Azərbaycan İdeyası

Azərbaycanda 2026-cı il iqtisadi proqnozları: Sabitlik, yoxsa optimizm?+FOTO

Tarix:28-01-2026, 10:52
Baxış Sayı:8



2026-cı il üçün Azərbaycanda iqtisadi proqnozlar beynəlxalq qurumlar tərəfindən diqqətlə izlənir.

Hazırki hesabatlarda ölkədə iqtisadi artımın müsbət olacağı və inflyasiyanın tədricən aşağı düşəcəyi bildirilib ki, bu da makroiqtisadi sabitliyin qorunduğunu göstərir.

Bu proqnozlar həm dövlət siyasətinin nəticələrini, həm də qlobal iqtisadi trendləri nəzərə alaraq hazırlanıb.

Lakin sual yaranır: bu qiymətləndirmələr real iqtisadi şəraitlə tam uyğun gəlir, yoxsa daha çox optimist ssenariyə əsaslanır?

Mövzu ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, beynəlxalq təşkilatların verdiyi iqtisadi proqnozlar ümumiyyətlə real iqtisadi şəraitlə uyğundur və hökumətin proqnozları ilə də uyğunluq təşkil edir:

"Hətta bəzi hallarda beynəlxalq təşkilatların proqnozları daha ehtiyatlı və konservativ olur, yəni onlar iqtisadi göstəricilərin ən pis ssenarilərini də nəzərə alırlar. Hökumət isə daha optimist yanaşır və iqtisadi artımın bu proqnozlardan daha yaxşı olacağını gözləyir".

Xalid Kərimli: Təqdim olunan proqnozlar kifayət qədər realdır və iqtisadi vəziyyəti düzgün əks etdirir

Onun sözlərinə görə, təqdim olunan proqnozlar kifayət qədər realdır və iqtisadi vəziyyəti düzgün əks etdirir.

"Məsələn, inflyasiya ilə bağlı, hökumət beynəlxalq təşkilatlarla müqayisədə daha aşağı düşəcəyini gözləməsə də, qiymət artımının müəyyən səviyyədə sabit qalacağını proqnozlaşdırır. Eyni zamanda, hökumət iqtisadi artımın daha yüksək olacağını nəzərdə tutur və 2025-ci ilə qədər olan dövrdə iqtisadiyyatın inkişafının planlaşdırıldığı kimi davam edəcəyini düşünür",- ekspert fikrini yekunlaşdırıb.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?