Azərbaycan İdeyası

Təqsirkarın cəzalanmasına aparan prosesin uzanması zərərçəkmiş şəxsə həm də mənəvi iztirab verir

Tarix:23-08-2017, 15:34
Baxış Sayı:462



Avtomobil qəzaları saylarının artması səbəbindən az qala o qədər adiləşib ki, onları araşdıran istintaq orqanlarının hərəkətlərində də bəzən süstlük nəzərə çarpır. Bunu müşahidə edən zərərçəkmiş şəxslər prosesi həyata keçirən orqanların əməkdaşlarını hərəkətsizliyindən şübhələnir, bəzən də haqlı olurlar. Zərərçəkmişləri belə hallarda qınamaq da olmur: Axı ziyan onların yaxşı halda əmlakına, pis halda səhhətinə dəymiş olur. Təqsirkarın cəzalanmasına aparan prosesin uzanması onlara həm də mənəvi iztirab verir desək, bəlkə də yanılmarıq.
24 sentyabr 2016-cı ildə saat 7-də Hüseynov Murad Azad oğlu idarə etdiyi "VAZ 2107" markalı 10 ZN 665 qeydiyyat nişanlı avtomobillə Salyan yolu ilə 20-ci sahə istiqamətində hərəkət edərkən Mircəfərov Mirşahin Rafiq oğlunun idarə etdiyi "Volksvagen Polo" markalı 99 AP 122 qeydiyyat nişanlı avtomobillə toqquşması və nəticədə ehtiyatsızlıqdan sərnişinlər Dadaşova Vəfa Xıdır qızının az ağır, Didari Zülfiyyə Daşdəmir qızı və Heybətullayeva Elnarə Daşdəmir qızının isə yüngül dərəcəli xəsarət almaları faktı ilə bağlı 8 fevral 2017-ci ildə Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsində AR CM-nin 263.1-ci maddəsi ilə 170020032 nömrəli cinayət işi başlanaraq istintaq aparılıb.
Zərərçəkmiş Vəfa Dadaşovanın qardaşı Ceyhun Dadaşovun DİN-nin rəhbərliyinə ünvanladığı ərizəsi RPİ-nin dəftərxanasında 14.04.2017-ci il tarixdə 065-9393D-3117 sıra sayı ilə qeydiyyata alınaraq Bakı şəhəri, Səbail rayon prokurorluğunun məktubuna qoşma edilərək Səbail RPİ İŞ-nin baş müstəntiqi polis mayoru Rafiq Şərifovun icraatında olan 170020032 nömrəli cinayət işi materiallarına əlavə edilmişdir.
Yol-nəqliyyat hadisəsinin törədilməsinin səbəbkarları olan sürücülərə qarşı ittiham irəli sürülmüş, Səbail rayon Məhkəməsinin icraatına verilmiş, iş üzrə artıq 06 iyul tarixdən başlayaraq hazırlıq iclasları da keçirilmişdir.
Qeyd edək ki, zərərçəkmiş Vəfa Dadaşovanın qardaşı Ceyhun Dadaşov cinayət prosesini həyata keçirən orqanın nümayəndəsinin hərəkətsizliyinə, o cümlədən istintaq hərəkətlərinin ləng aparılmasına etiraz etmiş, lakin onun etirazı istintaq və digər prosessual hərəkət protokollarında qeyd edilməmişdir. C. Dadaşov minnətdarlıq hissi ilə onu da qeyd edir ki, ibtidai istintaqa prosessual nəzarəti həyata keçirən Səbail rayon prokurorluğunun gənc müstəntiqi Nurlan Babayevin ədalətli yanaşması nəticəsində zərərçəkənlərin aldığı xəsarətlərin dərəcələrini dürüst müəyyənləşdirmək mümkün olmuşdur.
Mövzuya qayıdacağıq. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Azərbaycanda hakim intihar etdi
Azərbaycanda hakim intihar etdi
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb