Azərbaycan İdeyası

"AZƏRİŞIQ" SAHİBKARA 3300 MANAT ƏLAVƏ BORC YAZIB

Tarix:23-08-2017, 15:09
Baxış Sayı:584


"Sahibkarın işığı kəsildi, üç ailə çörəksiz qaldı"; "Sahibkardan üçfazalı sayğaca görə 3 min istədilər"; "Azərişıq ASC'nin rəsmisi sahibkarlara əlavə problemlər yaradır"; Texniki şərti verməyə 1239 manat rüşvət şərti"; "İşığı kəsilən sahibkarlar narazılıq edir"; "Azərişıq" sahibkarın gününü qara edib"; Sahibkar "Azərişıq" əməkdaşları tərəfindən döyüldüyünü iddia edir" və s. İnternet resurslarında bu qəbildən yazı sərlövhələrinə tez-tez rast gəlinir. Əlbəttə, həmin məqalələrdə ehtiva olunan ittihamların hamısının haqlı olduğunu düşünmürük. "Azərişıq" zaman-zaman o ittihamlara yetərincə tutarlı arqumentlərlə cavab verib. Ümid edirik ki, Zaqatala rayonunun Danaçı kənd sakini Millətov Məmməd Əhməd oğlu redaksiyaya ünvanladığı ərizəsində yazdıqları da qəzetimizdə işıq üzü görəndən sonra "Azərişıq" ASC-nin reaksiyası özünü çox gözlətməyəcək. Sahibkar yazır ki, rayonun Danaçı kəndində yerləşən və 4 kəndin (Danaçı, Çardaxlar, Uzunqazmalar, Fındıqlı) sakinlərinə xidmət edən ona məxsus ağac emalı sexi 1989-cu ildən 28 aprel 2017-ci ilədək fəaliyyət göstərib. Həmin tarixdə "Azərişıq" Səhmdar Cəmiyyətinin əməkdaşları 002769 nömrəli akt ərtib edərək sexin elektrik təchizatını dayandırıblar. Sahibkara bildiriblər ki, guya bütün bu illər ərzində "Azərişıq" SC-nin möhürlə qoyduğu sayğacın bildirişləri ilə onun ödədiyi istifadə etdiyi enerjidən az olub. Guya sayğac düz işləməyib. O üzdən sexin induktivlik əmsalı 20 olan cərəyan transformatoru ilə işləyən köhnə sayğacı yöntəm elektron tipli əmsalsız sayğacla əvəz olunub. Buna görə də əlavə 3300 AZN ödəməsini tələb edirlər. Özündə heç bir günah görməyən Millətov redaksiyadan məsələni ictimailəşdirməyi və əlaqədar qurumların diqqətini onun probleminin həllinə cəlb etməyi xahiş edir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda polkovnik qəfil öldü
Azərbaycanda polkovnik qəfil öldü
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
Bakıda futbol meydançasında meyit tapıldı
Bakıda futbol meydançasında meyit tapıldı
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ
Misirdə güclü zəlzələ baş verib
Misirdə güclü zəlzələ baş verib