Azərbaycan İdeyası

Əli İnsanovu ev dustaqlığına buraxa bilərlər- HƏR ŞEY PREZİDENTƏ MƏRUZƏDƏN ASILIDIR

Tarix:20-02-2017, 15:26
Baxış Sayı:627

  Əli İnsanovu ev dustaqlığına buraxa bilərlər- HƏR ŞEY PREZİDENTƏ MƏRUZƏDƏN ASILIDIR
Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun adının əfv siyahısına salınması ilə bağlı yayılan xəbərlər ötən həftənin ən çox müzakirə edilən məsələlərindən biri oldu. Hüquq müdafiəçisi Novella Cəfəroğlunun onunla bağlı açıqlamasından sonra artıq hər kəs sabiq nazirin azadlığa çıxacağından danışır.
Amma hüquqi prosedurlara diqqət yetirəndə sabiq nazirin Novruz əfvi ilə azadlığa çıxması mümkünsüz görünür. Belə ki, İnsanovun həbs qətimkan qərarının müddəti martın 11-də bitir. Qalan bir həftə ərzində isə onun məhkəməsinin başlayıb-bitməsi qeyri-mümkündür. Sadəcə, onun adı İnsan Haqları üzrə Birgə İşçi Qrupunun 27 nəfərlik əfv siyahısına salınıb və Əfv Komissiyasına təqdim olunub. Amma bu, o anlama gəlmir ki, sabiq nazir azadlığa çıxır.
Bu əngəllərə baxmayaraq, Novruza qədər İnsanovun üzərində “yaşıl işıq” yanacağı, yəni onun “ev dustaqlığı”na buraxılacağı bildirilir. Bu qərar olmazsa belə, məhkəmə tərəfindən cəzasının şərti cəza ilə əvəzlənəcəyi deyilir.
Gununsesi.info bildirir ki, İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı “Yeni Müsavat”a açıqlamasında əfv ərizəsi yazmayan şəxslər, o cümlədən, İnsanov barədə ölkə başçısına müraciət etdiklərini bildirdi: “Biz qərara aldıq ki, bu şəxslər barədə prezidentə müraciət edək. Çünki Əli İnsanovun cəza müddəti oktyabrda bitib. O evinə buraxılmalı idi. Çox təəssüf edirəm ki, yaşlı bir insan barəsində qondarma cinayət işi açıb, onu həbsdə saxladılar. Barəsində isə həbs qətimkan tədbiri seçdilər. Ən azından onu evdə dustaq etmək olardı. Ona görə ki, o ağır cinayət törətməyib, bütün cəmiyyət də bilir ki, bu iş qondarmadır. Düşünürəm ki, əfv olacaq. Çünki Əfv Komissiyası işləyirsə, demək, əfv də olacaq. Çoxsaylı insanlar azadlığa buraxılacaq. Hesab edirəm ki, prezidentə siyahı haqqında məruzə edənlərin insafı, ədaləti olsa, qərəzli olmasalar, Əli İnsanov da azadlığa çıxa bilər. Eyni zamanda bir çox tanınmış siyasi məhbuslar azad olunar. Başqa yollarla da İnsanovun Novruz qədər azad olunması mümkündür. Bu ölkədə hər şey mümkündür. Hüquq elədir ki, məhkəməli, məhkəməsiz istənilən şəxsi azad edə bilərlər. Gecə saat 12-də də, şənbə-bazar günləri də məhkəmə edə bilirlər. Hər şey qolu çəkəndən asılı olduğu kimi, qolu çəkənə məruzə edəndən də çox şey asılıdır”.
Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub, 11 il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin avqustunda azad olunmasına iki ay qalmış İnsanov barəsində Cinayət Məcəlləsinin 3 – 234.1 (narkotik) və 315.2 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşya saxlama) maddələri ilə cinayət işi başlanıb. Bu maddələr üzrə onu 10 il 6 ay həbs cəzası gözləyir.

OXŞAR XƏBƏRLƏR
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
İlham Əliyev Malavi Prezidentini təbrik edib
İlham Əliyev Malavi Prezidentini təbrik edib
Boşadığı qadının uşağı ilə birgə qardaş ölkəyə qonaq getməsinə icazə verməkdən imtina edir – Hansı əsasla?
Boşadığı qadının uşağı ilə birgə qardaş ölkəyə qonaq getməsinə icazə verməkdən imtina edir – Hansı əsasla?
Leyla Əliyevanın doğum günüdür
Leyla Əliyevanın doğum günüdür
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur
"Arzum" niyə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edildi? - RƏSMİ AÇIQLAMA
"Arzum" niyə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edildi? - RƏSMİ AÇIQLAMA
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq kəsildi
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq kəsildi