Azərbaycan İdeyası

Avtobus zolağı ləğv olundu, cərimə yazılmayacaq: Sürücülərin diqqətinə! - VİDEO

Tarix:22-02-2026, 10:17
Baxış Sayı:10



Məlum olduğu kimi, bu gündən etibarən “Şamaxinka” adlanan ərazidə hərəkət işıqforlar vasitəsilə tənzimlənəcək.

Belə ki, yeni nəqliyyat və piyada işıqforları Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişmələrində, həmçinin bu kəsişmələrin yaxınlığında yerləşən geriyədönmə yerində hərəkət növbəliliyini tənzimləyir. Eyni hal prospektin Mir Cəlal küçəsi ilə kəsişməsində də mövcuddur.

Avtosfer.az-a istinadla xəbər veririk ki, edilən dəyişikliklərdən biri də Moskva prospektinin üzü Xırdalan istiqamətində 20 Yanvar küçəsi ilə kəsişməsində avtobus zolağı silinib. Bu, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin bu gün yaydığı videodan da aydın şəkildə görünür.

Məhz bu hissədə tıxacın aradan qaldırılması və hərəkət təhlükəsizliyi ilə bağlı layihənin bir hissəsi də işıqfora yaxınlaşarkən avtobus zolağının silinməsidir. Lakin sürücülər hələ də bu hissədə 1-ci zolaqla hərəkət etməkdən, dolayı yolla cərimələnməkdən çəkinir. Buna görə də məhz həmin hissədə geriyə dönənlər və düzünə hərəkət edənlər üçün cəmi 1 zolaq qalmış olur. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən xüsusi zolaq nişanı da götürülüb.

“Şamaxinka”da nəqliyyat vasitələrinin hərəkətinin axıcılığını təmin etmək, tıxac yaranmamasına kömək etmək üçün həmin hissədə birinci zolağa girərək hərəkət etməyə çağırırıq. Bu hissədə xüsusi zolaq ləğv edilib.


[media=https://bax.tv/son-xeberler/baki-metropoliteni-temir-islerini-basa-catdirdi-219691?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler]

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?