlərin uğurla həyata keçirilməsini təşkil etdi.
2020-ci il əlbəttə ki, şanlı qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsi ilə
tariximizə qəzəl hərflərlə yazıldı. Mirhəsən müəllim bu müstəvidə də öz üzərinə
düşən işlərin öhdəsindən bacarıqla gəldi. Onun gənclərlə iş aparmaq təcrübəsi
sayəsində Neftçala gəncləri istər könüllü kimi, istərsə də səfərbərlik xətti ilə
cəsarətlə cəbhəyə yollanıb qələbəmizin qazanılmasına töhfə verdilər. Həmin o
gərgin günlərdə gənc başçı şəhid ailələrini, qazilərin qayğı və problemlərini diqqət
mərkəzində saxladı. Hal-hazırda da bu qəbildən olan vətəndaşlar Mirhəsən
müəllimin qayğılı münasibətindən razılıq edir, onu Rayon İcra Hakimiyyətinə
başçı vəzifəsinə təyin etdiyinə görə dövlətimizin başçısı cənab İlham Əliyevə
minnətdarlıqlarını bildirirlər.
Əminliklə demək olar ki, vaxtilə yüksək vəzifəli şəxslərin korruptiv əməllərindən
tənəzzül meylləri müşahidə edilən Neftçala rayonu son 6 ildə öz inkişafının yeni
mərhələsini yaşayır. Regionların inkişafı dövlət proqramlarının icrası rayon
iqtisadiyyatının inkişafına, abadlıq quruculuq işlərinin və yeni sosial obyektlərin
tikintisinin aparılmasına, yeni infrastruktur layihələrinin həyata keçirilməsi,
sahibkarlığın inkişafı və sahibkarlara dəstək verilməsi, yeni iş yerlərinin
yaradılması, əhalinin məşgulluğunun artırılması və rayon sakinlərinin yaşayış
səviyyəsinin yüksəldilməsinə ciddi təkan olmuşdur.
Səmərəli idarəçiliyin uğurlu nəticəsidir ki, Neftçala rayonu üzrə əsas sosial-iqtisadi
göstəricilər, o cümlədən ümumi məhsul buraxılışının həcmi, sənaye məhsullarının,
kənd təsərrüfatı məhsullarının, tikinti işlərinin, əsas kapitala yönəldilən
investisiyaların həcmi, nəqliyyat xidməti, rabitə xidməti, ticarət artmışdır. Əhaliyə
göstərilən pullu xidmətlərin həcmində, pərakəndə əmtəə dövriyyəsində artım
müşahidə olunmuş, orta aylıq nominal əmək haqqı artmışdır.
Arayış:
Mirhəsən Seyidov 15 iyul 1989-cu ildə Sumqayıt şəhərində anadan olub.1995-ci
ildən etibarən 287 saylı “Zəkalar” litseyində təhsil almağa başlayıb. 2006-cı ildə
orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Universitetinin Vergi və Vergitutma
fakültəsinə yüksək göstərici ilə daxil olub. 2010-cu ildə ali təhsilin bakalavr
pilləsini bitirib. Təhsilini davam etdirən MirHəsən Seyidov 2012-2014-cü illərdə
Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq biznes MBI magistr dərəcəsi
əldə edib. 2010-2011-ci illər ərzində həqiqi hərbi xidməti Azərbaycan Respublikası
Dövlət Sərhəd Xidmətinin 2005 saylı hərbi hissəsində (Yalama Sərhəd Nəzarət
Məntəqəsi) başa vurmuşdur.
İctimai fəaliyyətinə 2005-ci il iyun ayında Azərbaycan Respublikası Gənclər
Təşkilatları Milli Şurasında başlamış, sentyabrdan etibarən isə Gənclər üçün
resurs mərkəzlərində könüllü olaraq fəaliyyət göstərmişdir. 2006-cı il yanvar
ayından etibarən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası
(ARGTMŞ)–da Regionlarla iş üzrə departament sədri vəzifəsini daşımışdır və
region layihələrinin idarə olunması, yerli gənclər və idman idarələri ilə iş,yerli
təhsil idarələri-universitet və məktəblərdə layihələrin keçirilməsi, region
hesabatların hazırlanması kimi işləri həyata keçirmişdir. 2007-ci il iyul ayından
eyni təşkilatda Layihələrlə iş üzrə departament sədri kimi fəaliyyət
göstərmişdir.2009-cu il may ayından Dünya Türk Gəncləri Birliyində Azərbaycan
nümayəndə heyətinin rəhbəri seçilmişdir.Dekabr ayından etibarən isə Azərbaycan
Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ)-da baş katib müavini
olaraq ictimai fəaliyyətinə davam etmişdir.2012-ci ilin fevral ayından başlayaraq
Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycandakı rəsmi Fan Klubuna rəhbərlik
edib. 2012 May Azərbaycanda Avropa Hərəkatında İdarə Heyətinin üzvü olmuş,
2012-ci il İyul ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli
Şurasında sədr müavini vəzifəsində çalışıb. 2014-cü il 27 iyun tarixindən etibarən
isə “İRƏLİ” İctimai Birliyinin sədri seçilib. 2015-ci il 29 may tarixində
Azərbaycan Respublikasının Milli Məclisinin "İctimai televiziya və radio yayımı
haqqında” Azərbaycan Respublikası Qanununun 17.2-17.4-cü və 17.6-cı
maddələrinə əsasən İctimai TV (Azərbaycan) 6 il müddətinə Yayım Şurasının üzvü
seçilmişdir.
2007-ci ildən başlayaraq 35-ə yaxın xarici ölkədə keçirilən beynəlxalq tədbirlərdə,
o cümlədən Avropa Parlamenti, Avropa Şurası, Birləşmiş Millətlər Təşkilatlarının
Uşaq Fondu (UNICEF), Avropa İttifaqının, Avropa Gənclər Forumu, Birləşmiş
Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), Avropa Gənclər Fondunun bir
çox tədbirlərində Azərbaycanı təmsil edib. Yodlaşdırılmış duz, Sağlam həyat tərzi,
Ekoloji maarifləndirmə, Azərbaycan Gənclər Siyasəti üzrə həmyaşıd təlimçi kimi
fəaliyyət göstərib.
MirHəsən Seyidov 2 fevral 2017-ci il Gənclər günü münasibətilə Azərbaycan
Respublikası Konstitusiyasının 109 -cu maddəsinin 32-ci bəndinə əsasən ictimai
fəaliyyət sahəsində fərqləndiyinə görə Azərbaycan Respublikasının prezidenti
İlham Əliyev tərəfindən mükafatlandırılmışdır. 2017 -ci il 4 mart tarixində
Prezident İlham Əliyev tərəfindən verilmiş sərəncama əsasən Azərbaycan Gənclər
Fondunun Müşahidə Şurasının üzvü təyin edilmişdir. 2017 – ci il 21 sentyabr
tarixindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Müşahidə Şurasının
üzvüdür. 2018-ci ilin 8 yanvarından etibarən Mirhəsən Seyidov Azərbaycan Milli
Karate Federasiyasının baş katibi vəzifəsinə, 2019-cu ilin 13 oktyabr tarixindən
etibarən Türk Şurası Gənclər Platformasının Prezidenti vəzifəsinə təyin
olunmuşdur. 2019 - cu ilin 22 oktyabr tarixindən etibarən isə Azərbaycan
Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi İctimai Şura üzvü vəzifəsinə
təyin olunub.
2020-ci il 5 mart tarixində Prezident İlham Əliyev tərəfindən verilmiş sərəncama
əsasən, Mirhəsən Mirheydər oğlu Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin
başçısı təyin edilmişdir.