Azərbaycan İdeyası

360 dərəcəlik dönüş: generallar Eldar Mahmudovu satmaq üçün növbəyə durub...

Tarix:13-07-2017, 12:54
Baxış Sayı:501

 360 dərəcəlik dönüş: generallar Eldar Mahmudovu satmaq üçün növbəyə durub...


MTN şefi ilə bağlı qərardad keçmiş komandasını sabiq nazirə düşmən edib...
“MTN işi” ilə bağlı saxlanılan və bu günə qədər sabiq rəisləri Eldar Mahmudov əleyhinə bir kəlmə də olsun ifadə verməyən bəzi generallar hazırda MTN şefinin əleyhinə ifadə vermək üçün növbəyə durub.
Bu barədə Moderator.az -ı etibarlı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, buna səbəb MTN-nin sabiq polkovniki Vüsal Ələkbərovla bağlı son məhkəmə prosesində E.Mahmudovla bağlı xüsusi qərardadın çıxarılmasıdır:
“Son günlərə qədər “MTN işi” ilə əlaqədar olaraq həbs edilən generalların E.Mahmudovla bağlı ciddi gözləntiləri olsa da, sabiq nazirlə bağlı verilən xüsusi qərardad bu gözləntilərin üzərindən xətt çəkdi. Məlum oldu ki, E.Mahmudov və onun sahib olduğu bağlantılar nəinki həbsdəki komanda üzvlərinin azadlığını təmin etmək iqtidarında deyil, sabiq nazir hətta öz toxunulmazlığının belə qayğısına qalmaqda acizdir. Bu reallığın məhkəmə qərardadı ilə öz təsdiqi tapması fonunda bu vaxta qədər susan, E.Mahmudovun onlara verdiyi qanunsuz əmr və göstərişlər haqqında bir kəlmə də olsun danışmayan komanda üzvləri, son 2-3 gündə MTN şefi əleyhinə ifadə vermək üçün növbəyə durublar. Onlar ümid edirlər ki, istintaqa kömək edəcəkləri təqdirdə cəzalarını yüngülləşdirə, öz vəziyyətlərini qismın də olsa yaxşılaşdıra biləcəklər”.
Mənbənin sözlərinə görə, komanda üzvlərinin bu addımı E.Mahmudov üçün yaxşı heç nə vəd etmir. Çünki yaxın gələcəkdə E.Mahmudov saysız-hesabsız şikayətçilərlə yanaşı, həm də öz keçmiş komandasının ittihamlarına cavab vermək məcburiyyəti qarşısında qala bilər.

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama