Azərbaycan İdeyası

Abşeron və Sumqayıt işıqsız qaldı

Tarix:28-09-2017, 17:02
Baxış Sayı:474

 Abşeron və Sumqayıt işıqsız qaldı
Abşeron rayonunun və Sumqayıt şəhərinin bir hissəsinə elektrik enerjisinin verilməsi dayandırılıb.
Korrupsiya-q.az Report-a istinadən xəbər verir ki, yağışlı və küləkli hava şəraiti ilə əlaqədar Abşeron rayonunun Masazır və Saray qəsəbələrində, Sumqayıtın isə Corat qəsəbəsində, XVII və XVIII mikrorayonlarında gecə saatlarından işıq yoxdur.

Məsələ ilə bağlı açıqlama verən “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev problemin mövcudluğunu təsdiq edib: “Elektrik enerjisi ilə təchizatda fasilələr daha çox həyət evləri olan ərazilərdədir. Əməkdaşlarımız problemi aradan qaldırmaq üçün çalışır və yaxın saatlarda elektrik enerjisinin verilişi bərpa ediləcək”.

Xatırladaq ki, adıçəkilən ərazilərdə işıqla bağlı problemlər yay aylarında da yaranmışdı. Həmin vaxt “Azərişıq” rəsmiləri bunu qışa hazırlıq məqsədilə elektrik xətlərinin yenilənməsi ilə izah etmişdi.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı