Azərbaycan İdeyası

BDU-da ixtisas dəyişmək istəyən tələbənin qarşılaşdığı bürokratik əngəlləri məhkəmə də cilovlaya bilmir+FOTO

Tarix:Bu gün, 12:48
Baxış Sayı:11

BDU-da ixtisas dəyişmək istəyən tələbənin qarşılaşdığı bürokratik əngəlləri məhkəmə də cilovlaya bilmir+FOTO

Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, ev 1, mənzil 60 ünvanda yaşayan Neymətzadə Kənan Mehman oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına 08.01.2026-cı il tarixdə yazılı müraciət edərək, təhsil hüququnun pozulduğunu və bundan dolayı dərin iztiraba və mənəvi sarsıntıya düçar olduğunu bildirmişdir. “Mən Bakı Dövlət Universitetinin rus dili bölməsinin “Fəlsəfə” ixtisasında təhsil alaraq, 1-c i kursu müvəffəqityyətlə bitirərək, zərbəçi olmuşam. 2021/2022-ci tədris ilində Bakı Dövlət Universitetinin “Fəlsəfə” ixtisası üzrə həm rus bölməsi, həm də Azərbaycan bölməsi üzrə tələbələri arasında təhsildə ən çox ortalama qiymət (ÜOMG) toplayan tələbələrdən olmuşam. 2022-ci ildə mən transfer.edu.az (tələbə köçürülməsi) portalına ərizə verərək, elektron qeydiyyatdan keçməklə ərizəmdə Bakı Dövlət Universitetinin rus dili bölməsinin “Fəlsəfə” ixtisasından həmin Universitetin “Beynəlxalq münasibətlər” ixtisasına köçürülməsini xahiş etmişəm. Lakin Təhsil Nazirliyi tərəfindən 02.09.2022-ci il tarixdə mənə ünvanlanan elektron cavab məktubunda Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın 2.3-cü bəndi səbəb göstərilərək imtina verilməklə, belə hesab edilmişdir ki, 2021-ci ildə “Beynəlxalq münasibətlər” ixtisasına minimal keçid balı 200 bal olduğundan, guya mən həmin keçid balından az bal toplamışam. Halbuki, mənim topladığım bal 287,6 bal olmuşdur ki, bu da “Beynəlxalq münasibətlər” ixtisasına minimal keçid balından 87,6 bal çox olmuşdur. Ona görə də mən “Beynəlxalq münasibətlər” ixtisasına köçürülməklə 2022/2023-cü il təhsilinin 2-ci kursunu Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” ixtisasında davam etdirməli idim. Lakin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən mənə verilmiş qanunsuz imtina nəticəsində mən bundan məhrum olaraq 2-ci kursu “Fəlsəfə” ixtisasında davam etdirməyə məcbur olmuşam. Xüsusilə qeyd etmək istəyirəm ki, məndən az keçid balı toplamış və mənimlə birinci kursda bir fakültədə oxuyan digər tələbə mənim kimi 2022-ci ildə transfer edu.az (tələbə köçürülməsi) portalından qeydiyyatdan keçərək həmin il Bakı Dövlət Universitetinin “Fəlsəfə” ixtisasından həmin Universitetin “Beynəlxalq münasibətlər” ixtisasına köçürülmüşdür. Halbuki, onun 2021-ci ildə keçid balı 256,2 bal olmuşvə məndən 31 bal aşağı toplamışdır. Mən Təhsil Nazirliyinə 2022-ci ildə ərizə iulə müraciət edərək, “Beynəlxalq münasibətlər” ixtisasına köçürülməyimə verilmiş istinada anlaşılmazlıq olmasına kifayət qədər əsas göstərsəm də, lakin bu əsaslar yenə də cavabdeh tərəfindən nəzərə alınmamışdır. Belə olan halda mən 2022-ci ildə Elm və Təhsil Nazirliyinə qarşı tələbə köçürülməsi barədə imtina məktubunun əsassız hesab edilməsi və tələbənin müvafiq ixtisasa köçürülməsi (transfer) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etdim. Məhkəmə tərəfindən iddi ərizəmdə göstərdiyim əsasların həqiqiliyinin yoxlanılması məqsədilə Dövlət İmtahann Mərkəzinə sorğular göndərilmiş və oradan alınmış cavablar nəticəsində müəyyən edilmişdir ki, həqiqətən mən 2021-ci ildə keçirilmiş qəbul imtahanlarından cəmi 287,6 bal toplamışam və bu bal həmin il Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” fakültəsinin əyani şöbəsinin rus bölməsi üzrə minimal keçid (200 baldan) balından yüksək olmuşdur. Həmçinin məhkəmə tərəfindən o da müəyyən olunmuşdur ki, 27.07.2022-ci il tarixdə tərtib edilmiş “Sosial elmlər və psixologiya” fakültəsinin “Fəlsəfə” ixtisasının rus bölməsi üzrə Akademik Transkriptində balım (ÜOMG) 90,75 bal təşkil etmişdir. Bakı İnzibati Məhkəməsi iddia ərizəmdə haqlı olduğum qənaətinə gələrək, 30.03.2023-cü il tarixli, 2-1(112)-3937/2023 saylı qərardad qəbul etmiş və qərardadda iddiamın təmin olunması məqsədilə mənim Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” fakültəsinə köçürülməyim barədə məsələyə 1 ay müddətində baxılması Elm və Təhsil Nazirliyinə həvalə edilmişdir. Lakin naməlum səbəblərdən Nazirlik məhkəmənin müəyyən etdiyi bu 1 ay müddət ərzində hər hansı bir qərar qəbul etməmiş və məhkəmənin qərardadı ilə bağlı Nazirliyin cavabı 4 ay, yəni 2023-cü ilin iyul ayının 31-dək gecikdirilmişdir. 31.07.2023-cü il tarixdə isə mənə Təhsil Nazirliyindən zəng olunaraq, mənim “Beynəlxalq münasibətlər” fakültəsinə köçürülməyimin Nazirlik tərəfindən müsbət qəbul edildiyi, lakin bunun üçün yenidən elektron qaydada qeydiyyatdan keçib müraciət etməli olacağım bildirilmiş və səbəb kimi “Beynəlxalq münasibətlər” fakültəsində 2-ci kursun başa çatması əsas gətirilmişdir. Beləliklə də, Bakı İnzibati Məhkəməsinin 30.03.2023-cü il tarixli, 2-1(112)-3937/2023 saylı qərardadında göstərilmiş müddət ərzində Nazirlik tərəfindən qərardadda göstərilmiş məsələyə cavab verilməməsi və gecikdirilməsi nəticəsində mən 2-ci kursu Beynəlxalq münasibətlər” fakültəsində oxuya bilməmişəm. 2023-cü il avqust ayında növbəti transfer elektron ərizəmə əsasən Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” fakültəsinin 3-cü kursunun rus dili bölməsinə köçürülmüşəm. Lakin həmin ixtisasa köçürülməyimə görə Universitet tərəfindən mənə bu ixtisasda oxumadığım 1-ci və 2-ci kurslara görə fərq yaranması və bu fərqlərə görə hər semestr 10 kredit həcmində “Beynəlxalq münasibətlər” ixtisasında 1-ci və 2-ci kurslarda tədris olunan fənləri dinləməli və Universitetin hesabına xeyli məbləğdə pul köçürməli olacağım bildirilmişdir. Qeyd edim ki, 1-ci kurs istisna olmaqla, mənim “Beynəlxalq münasibətlər” ixtisasının 2-ci kursunda oxumamağım məndən asılı olmamışdır. Belə ki, Elm və Təhsil Nazirliyi Bakı İnzibati Məhkəməsinin 30.03.2023-cü il tarixli, 2-1(112)-3937/2023 saylı qərardadı ilə müəyyən edilmiş müddətdə məni həmin ixtisasın 2-ci kursuna köçürməmişdir. Ona görə də mən bu səbəbdən vaxtında “Beynəlxalq münasibətlər” ixtisasının 2-ci kursunda oxuya bilmədiyimdən, 2-ci kursa görə 10 fənn üzrə 55 kredit həcmində akademik borcum yaranmışdır. Bu isə o deməkdir ki, məndən asılı olmayan səbəbdən mən əlavə olaraq həmin kredit borcuna görə Bakı Dövlət Universitetinin hesabına xeyli pul vəsaiti keçirməklə, həm də bir il təhsilimi gec başa vuracağam. Qeyd edim ki, “Beynəlxalq münasibətlər” fakültəsində də oxuduğum 3 və 4-cü kurslarda da zərbəçi olmaqla heç bir kəsirim olmamışdır. Atam Bakı Dövlət Universitetinə ərizə ilə müraciət edərək, qəbulda olmaqla məndən asılı olmayan səbəbdən yaranmış 10 fənn üzrə 55 kredit həcmində akademik borcdan azad olunmamı xahiş etsə də, lakin Universitetdən ona ünvanlanan 04.12.2024-cü il tarixli cavab məktubunda ərizəsinə imtina edilmişdir.Ona görə də mən 09.12.2024-cü ildə poçt vasitəsilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət göndərərək, “Beynəlxalq münasibətlər” ixtisasının 2-ci kursunda məndən asılı olmayan səbəbdən oxumadığıma görə yaranan akademik borclardan və bu borclara görə ödənişlərdən azad edilməyimə dair müvafiq qərar qəbul edilməsini xahiş etmişəm. Lakin Nazirlik müraciətimə müsbət cavab vermədi. Qeyd edim ki, Nazirlik vaxtında məni “Beynəlxalq münasibətlər” ixtisasına köçürməməsi nəticəsində mənim bir çox problemlərim yaranıb. Belə ki, 2025-ci ildə təhsilimi başa vura bilmədim, məndən asılı olmayan səbəbdən yaranan kəsirlərə görə əlavə ödəniş etməliyəm, magistraturaya imtahan verə bilməyəcəyəm. Bütün bunları düşündükcə dərin iztirab və mənəvi sarsıntı keçirirəm. Əgər Nazirlik vaxtında məni “Beynəlxalq münasibətlər” ixtisasına köçürsəydi, indi bu problemlərim yaranmayacaqdı. Onu da qeyd edim ki, mən Bakı Dövlət Universitetinin “Fəlsəfə” ixtisasında oxuduğum illərdə heç bir kəsirim olmadığından, gələcəkdə “Beynəlxalq münasibətlər”ə köçürüldüyüm zaman kəsirlərimin və ya fərq imtahanlarımın olacağından xəbərsiz olmuşam. Qeyd edim ki, mən Elm və Təhsil Nazirliyinə və Bakı Dövlət Universitetinə qarşı “Beynəlxalq münasibətlər ixtisasının 2-ci kursunda məndən asılı olmayan səbəbdən yaranan akademik borclardan və bu borclara görə ödənişlərdən azad edilməsi barədə” Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişəm. Lakin məhkəmənin 27.11.2025-ci il tarixli qərarı ilə iddiam təmin edilməmişdir.Məhkəmə buna səbəb kimi qeyd edir ki, hansı səbəbdən asılı olmayaraq mən həmin kəsirləri ödəməyə borcluyam. Lakin işə baxan hakim həmin qərarda bu səbəblərin kimin təqsiri üzündən baş verdiyinə dair heç bir açıqlama verməmişdir. Çünki əgər bu açıqlamanı versəydi, onda kəsirlərimin əmələ gəlməsinə bais olan səbəbkar barəsində xüsusi qərardad çıxarmalı idi. Hazırda mən həmin qərardan apellyasiya şikayəti verəcəyəm. Ümidimi itirməyib güman edirəm ki, şikayətimə baxacaq apellyasiya məhkəməsi kollegiyası işin hallarını araşdırıb ədalətli qərar qəbul edəcəkdir”. Müraciətinin sonunda vətəndaş K.Neymətzadə həmçinin redaksiyadan da jurnalist araşdırması aparılmasını xahiş etmişdir. Göründüyü kimi, hansısa təhsil məmurunun, yaxud, məmurlarının yaratdıqları süni maneə nəticəsində oxumaq istəyən gənc bir il gecikdirilmişdir, həm də borca düşmüşdür. Nəzəri cəhətdən, ədalətli məhkəmə yolu ilə pul məsələsi cavabdehin öz hesabına həll oluna bilər. Lakin bir il təhsildə gecikmə həm də əmək fəaliyyətinə başlamanın bir il gecikməsi deməkdir. Aydın məsələdir ki, bu misalda tələbəyə köçürülmə məsələsində səhlənkarlıqdan deyil, bilərəkdən bürokratik əngəl yaradılmışdır. Bilərəkdən, ona görə ki, süni maneə təkrarlanmışdır. Birinci dəfə köçürülmə xahişinə Nazirlikdən imtina edildikdə, ikinci dəfə isə məhkəmədən sonra Nazirliyin cavab məktubu gecikdiriləndə. Belə çıxır ki, Nazirlikdə və (və ya) Universitetdə fakültə dəyişmək istəyən tələbənin qarşısında qanuni şərtlərdən başqa qeyri-rəsmi tələblər də vardır. O tələbləri 287,6 bal yığmış Neymətzadə ilə birinci kursda eyni fakültədə oxuyan 256,2 ballı tələbə yoldaşı yaxşı bilir və yerinə yetirib.

Mövzuya qayıdacayıq.

"Korrupsiya və Qanun"


OXŞAR XƏBƏRLƏR
Bütün QHT-lərin diqqətinə!
Bütün QHT-lərin diqqətinə!
QHT sədri məhkəməni uddu.
QHT sədri məhkəməni uddu.
15 illik əməkdaşını işdən çıxaran “Azəriqaz” məhkəməni UDUZDU - Zamin Mehrəliyev komandasını yığır?
15 illik əməkdaşını işdən çıxaran “Azəriqaz” məhkəməni UDUZDU - Zamin Mehrəliyev komandasını yığır?
BDU-da ixtisas dəyişmək istəyən tələbənin qarşılaşdığı bürokratik əngəlləri məhkəmə də cilovlaya bilmir+FOTO
BDU-da ixtisas dəyişmək istəyən tələbənin qarşılaşdığı bürokratik əngəlləri məhkəmə də cilovlaya bilmir+FOTO
Azərbaycan Nəşriyyatının binası fevralın 1-dən istismarını dayandırır - RƏSMİ
Azərbaycan Nəşriyyatının binası fevralın 1-dən istismarını dayandırır - RƏSMİ
Bakının iki əsas rayonunda qaz olmayacaq
Bakının iki əsas rayonunda qaz olmayacaq
Ağsuda narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb
Ağsuda narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb
16.01.2026 - Bakıda şaxta olacaq
16.01.2026 - Bakıda şaxta olacaq