Azərbaycan İdeyası

“Azərişıq”dan şikayətçidir… – “Mənim işığımı niyə kəsirsiz?”

Tarix:19-05-2017, 11:15
Baxış Sayı:627

 “Azərişıq”dan şikayətçidir… – “Mənim işığımı niyə kəsirsiz?”


“Dedim, ‘pensioner, xəstə adamlarıq. İşığı kəsməyin, gedin, mayın 20-də pensiyamı alıb gətirib bir az ödəyərəm’. Dedilər, ‘yox, rəis göstəriş verib ki, borcu olanların işığını kəsək’”. İmişlinin Qızılkənd sakini Allahyar Bayramov 1 həftədir ki, işıqsız qaldığını deyir. Yerli işıq idarəsinin nəzarətçiləri onun evinə gedən işıq xəttini yerli-dibli kəsiblər. Səbəb də sərfiyyata görə yaranan borcdur.
Ancaq abonent deyir, hər ay təqaüdünü alanda əvvəldən qalan borcu azdan-çoxdan ödəyir: “47 il elə bu kənd məktəbində Azərbaycan dili, ədəbiyyat fənlərini tədris etmişəm. Dörd dəfə rayondan ilin ən yaxşı müəllimi seçilmişəm. Əmək veteranıyam. İndi pensiyadayam. Elə işığımın kəsilməsinə göstəriş verən də, gəlib kəsən də öz şagirdlərimdir (gülür). Adama sual verərlər, ‘axı mən hər ay pensiyamdan aparıb borcu, hissə-hissə də olsa, ödəyirəm. Mənim işığımı niyə kəsirsiz, ay mənim şagirdlərim’ (yenə gülür)”.
İşıq xətti 170 manat borca görə kəsilib. Allahyar Bayramov deyir, insaf da yaxşı şeydir, axı o, hər ay azdan-çoxdan borcu ödəyir: “270 manat təqaüd alıram, bunun dərmanı, ərzağı, ailənin başqa qayğıları… Bununla belə, ayda 50, 70 manat keçirirəm. Bircə son iki ayda imkansızlıq olub, 10-18 manat ödəmişəm. İnsanıq, birdən olur, çörəyə də pul tapılmır. Buna görə gəlib pensionerin işığını kəs, özünə də de ki, ‘telefon haqqı verə bilirsən, qarnına çörəyə pul tapırsan, işıqpuluna çatanda deyirsən, gözlə’. Bunu mənə işığımı kəsəndən sonra zəng vurduğum “Azərişıq”ın qaynar xəttindəki qız dedi. Məni yandıran odur ki, ödəməkdən imtina eləmirəm, ancaq pensiyaya qədər gözləmədilər. Nə qocaya, nə xəstəyə, nə əlilə, nə təqaüdçüyə humanistlik hissi qalmayıb”.
Allahyar Bayramov deyir, işığı kəsilməmişdən əvvəl kənddə işıq dirəkləri və kabellər dəyişdirilib. Ancaq onların məhəlləsindəki təzə kabel haradansa çıxarılıb gətirilmiş və məhəllənin yaxınlığında basdırılmış elə köhnə dirəyə bağlanıb: “Kənddəki dirəklər, kabellər Sovet vaxtından qalmışdı, çürük-çürük, qəzalı vəziyyətdəydi. Dedilər, guya dirəklər də, kabellər də yenilənir. Kəndin bir tərəfinə dəmir dirəklər basdırdılar, biz tərəfləri elə köhnə dirəklə yola verdilər. Apardılar kabeli bağladılar köhnə dirəyə, sonra da ‘borcun var’ deyib, təzədən dirəkdən ayırıb getdilər”.
Uzun sözün kəsəsi, bir həftədən çoxdur ki, təqaüdçü ailəsi şam ümidinə qalıb. Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq.

OXŞAR XƏBƏRLƏR
johnny 16 oktyabr 2023 18:05
  Жалоба     
<a href="https://comprarlicenciasdeconducir.com/">comprar permiso de conducir</a> Espana

<a href="https://erwerbdesfuhrerscheins.com/"> Fuhrerschein </a> kaufen

Comprar permiso de conducir

Fuhrerschein kaufen
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı