Azərbaycan İdeyası

Tələb: Oğlumun adı Xiyar, qızımın adını Xiyarə olsun! – BİABIRÇILIQ

Tarix:25-07-2017, 16:18
Baxış Sayı:451


 Tələb: Oğlumun adı Xiyar, qızımın adını Xiyarə olsun! – BİABIRÇILIQ

Azərbaycanda "Əl Qaidə" beynəlxalq terror şəbəkəsinin qurucusu Üsamə Ben Ladenin fanatı olan valideyn Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına müraciət edərək oğluna 1 nömrəli terrorçunun adını qoymaq istədiyini bildirib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Sputnik.az-a Komissiyanın sədr müavini, filologiya elmləri doktoru Sayalı Sadıqova məlumat verib.
Onun sözlərinə görə, komissiya həmin vətəndaşın xahişini rədd edib və bildirib ki, həmin ad xoşagəlməz assosiasiyalar doğurur və milli deyil. Valideyn komissiyanın qərarından məhkəməyə müraciət edib, lakin burada da rədd cavabı alıb: "O başa düşmür ki, sabah uşaq məktəbə gedəcək və ətrafdakılar ona gülərək həyatını dözülməz edəcəklər. Praktikamlzda oğluna "Şekspir" adını qoymaq istəyən valideynə də rast gəlmişik. Bu, heç də ən dəhşətli hallar deyil. 2014-cü ildə qərb bölgələrindən birinin təmsilçiləri anadan olan əkizlərə "xiyar" və "xiyarə" adlarını qoymaq istəyirdilər".
S.Sadıqovanın deyir ki, bu yaxınlarda isə komissiyaya müraciət edən şəxs oğlunun adını "Cani" qoymaq istəyirmiş: "Ondan adın mənasını soruşduq, bilmədi. Dedi ki, babasının adı elə olub və bu adı yaşatmaq istəyir. Cani "cinayətkar" deməkdir. Bu işə daha məsuliyyətli yanaşmaları üçün xalqı maarifləndirmək lazımdır. Yeri gəlmişkən, bizim praktikamızda övladına "Cani" adını vermək istəyən az deyil".
Başqa bir valideyn isə komissiyaya zəng edərək qızına "Türmə" adını qoymaq üçün məsləhətləşib. İş ondadır ki, həmin şəxsin nənəsinin adı elə olub. Nəslin başbilənləri qıza o adı qoymağı məsləhət görüblər, uşağın atası bunun düzgün olmadığını başa düşüb, lakin ağsaqqallara etiraz edə bilməyib. Ona görə də komissiya ilə məsləhətləşərək onlardan "türmə"yə oxşar uyğun ad tövsiyyə etmələrini xahiş edib. Lakin istəyinə nail ola bilməyin. Komissiya üzvləri "türmə"yə oxşar "sürmə", "burma", "xurma" sözlərini yada sala biliblər. Bu sözlər isə ad üçün uyğun deyil…
"Gülməli adlar sovet dövründə də olub. Uşaqlara Ansabl, Komsomol, Traktor, Sovet adlarını qoyublar. Biz 1750 belə qəribə ad taparaq onlara qadağan qoymuşuq. Bu siyahıda çox qeyri-adi adlar var: Çervon, Fağır, Pətiş, Fətiş, Cinayət, Cındır və s. Qeyd etmək lazımdır ki, belə məhdudiyyətlər başqa ölkələrdə də mövcuddur. Bizdən tez-tez adın insan taleyinə təsiri barədə soruşurlar. Əgər bir insanı gündə 50 dəfə "Cinayət" deyə çağırsanız, yəqin ki, bu onun hərəkətlərinə də təsir göstərər" — Sadıqova qeyd edir.
Eyni zamanda Sadıqova vurğulayıb ki, komissiya heç də qeyri-adi gözəl adların əleyhinə deyil. Məsələn, valideynlərdən biri İşılay adını fikirləşib və bu ad icazə verilənlər siyahısına daxil edilib. Bu siyahıda 5500-dən artıq ad var. On il əvvəl Azərbaycanda Nuray, Nurgün adları yox idi. Lakin 2013-2014-cü illərdə ən populyar adlar bunlar olub.
"Uşaqlara ad verilməsinə nəzarət Nazirlər Kabinetinin xüsusi qərarı ilə həyata keçirilir. Əsasən türk mənşəli milli adlara üstünlük verilir. Uşaqlarına Renata və ya Lida adını qoymaq istəyən azərbaycanlılar bizə müraciət etmişdilər. Əlbəttə, ölkəmiz çoxmillətlidir, burada yaşayan etnik qrupların özlərinə uyğun adları var və biz onların seçiminə hörmətlə yanaşırıq, lakin azərbaycanlılara övladlarına Qalya, Olya və ya Lida adı verməyi məsləhət görmürük, çünki biz milli adlarımızı yaşatmalıyıq", - komissiyanın sədr müavini əlavə edib.
Ərəb mənşəli Azərbaycan adlarına gəldikdə isə, Sadıqova bildirib ki, ölkəmizin ərazisində İslam yayıldıqdan sonrakı dövr ərzində bizdə ərəb sözlərinin özünəməxsus səsləndirilməsi əmələ gəlib: "Məsələn, "Fatimə" adı ərəbcə "Fatimeyi"dir. Uzun əsrlər boyunca bu adlar artıq bizim üçün doğmalaşıb. Biz gözəl səslənən və əcnəbi adların əleyhinə deyilik. Elton, Roman, Məryəm adlarını həm müsəlmanlar, həm də xristianlar qoyurlar. Söhbət bu məsələdə düşünülmüş addım atmaqdan gedir. Adlar və izahlar olan lüğətlər bütün qeydiyyat şöbələrinə paylanıb. Əgər vətəndaşlar ad fikirləşə bilmirlərsə, qoy lüğətdən istifadə etsinlər".

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq