Azərbaycan İdeyası

Məcburi köçkünlər üçün işıq pulu sıfırdan hesablanacaq

Tarix:3-02-2017, 10:56
Baxış Sayı:718

 Məcburi köçkünlər üçün işıq pulu sıfırdan hesablanacaq
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) məcburi köçkünlərin sayğaclarının son göstəricisini silib.
Korrupsiya və Qanun saytı xəbər verir ki, bu barədə Movqe.az-a məcburi köçkünlər məlumat verib.
Məlumata görə, indiyədək elektrik enerjisini onlara ayrılan 150 kVt/saatlıq limitdən az işlədərək qənaət edən, həmçinin də limitdən artıq elektrik enerjisi sərf edən məcburi köçkünlərin elektrik sayğaclarının son göstəricisi sıfırlanıb.
Müxtəlif ünvanlarda məskunlaşan məcburi köçkünlər bildiriblər ki, adambaşına ayda 150 kVt/saat elektrik enerjisindən pulsuz istifadə limitini qənaətlə işlədərək balanslarına müəyyən məbləğdə vəsait toplayıblar.
Bu günlərdə isə “Azərişıq” ASC-nin əməkdaşları onların qənaət etdiyi məbləği balansdan silərək sayğacın son göstəricisini 0 ediblər: “Biz elektrik enerjisinə qənaət edərək aylıq limitdən az işlətmişik.
Bunun sayəsində bəzilərinin sayğacında göstərilirdi ki, balansımızda müəyyən məbləğdə vəsait qalıb. Bir-iki gündür ki, sayğacımızın balansı 0 göstərilir. Araşdırdıq, məlum oldu ki, “Azərişıq” ASC bizim qənaət edərək balansımıza topladığımız məbləği silib.
Səbəbini isə bizə izah edən yoxdur. Halbuki bizim elektrik enerji sərfiyyatımız sayğacdakı son göstəriciyə uyğun hesablanırdı.
Qənaət edib işlətmədiyimiz limit balansımızda qalırdı. O limiti bizə dövlət ayırmışdı, işlətdik-işlətmədik, həmin 150 kVt/saat elektrik enerjisinin haqqını “Azərişıq” ASC-ə aylıq olaraq ödəyibdir.
Biz isə qənaət edərək limitdən az işlədib o məbləği balansımıza toplamışıq. İndi “Azərişıq” ASC dövlətdən hər ay pulunu aldığı 150 kVt/saat elektrik enerjisindən əlavə bizim işlətmədiyimiz elektrik enerjisinin haqqını da əlimizdən almış olur.
Bununla bağlı “Azərişıq” ASC-nin məsələyə münasibəti öyrənilib. “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, indiyədək məcburi köçkünlərə elektrik enerjisi üçün ayrılan limit aylıq elektrik enerjisi sərfiyyatı kimi hesablanıb: “Məcburi köçkünlərə adambaşına ayrılan 150 kVt/saat elektrik enerjisi aylıq limit idi.
Limit aylıq norma kimi nəzərdə tutulduğundan, növbəti aya keçə bilməzdi. Onu da qeyd edim ki, məcburi köçkünlərin bəziləri elektrik enerjisini qənaətlə işlətdiklərini iddia etsələr də, xüsusilə, rayon yerlərində məskunlaşan məcburi köçkünlər aylıq limiti dəfələrlə aşırdılar və həmin məbləğ borc kimi yaranmışdı.
Hesablasaq, limitdən artıq sərf edilən elektrik enerjisinin haqqı, qənaət edilərək məcburi köçkünlərin balansına toplanan məbləğdən dəfələrlə çoxdur.
Məcburi köçkünlər üçün kommunal xidmətlərə görə, limit ləğv olunaraq müavinətlə əvəzləndiyindən, “Azərişıq” ASC dəqiq hesablama aparmaq üçün onların sayğacının balansının son göstəricisini 0-dan hesablayacaq. Biz qanuna müvafiq olaraq işimizi görürük”.
T.Mustafayev deyib ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilən müddətdən indiyədək, məcburi köçkünlərin məskunlaşdığı mənzillərə 5 min 700 elektrik sayğacı quraşdırılıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsindən də bildirdilər ki, Nazirlər Kabinetinin müvafiq qərarında məcburi köçkünlər üçün ayrılan kommunal xidmətlərə görə limitin növbəti aya keçməsi barədə qeyd yoxdur:
“Bu isə məcburi köçkünlərin elektrik enerjisini qənaətlə işlədərək balansa yığdıqları limitin növbəti aya keçməsinə əsas vermir”.

OXŞAR XƏBƏRLƏR
Prokuror Namiq Əliyev Roma papasından artıq katolikdir?
Prokuror Namiq Əliyev Roma papasından artıq katolikdir?
Beş il əvvəl pandemiya və müharibə vəziyyətində iş və qazanc vəd etdiyi insanları aldadıb pullarını mənimsəyən şəxsdən şikayət
Beş il əvvəl pandemiya və müharibə vəziyyətində iş və qazanc vəd etdiyi insanları aldadıb pullarını mənimsəyən şəxsdən şikayət
“Manato” Azad Şuşanı işğal edir
“Manato” Azad Şuşanı işğal edir
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirilib
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirilib
Möhtəşəm qayıdış
Möhtəşəm qayıdış
Məhkəmə Hüquq Şurasında bir qrup hakimlərin Xuraman Əhliman qızı Quliyevaya və onun övladlarına qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri kimlər tərəfindən və necə illərlə gizlədilir?!
Məhkəmə Hüquq Şurasında bir qrup hakimlərin Xuraman Əhliman qızı Quliyevaya və onun övladlarına qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri kimlər tərəfindən və necə illərlə gizlədilir?!
Hakimlər Elsaldarla cinayət əlaqəsinə girərək, baş redaktor Xuraman Əhliman qızı Quliyevanın mənzilinə mülkiyyət hüququnu oğurluq yolla necə mənimsəmişlər?!
Hakimlər Elsaldarla cinayət əlaqəsinə girərək, baş redaktor Xuraman Əhliman qızı Quliyevanın  mənzilinə mülkiyyət hüququnu oğurluq yolla necə mənimsəmişlər?!
...Ola bilər ki, özü də nəfsi itinin biridir!
...Ola bilər ki, özü də nəfsi itinin biridir!